08 Noyabr 2024 15:47
1716
Mədəniyyət
A- A+
COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb  

COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisi açılıb  

Bakıda COP29-a həsr edilən “Ruhun və təbiətin ekologiyası: fərqli baxış” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilib.

“Biz COP29-a həsr olunan sərgi keçirmək ideyasını müzakirə edəndə belə bir sual yarandı: özünəməxsusluğu ilə seçiləcək sərgini necə təşkil etmək olar? Avqustun sonu - sentyabrın əvvəlində ilk dəfə olaraq Azərbaycanın abstrakt incəsənətinə həsr olunmuş böyük sərgi keçirildi. Rəhbərlikdə bu xətti davam etdirmək fikri yarandı, çünki ekoloji problemi abstrakt, şərti incəsənət vasitəsilə çatdırmaq maraqlı addımdır. Ekologiya təkcə təbiətlə deyil, həm də insanın daxili dünyası, onun ruhu ilə bağlıdır.

Burada sual yaranır: ətraf aləmdə gördüklərimiz - ağaclar, çaylar, mənzərələr real formalarda təsvir edilə bilər. Bəs qəlbimizdə baş verənləri, ruh halımızı və təbiətə görə narahatlığımızı necə ifadə edə bilərik? Bu baxımdan abstrakt üslub ən məhsuldardır. Bu o demək deyil ki, belə mövzuları yalnız abstrakt sənət ifadə edə bilər, lakin bu, maraqlı istiqamətlərdən biridir və Azərbaycan rəssamlarında bu üslubda zəngin təcrübə və müxtəliflilik var. Emalatxanalara baş çəkərək, biz bu sərgidə istifadə oluna biləcək çoxlu əsərlər kəşf etdik”, - deyə sərginin kuratoru Elçin Şamilli AZƏRTAC -ın müxbirinə müsahibəsində bildirib.

Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, bu sərgi artıq ikinci dəfədir keçirilir. “İlk dəfə Muzey Mərkəzində keçirilib. Burada Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərləri təqdim olunur. Hesab edirəm ki, COP29 çərçivəsində gələcəkdə də oxşar sərgilər, konsertlər və digər tədbirlər təşkil olunacaq. Bizi daha çox sayda maraqlı tədbirlər gözləyir”, - deyə nazir müavini vurğulayıb.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin müavini Səlhab Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxışlarında qeyd ediblər ki, bu sərgi insan və təbiətin qarşılıqlı əlaqələri haqqında dərin düşüncələrin bir-birinə qarışdığı sənət dünyasına qərq olmaq üçün unikal imkan yaradır. Onlar vurğulayıblar ki, rəssamlar ziyarətçiləri ətrafdakı reallığa fərqli nəzər salmağa vadar edəcək unikal əsərlər yaradıblar.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Təqdim olunan sərgi Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü sayəsində həm bütün cəmiyyətin, həm də fərdin həyatının ifadə edilməsi ilə bağlı yeni sınaqlar, yeniliklər və axtarış dalğası yaradır. Abstrakt üslub məna və formaları çatdırmaq üçün universal metoda malikdir, bu da COP formatına uyğun gəlir. Bu sərgi Azərbaycan Rəssamlar İttifaqının təsviri incəsənətin beynəlxalq formatda inkişafı üzrə öz proqramını və strategiyasını əks etdirən Azərbaycan mədəniyyətinin gələcək bədii fəaliyyəti silsiləsinin mühüm tərkib hissəsidir.

Sərgi noyabrın 23-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!