02 Oktyabr 2026 08:30
379
SİYASƏT
A- A+
COP17 Ermənistanın ekoloji terrorunu ört-basdır edə bilməz

COP17 Ermənistanın ekoloji terrorunu ört-basdır edə bilməz


İllərlə işğal altında saxladığı torpaqlarımızda ağır  ekosid və urbisid törədən bir dövlətin iqlim böhranı ilə bağlı tədbir keçirməsi riyakarlıqdır


Dünyada iqlim böhranı ilə bağlı təşkil edilən beynəlxalq tədbirlər müzakirə platforması olmaqla yanaşı, həm də iştirakçı dövlətlərin real ekoloji məsuliyyətinin və mənəvi haqqının əsas göstəricisidir. Lakin oktyabr ayında Ermənistanda BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının (COP17) keçirilməsi planı iqlim həmrəyliyindən daha çox siyasi və ekoloji ziddiyyətləri üzə çıxarır. 

Ötən il Bakıda keçirilən möhtəşəm COP29 tədbiri dövründə Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı sistemli şəkildə genişmiqyaslı, qərəzli beynəlxalq informasiya kampaniyası təşkil etməsi hələ də yaddaşlardadır. Öz ərazisində və uzun illər işğal altında saxladığı torpaqlarımızda ağır ekoloji fəlakətlər törədən təcavüzkar bir dövlətin indi beynəlxalq aləmdə "yaşıl" gündəlik "bayraqdarı" kimi çıxış etməsi təkcə siyasi riyakarlıq deyil, həm də qlobal iqlim hərəkatının təməl prinsiplərinə vurulan ağır zərbədir.

Ermənistanın COP17 tədbirinə evsahibliyi etmək iddiasını təhlil edərkən, ilk növbədə bu ölkənin 30 illik işğal dövründə yürütdüyü və regional miqyas alan ekoloji təcavüz siyasətinə nəzər salmaq lazımdır. Azərbaycanın suveren ərazilərində törədilmiş ekosid və urbisid faktları, sadəcə, yerli fəsadlarla məhdudlaşmayaraq, Cənubi Qafqazın vahid ekosisteminə bərpaedilməz zərər vurub. İşğal illərində 8900 hektardan çox meşə sahəsi tamamilə, ümumilikdə isə 50 min hektardan artıq meşə ərazisi məhv edilib. 

Xüsusilə Bəsitçay Dövlət Təbiət Qoruğundakı əsrlik Şərq çinarlarının qırılması və nadir təbiət abidələrinin sıradan çıxarılması biomüxtəlifliyə qarşı törədilmiş açıq cinayətdir. 1995-2015-ci illəri əhatə edən dövrdə 54 min hektardan çox məhsuldar kənd təsərrüfatı torpağı istifadədən çıxarılıb. Qızılbulaq, Dəmirli, Söyüdlü, Vejnəli, Mehmana və digər qızıl, mis, civə yataqlarının barbarcasına, ibtidai üsullarla qanunsuz istismarı torpaq və su resurslarını ağır metallarla zəhərləyib.

Bunlarla yanaşı, azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerinin və mina xəritələrinin verilməməsi Ermənistanın humanitar sahədə olduğu kimi, torpaqların ekoloji bərpası prosesinə də bilərəkdən mane olduğunu aydın göstərir.

İrəvan hakimiyyəti beynəlxalq diplomatik dairələrdə özünü "iqlim təşəbbüskarı" kimi qələmə verməyə çalışsa da, ölkə daxilindəki mövcud ekoloji mənzərə və rəsmi rəqəmlər tamamilə əks reallığı ortaya qoyur. Cermuk şəhəri yaxınlığında yerləşən Amulsar qızıl mədəninin istismarı Arpa və Vorotan çayları vasitəsilə Araz hövzəsini, nəticədə isə bütün regionun su təhlükəsizliyini birbaşa təhdid edir. Bern Konvensiyası çərçivəsində layihənin Emerald şəbəkəsinə və qorunan ərazilərə vuracağı zərər barədə qaldırılan məsələlərə, eləcə də yerli fəalların etirazlarına baxmayaraq, Ermənistan hökuməti bu zərərli istismarı intensivləşdirmək qərarı alıb. Sazişlərə əsasən, mədənin istismarı ilə bağlı praktiki mərhələyə keçilməsi ətraf mühitə vurulacaq fəsadları daha da dərinləşdirir.

Digər tərəfdən, 1980-ci ildən istismarda olan Metsamor Atom Elektrik Stansiyasının köhnəlmiş texnologiyalarla fəaliyyət göstərən ikinci enerji blokunun istismar müddətinin uzadılması qlobal ekoloji təhlükəsizlik standartlarına açıq çağırışdır. Ciddi qəza riski, qoruyucu sistemlərin zədələnməsi ehtimalı və radioaktiv maddələrin yerüstü və yeraltı sulara sızması riski bütöv bir regionu daimi radiasiya təhlükəsi altında saxlayır.

Bununla yanaşı, beynəlxalq maliyyə qurumlarının, o cümlədən Dünya Bankının hesabatlarında vurğulandığı kimi, Ermənistanın özü dərin su çatışmazlığı böhranı ilə üz-üzədir. Ararat vadisində kommersiya məqsədli nəzarətsiz balıqçılıq və yeraltı suların normadan artıq çıxarılması təbii bərpa həddini çoxdan aşıb. Suvarma tələbatını ödəmək üçün Göyçə gölündən suyun axıdılması gölün tarixi axın göstəricilərini pozub, onun quruması təhlükəsini artıraraq fauna müxtəlifliyinə ağır zərbə vurub. Eyni zamanda 2023-cü ildə Göyçə milli parkında minlərlə yanmış və yanma təhlükəsi ilə üz-üzə qalmış ağacların taleyi İrəvanın ekoloji idarəetmədəki acizliyini nümayiş etdirir. Alaverdi və digər mədənlərin tullantılarının qrunt sularına qarışması, xüsusilə Oxçuçayın sistemli şəkildə çirkləndirilməsi göstərir ki, Ermənistan transsərhəd çayları zəhərləməkdə davam edir və Cənubi Qafqazda aşağı axın ölkəsi olan Azərbaycan bu ekoloji terrorun birbaşa qurbanına çevrilir.

Bütün bu təkzibedilməz faktlar fonunda aydın olur ki, COP29 çərçivəsində Azərbaycanın irəli sürdüyü qlobal iqlim təşəbbüslərinə qərəzlə yanaşan, lakin özü çayları zəhərləyən, AES riskini saxlayan və işğal dövründə ekosid törədən bir ölkənin COP17 kimi tədbirə evsahibliyi etməsi mənəvi və hüquqi baxımdan qəbulolunmazdır.

Beynəlxalq ictimaiyyət, ekoloji qeyri-hökumət təşkilatları və sammit iştirakçıları İrəvanda toplaşarkən diplomatik bəyanatlarla kifayətlənməməlidirlər. Ermənistandan ilk növbədə törətdiyi ekoloji zərərlərin hesabını vermək, Amulsar və Metsamor kimi regional təhlükə mənbələrini beynəlxalq auditə açmaq, transsərhəd çayların çirkləndirilməsini dayandırmaq və minalanma xəritələrini təqdim edərək ərazilərin ekoloji bərpasına şərait yaratmaq tələb olunmalıdır.

Praktiki olaraq regionun biomüxtəlifliyini məhv edən bir dövlətin iqlim konfransı keçirməsi öz ekoloji cinayətlərini və məsuliyyətsizliyini pərdələmək cəhdindən başqa bir şey deyil.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik edib  

13:06
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub  

13:02
26 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

12:34
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib VİDEO  

12:09
26 Oktyabr

FİFA U-15 yeniyetmələrin inkişafına və futbolun gələcəyinə mühüm töhfələr verir  

11:42
26 Oktyabr

Azərbaycan Elm və Təhsil Nazirliyi İran rəsmisinin açıqlamasına etiraz etdi  

11:26
26 Oktyabr

Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə  

11:19
26 Oktyabr

Həftəsonu 54 cinayətin açılması təmin olunub

11:00
26 Oktyabr

Azərbaycan Hindistan üçün əhəmiyyətli tranzit ölkədir  

10:59
26 Oktyabr

Media: Türkiyə Prezidentinin Liviyaya səfəri dekabrın əvvəlinə planlaşdırılır  

10:55
26 Oktyabr

Neftin qiymətinin artması prosesi davam edir  

10:43
26 Oktyabr

Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb  

10:39
26 Oktyabr

Azərbaycan boksçusu Avropa çempionu olub

10:37
26 Oktyabr

Qızıl və gümüş bahalaşıb

10:29
26 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:28
26 Oktyabr

Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər saxlanılaraq həbs edilib 

09:38
26 Oktyabr

Netanyahu: İran seçkilərdən əvvəl İsrailə hücum edə bilər  

09:11
26 Oktyabr

Nigeriyada kəndə silahlı hücum nəticəsində 40 nəfər həlak olub  

09:01
26 Oktyabr

Zelenski danışıqlarda Ukraynanın “qırmızı xətlər”ini açıqlayıb

08:56
26 Oktyabr

Zelenski: Ukrayna və Rusiya enerji atəşkəsinə dair razılığa gələ bilər

23:23
25 Oktyabr

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında növbəti oyununu keçirib

21:51
25 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!