22 Noyabr 2024 08:25
1826
Elm və texnika
A- A+
COP29 elmi təfəkkürdə də yeniliklər yaradır

COP29 elmi təfəkkürdə də yeniliklər yaradır


İki həftədir dünyanın diqqətini özünə cəlb edən COP29 tədbirlərinin tarixi uzaqgörənliyi alimlərin tədqiqatlarında, yazıçı və şairlərin əsərlərində də öz təsdiqini tapacaqdır. Ölkəmizin evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) beynəlxalq əlaqələrin genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, coğrafi, ədəbi-mədəni  problemlərin araşdırılması və həlli yollarına da işıq salmışdır. 

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski müxbirimizlə söhbətində demişdir: 

- COP29 dünyada elmi təfəkkürdə yeniliklər yaradıb. Bizim iqtisadi sahədə "yaşıl enerji" haqqında olan biliklərimiz əvvəllər utopiya kimi səslənə bilərdi. Amma bu gün Azərbaycanda bərpaolunan enerji olduğunu hər kəs bilir və dövlət səviyyəsində həmin mənbələrdən istifadə olunması istiqamətində işlər davam edir. Elmə gəldikdə isə, "yaşıl enerji"ni izah edən, şərtləndirən, istiqamətləndirən yeni sahə - "yaşıl energetika" əmələ gəlib. Bu gün yeni anlayışlar formalaşıb. Məsələn, "yaşıl artım", "yaşıl kimya", "yaşıl bacarıqlar" haqqında danışılır. Dünya elə bil ki, yeni sivilizasiyaya yaşıl işıq yandırıb.

Bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatını, mədəniyyətini, səhiyyəni, bir sözlə, cəmiyyətin müxtəlif sahələrini, eyni zamanda təfəkkürü inkişaf etdirir, zənginləşdirir, dəyişir. Düşünürəm ki, COP29-un gətirdiyi yaşıl hərəkat yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu hərəkatın respublikamızda baş verməsi Prezident İlham Əliyevin apardığı böyük siyasətin uğurlu nəticəsində Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin yeni sivilizasiya hərəkatının önündə gedənlərdən biri olduğunu, bu hərəkata hətta istiqamət verdiyini göstərən faktlardan biridir. Düşünürəm ki, bu mənada "Yaşıl dünya naminə həmrəylik ili" və COP29 Azərbaycanı dünyada yeni sivilizasiyanı yaradan mərkəzlərin biri kimi tanıdacaq.

Azərbaycan Milli Elmlər Akademiyasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində  COP29-la bağlı dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə "İqlim elmi: 2024-cü il üçün əsas nəticələr" mövzusunda keçirilən beynəlxalq elmi konfrans  dediklərimizə bariz nümunədir. 

Əməkdar elm xadimi onu da vurğulamışdır ki, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko ilə görüş olmuşdur. Görüşdə COP29-da dünyamızın gələcəyi üçün vacib qərarların qəbul edildiyi, o cümlədən elm sahəsində bir sıra dəyərli müzakirələrin aparıldığı qonağın diqqətinə çatdırılmışdır.

ISC-nin baş icraçı direktoru professor Salvatore Ariko təmsil etdiyi təşkilat barədə ətraflı məlumat verərək bildirmişdir ki, 2018-ci ildə yaradılmış ISC beynəlxalq səviyyədə elmin inkişafı və inteqrasiyası üçün çalışan ən böyük qurumlardan biridir. ISC-nin tərkibində dünyanın 140-dan çox ölkəsindən 250-dən artıq akademiya, elmi birlik, milli və beynəlxalq elmi təşkilat yer alır. Bu qurumlar bir araya gələrək qlobal elmi proqramlar hazırlayır, BMT və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edərək onlara həmin  problemlərin həlli üçün lazımi resurslar təklif edirlər.

Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru, Beynəlxalq Elmi Şuranın ilk katibi olmuş professor Alik İsmayılzadənin və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Esmira Əlirzayevanın da iştirak etdikləri bu görüşdə professor Salvatore Ariko AMEA-nın təşkilata üzv olmasından və birgə əməkdaşlıqdan məmnunluğunu bildirdi, dəqiq və təbiət elmləri ilə yanaşı, humanitar və ictimai elmlər sahəsində də akademiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını söylədi, qurumlararası birgə əməkdaşlıq təkliflərini diqqətə çatdırdı.

Bir məsələni də qeyd etmək istəyirəm. Qərbi Azərbaycan İcması (QAİ), həmçinin iştirakçı nümayəndələr COP29 tədbirlərində və görüşlərdə fəal iştirak etdilər. İcma Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan tərəfindən icrasına dair Məşvərət Komitəsinin qərəzli, siyasiləşdirilmiş və mandatından kənara çıxan beşinci rəyini qınadı, ölkəmizə qarşı qərəz və düşmənçiliyi pislədi. QAİ bu barədə dünya ictimaiyyətinə və COP iştirakçılarına ünvanlanmış bəyanatında bildirmişdir: "Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləməyə, mədəni irsin dağıdılmasına və qayıdış hüququnun pozulmasına səssiz qalmış Avropa Şurasının sözügedən qurumu öz rəyi ilə Azərbaycana qarşı şər və böhtandan ibarət mövqe sərgiləyir və azərbaycanlıları deportasiyaya məruz qoyaraq monoetnik ölkəyə çevrilmiş Ermənistana münasibətdə dəstəkləyici davranış nümayiş etdirir.

Xüsusilə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququnu görməzdən gələn Avropa Şurasının bu qurumunun indi Qarabağdan köçmüş ermənilərin qayıdış hüququndan danışması etnik və dini ayrı-seçkiliyin ən bariz göstəricisidir.

Bütün bunlar isə ona dəlalət edir ki, başda Parlament Assambleyası olmaqla, Avropa Şurasının bir sıra qurumları bəzi dairələrin əlində Azərbaycana qarşı siyasi oyunlar üçün alətə çevrilib. Qərbi Azərbaycan İcması Avropa Şurasının Nazirlər Komitəsindən, sözügedən məşvərətçi qurumun Azərbaycana qarşı qəbuledilməz siyasi oyunlarına, etnik və dini ayrı-seçkiliyinə son qoymağı tələb edir.

Qərbi Azərbaycan İcması digər bəyanatında isə bildirmişdir: "ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frank Peloni COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır". 

Bəyanatda xüsusi olaraq vurğulanır ki, F.Peloni onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir.

Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Peloniyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur.

F.Peloninin səfərdən sonra verdiyi bəyanatlar isə onun Azərbaycana nə iqlim dəyişmələri üzrə konfransda iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.

Görünən odur ki, F.Peloninin böyük "qrantlar" hesabına şantaj xarakterli "erməni  təəssübkeşliyi" bütün dünyada fiaskoya uğradı. Çünki yalan ayaq tutsa da, yeriyə bilməz...

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski xüsusi olaraq vurğuladı ki, elmi təfəkkürdə də yeniliklər yaradan COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin uğurlu nəticəsidir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

20:41
24 Dekabr

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

20:36
24 Dekabr

Britaniyanın Müdafiə Nazirliyi: 10 mindən çox hərbçi döyüşə yararsızdır

20:31
24 Dekabr

Azərbaycan-Koreya ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub  

20:27
24 Dekabr

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

20:17
24 Dekabr

Türkiyənin dövlət rəsmiləri Balıkesirdə meydana gələn partlayışla bağlı açıqlama veriblər  

20:07
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

20:02
24 Dekabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin yanvar ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

19:52
24 Dekabr

Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelidən

19:51
24 Dekabr

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:46
24 Dekabr

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyevdən

19:42
24 Dekabr

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

19:41
24 Dekabr

Avropa Parlamentinin üzvü Tierri Marianidən

19:32
24 Dekabr

Niderland Krallığı Senatının sabiq sədri Rene Van der Lindendən

19:12
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!