16 Noyabr 2024 13:20
157
İQTİSADİYYAT
A- A+
COP29-da İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib  

COP29-da İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib  

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İqlim Maliyyəsi, Sərmayə və Ticarət üzrə Bakı Təşəbbüsü Dialoquna start verilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin xüsusilə inkişaf etməkdə olan ölkələrə münasibətdə ticarət yönümlü iqlim siyasətinin təşviqi baxımından önəmini vurğulayıb. BICFIT Dialoqunun iqlim maliyyəsi və ticarət üzrə bacarıqların artırılması istiqamətində birgə fəaliyyət və birbaşa xarici investisiyaların cəlbi üçün səmərəli dialoq olacağı qeyd edilib. Yeni təşəbbüsün qlobal yaşıl və ədalətli keçidi gücləndirmək məqsədi ilə beynəlxalq səylər üçün uğurlu institusional tərəfdaşlığın inkişafına təkan verəcəyi diqqətə çatdırılıb. Kiçik və Orta Müəssisələrin yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası Bəyannaməsinin tərəflərin qoşulması üçün açıq olduğu elan edilib.

Tədbirdə, həmçinin UNCTAD-ın baş katibi Rebeka Qrinspan və UNDP-nin administratoru Axim Ştayner aparıcı tərəfdaşlar kimi açılış nitqi ilə çıxış ediblər.

Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişaf Mərkəzinin baş tədqiqat meneceri Tim Çeston və “Aya Coalition” qurumunun həmtəsisçisi Patrisiya Ellen da Silvanın moderatorluğu ilə keçirilən tədbirdə WTO-nun baş direktoru Nqozi Okonyo-İveala, Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Kouk-Hamilton və Beynəlxalq Maliyyə Korporasiyasının idarəedici direktoru Maxtar Diop çıxış ediblər.

Sessiyada dövlət, özəl sektor, beynəlxalq təşkilatlar, biznes assosiasiyaları, akademik dairələr və maliyyə institutlarının nümayəndələrinin iştirakı ilə iqlim maliyyəsi, investisiya və ticarət siyasətlərini formalaşdırmaq, iqlim məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim fəaliyyətini davamlı inkişafla uyğunlaşdıracaq innovativ yanaşmalar müzakirə edilib. Tədbirdə Mərakeş, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Avstraliya, Dominikan Respublikası və digər ölkələrin nazirləri, yüksək vəzifəli nümayəndələri bu təşəbbüsə dəstək bildiriblər.

Yekun nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev müzakirələrin məzmununun və təmsilçiliyin genişliyinin iqlim dəyişikliyinin həllinin inkişaf ölçüsü ilə paralel formada əlaqələndirilmiş, çoxsahəli və çoxtərəfli yanaşma tələb etdiyinin göstəricisi olduğunu bildirib və BICFIT Dialoqunun təqdim etdiyi qlobal innovativ platformanın əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, BICFIT Dialoqu kompleks yanaşmaların inkişafına dəstək olmaq, bilik mübadiləsinə şərait yaratmaq, iqlim sərmayələrini təşviq etmək və dialoq vasitəsilə həll yollarını birgə müəyyənləşdirmək üçün qlobal platforma rolunu oynayacaq. Bu təşəbbüs məlumat və təcrübə mübadiləsinə, koordinasiyaya və digər tərəfdaşlıqlara imkan verəcək. İqlim fəaliyyəti ilə inkişaf məqsədlərinin daha münasib şəkildə uyğunlaşdırılmasını təmin edən konkret iqlim layihələrinin tərtib olunması, strukturlaşdırılması və hazırlanması üzrə proseslərə töhfə verəcək.

Tədbirin sonunda keçmiş, hazırkı və növbəti COP Prezidentləri tərəfindən BICFIT Dialoqu üzrə Birgə Bəyannamə qəbul edilib.

COP29 Sədrliyinin əsas təşəbbüslərdən biri olan BICFIT Dialoqunun BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD), İnkişaf Proqramının (UNDP), Ümumdünya Ticarət Təşkilatı (WTO) və Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə əməkdaşlıqda reallaşdırılması nəzərdə tutulur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının (COP) müvafiq sədrlikləri, müxtəlif beynəlxalq təşkilatlar, çoxtərəfli inkişaf bankları və iqlim fondları, vətəndaş cəmiyyəti təşkilatları, qlobal beyin mərkəzləri və akademik institutlar bu təşəbbüsə öz töhfələrini və dəstəklərini verirlər.

Bu təşəbbüs UNFCCC və Paris İqlim Sazişinə dəstək olaraq irəli sürülüb və qlobal iqlim, inkişaf və ticarət tərəfdaşlarının və digər maraqlı tərəflərin iştirakı ilə maliyyə, sərmayə, ticarət və dayanıqlı inkişaf arasında əlaqəni artırmaq üçün innovativ, hərtərəfli dialoq və tərəfdaşlıq platforması yaratmaq məqsədini daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO kosmos əsaslı texnologiyalardan istifadə edərək iqlim dəyişikliyi ilə mübarizə üçün əməkdaşlığı təşviq edir  

15:57
16 Noyabr

COP29 çərçivəsində Xəzər dənizinin kritik vəziyyəti ilə bağlı müzakirə aparılıb  

15:53
16 Noyabr

Gənclər və İdman Nazirliyində Fatih Terimlə görüş keçirilib  

15:42
16 Noyabr

Britaniyalı professor: İqlim maliyyəsi üçün G20 ölkələrinin siyasi liderliyi vacibdir  

15:35
16 Noyabr

COP29: Məşhur futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb  

15:33
16 Noyabr

İkiillik Şəffaflıq Hesabatları Paris Sazişinin həyata keçirilməsində qlobal etimadın artırılması üçün vacibdir  

15:30
16 Noyabr

COP29-un Prezidenti: Çalışacağıq ki, yekun sənəddə mədəniyyətin iqlim fəaliyyətindəki roluna yer ayıraq  

15:28
16 Noyabr

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub  

14:39
16 Noyabr

Azərbaycanla ICCROM arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

14:37
16 Noyabr

Şoltsun Putinə telefon zənginin təfərrüatı açıqlanıb  

14:37
16 Noyabr

RIBA-nın prezidenti Azərbaycanda - AzMİU ilə əməkdaşlıqda yeni dövrün başlanğıcı  

14:36
16 Noyabr

Azərbaycanda ÜDM 4,9 faiz artıb  

14:34
16 Noyabr

Parlamentlərarası İttifaqın Baş katibi: Biz parlamentləri iqlimə uyğun qanunvericiliyi dəstəkləmək üçün səfərbər etməyə çalışacağıq  

14:34
16 Noyabr

Türkiyəli nazir müavini COP29 çərçivəsində keçirilən tədbirləri yüksək qiymətləndirib  

14:33
16 Noyabr

Qırğız Respublikasının birinci xanımı Türk Mədəniyyəti və İrsi Fondunda olub  

14:31
16 Noyabr

COP29 çərçivəsində “İqlim dəyişikliyinə dayanıqlı kiçik orta bizneslər” mövzusu müzakirə edilib  

14:18
16 Noyabr

COP29 çərçivəsində Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub  

14:02
16 Noyabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

14:01
16 Noyabr

COP29-un Prezidenti Azərbaycan QHT-lərinin pavilyonundakı şərait barədə məlumandırılıb  

13:59
16 Noyabr

Tacikistan Nümayəndələr Palatasının sədri: COP29-da qəbul edilən qərarlar əməkdaşlıq mexanizminin qurulmasına kömək edəcək  

13:55
16 Noyabr

Umayra Tağıyeva: Erkən xəbərdarlıq sistemləri prosesləri ən yaxşı mövcud elm və texnologiyalara əsaslanmalıdır  

13:55
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!