24 Iyul 2024 09:05
178
İQTİSADİYYAT
A- A+

COP29 Azərbaycanın alternativ enerji sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir 

 

"2024-cü ilin noyabrından Azərbaycanda keçiriləcək COP29 ölkənin bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində liderliyini nümayiş etdirmək üçün fürsətdir".

Bu barədə ABŞ Dövlət Departamentinin Azərbaycanda investisiya mühitinə dair hesabatında deyilir.

Materialda qeyd olunub ki, Azərbaycan həm quruda, həm də dənizdə külək və günəş enerjisinin inkişafı üçün böyük potensiala malikdir.

"Azərbaycan hökuməti 2030-cu ilədək elektrik enerjisi istehsalının ümumi quraşdırılmış gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faiz olmasını qarşısına məqsəd qoyub. Əsas diqqət günəş, külək və su-elektrik stansiyalarına yönəlib, layihələrin həyata keçirilməsində xarici investorlar həlledici rol oynayır. 2023-cü ilin oktyabrında Azərbaycanda 230 meqavatt gücündə günəş elektrik stansiyası işə salınıb. Ölkə Xəzər dənizindən Avropaya "yaşıl enerji" dəhlizinin yaradılması üzərində fəal iş görür. Bərpa olunan enerji sektorunda rəqabət müsbət dəyişikliklərə, o cümlədən artan investisiya, innovasiya və sosial-iqtisadi faydaların artmasına imkan yarada bilər", - hesabatda deyilir.

Ənənəvi enerjiyə gəlincə, Dövlət Departamentindən bildiriblər ki, 2022-ci ilin iyununda Azərbaycan və Avropa Komissiyası 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya ixracını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.

"2027-ci ilə qədər Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) ilə qaz nəqlini ildə 20 milyard kubmetrədək artırmağı planlaşdırır. 2023-cü ildə Azərbaycan Avropaya 11,8 milyard kubmetr qaz tədarük edib. Azərbaycan qazının demək olar ki, yarısını Avropa alır", - hesabatda deyilir.

ABŞ Dövlət Departamentindən qeyd ediblər ki, neft-qaz sektoru tarixən xarici investisiyaların daha böyük hissəsini cəlb etsə də, Azərbaycan hökuməti iqtisadiyyatını şaxələndirmək üçün dörd qeyri-neft sektoruna yönəlib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika.

"Azərbaycan hökuməti və analitiklər Azərbaycanın həmçinin Orta dəhliz kimi tanınan multimodal Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda coğrafi cəhətdən əhəmiyyətli mövqeyindən istifadə etməyə davam edəcəyini gözləyir. Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa vasitəsilə Çin və Avropa İttifaqının konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir. Azərbaycan dəmir yolu sisteminə investisiya qoyur və artan yük axınını idarə etmək üçün liman imkanlarını genişləndirib", - hesabatda deyilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video