18 Noyabr 2026 16:09
161
DÜNYA
A- A+
Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  


Çin alimləri keçəlliklə mübarizə aparmaq üçün mikroelektron texnologiyalardan istifadə edən xüsusi daraq hazırlayıblar. “South China Morning Post” qəzetinin məlumatına görə, siçanlar üzərində aparılan təcrübələr nəticəsində tüklərin demək olar ki, tam bərpa olunduğu müşahidə edilib.

Nəşrin məlumatına əsasən, bu, Pekin Aeronavtika və Astronavtika Universiteti (Beihang Universiteti) ilə Honkonq Şəhər Universitetinin (City University of Hong Kong – CityU) alimlərinin birgə tədqiqatının nəticəsidir. “Detangle” adlandırılan cihaz impuls elektrik sahəsi yaradır və eyni zamanda dərman preparatlarını saç follikullarının dərin qatlarına çatdırır. Bunun üçün sadəcə saçları daramaq kifayətdir.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, cihazdan istifadə cəmi 28 gün ərzində tüklərin təxminən 100 faiz bərpasına imkan verib. Müqayisə üçün qeyd edək ki, saçların uzanmasını stimullaşdırmaq üçün ən geniş istifadə olunan vasitələrdən biri olan minoksidil tətbiq edildikdə bu göstərici təxminən 70 faiz təşkil edib. Tədqiqat müəllifləri bildirirlər ki, daraq saçları darayarkən eyni vaxtda elektrik sahəsi yaradır və iki dərman preparatı ötürür. Onlardan biri saç follikullarının ətrafında qan damarlarının inkişafını stimullaşdırır, digəri isə saç tökülməsinin əsas səbəblərindən biri olan androgenlərin yaranmasında iştirak edən fermentin fəaliyyətini zəiflədir.

Daraq mikroelektron idarəetmə sxemi və dərman preparatının ötürülməsi üçün xüsusi modul ilə təchiz olunub. Sonuncu mexanizm prinsipi etibarilə diyircəkli qələmin içindəki mürəkkəb çubuğuna bənzəyir. Bütün komponentlər darağın konstruksiyasına inteqrasiya edilib. Dişciklər baş dərisi üzərində hərəkət etdikdə sistem istiqamətləndirilmiş impuls elektrik sahəsi yaradır. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu sahə saçların uzanmasını stimullaşdıran molekulların dərinin dərin qatlarına nüfuz etməsinə kömək etməklə yanaşı, saç follikullarının hüceyrə membranlarını qısa müddətə daha keçirici edir.

Hələlik cihazın insanlar üzərində klinik sınaqlarının keçirilməsinin planlaşdırılıb-planlaşdırılmadığı və darağın satışa çıxarılıb-çıxarılmayacağı barədə məlumat verilmir. Bununla belə, tədqiqat müəllifləri bildiriblər ki, dərmanların bu üsulla çatdırılması sistemi yalnız saç tökülməsinin deyil, digər xəstəliklərin müalicəsində də faydalı ola bilər.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda startap ekosistemi böyüyür 

16:38
18 Noyabr

Rusiyada məhsuldarlığı 15 faizədək artıran biopreparatlar hazırlanıb  

16:24
18 Noyabr

Bakıda ödənişli hərəkət zonalarına daxil olan avtomobillərdən toplanan vəsait dövlət büdcəsinə köçürüləcək  

16:10
18 Noyabr

Çində keçəlliklə mübarizə üçün xüsusi daraq hazırlanıb  

16:09
18 Noyabr

Masallıda bir müəllim var...  

16:08
18 Noyabr

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir  

15:57
18 Noyabr

Sosial media qadağasının uşaqlara təsirlərini araşdırmaq üçün elmi tədqiqatlara başlanılıb  

15:52
18 Noyabr

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

14:49
18 Noyabr

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

14:46
18 Noyabr

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

14:31
18 Noyabr

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

14:23
18 Noyabr

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə  

14:13
18 Noyabr

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

14:09
18 Noyabr

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

14:04
18 Noyabr

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

13:56
18 Noyabr

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

13:36
18 Noyabr

ABŞ Prezidentinin Çinə səfəri başlayıb

13:18
18 Noyabr

Milli prioritetlərə xidmət edən maliyyə strategiyası

13:17
18 Noyabr

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır  

13:09
18 Noyabr

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir  

13:03
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!