18 Noyabr 2026 13:36
194
DÜNYA
A- A+
Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir


İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 2026 çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, 2017-ci ildən Azərbaycanda qeyri-formal məşğulluğun azaldılması istiqamətində sistemli və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər nəticəsində ölkədə əmək müqavilələrinin sayı 600 minə yaxın artıb. Bu, təxminən 46-47 faiz yüksəliş deməkdir. Eyni zamanda, əməkhaqqı fondu üç dəfədən çox artıb.

Anar Əliyev qeyd edib ki, minimum əməkhaqqının artırılması, eləcə də dövlət sektorunda əməkhaqlarının mütəmadi yüksəldilməsi özəl sektorda da rəqabət mühitinə təsir göstərir və maaş artımlarını stimullaşdırır. Əmək müqavilələrinin sayının artması işçilərin bilik və bacarıqlarının inkişafı üçün də əlavə imkanlar yaradır. İşəgötürənlər əməkdaşlarını müxtəlif kurslara, ixtisasartırma və peşə hazırlığı proqramlarına cəlb etməklə onların peşəkarlıq səviyyəsini yüksəldə bilərlər.

Nazir formal məşğulluğun genişləndirilməsinin işçilərin sosial hüquqlarının təmin olunması baxımından da əhəmiyyətini vurğulayıb. O, həmçinin Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərin tələblərinə uyğun işçi qüvvəsinin müəyyənləşdirilməsi və hazırlanması istiqamətində xidmətlər göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, bu çərçivədə iri müəssisələrlə əməkdaşlıq edilir, onların ehtiyaclarına uyğun namizədlər seçilir və xüsusi peşə hazırlığı proqramları təklif olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda kilsə şkafında saxlanılan sümüyün krala məxsus olduğu DNT ilə təsdiqlənib  

14:49
18 Noyabr

Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

14:49
18 Noyabr

Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

14:46
18 Noyabr

Azərbaycan millisi FIFA reytinqində mövqeyini yaxşılaşdırıb

14:31
18 Noyabr

bp ilə Avropa və Asiya arasında elektrik enerjisi bağlantılarının inkişafı barədə fikir mübadiləsi aparılıb

14:23
18 Noyabr

Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə  

14:13
18 Noyabr

Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə

14:09
18 Noyabr

Emin Əmrullayev: İxtisas seçimi yalnız qəbul balına əsaslanmamalıdır

14:04
18 Noyabr

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını başa vurub

13:56
18 Noyabr

Anar Əliyev: Minimum əməkhaqqının artırılması özəl sektorda da maaş artımına təkan verir

13:36
18 Noyabr

ABŞ Prezidentinin Çinə səfəri başlayıb

13:18
18 Noyabr

Milli prioritetlərə xidmət edən maliyyə strategiyası

13:17
18 Noyabr

Özbəkistan Aral dənizi quruduğuna görə ekoloji fəlakətlə üzləşən bölgəyə 5 milyard dollar investisiya ayırır  

13:09
18 Noyabr

Vladimir Putin ABŞ Prezidenti ilə danışıqlar ərəfəsində Çində bir sıra görüşlər keçirir  

13:03
18 Noyabr

Sabah havanın temperaturu 21 dərəcəyə yüksələcək - PROQNOZ 

12:50
18 Noyabr

Alimlər beyin xərçəngi hüceyrələrinin yayılma mexanizmini aşkar ediblər  

12:48
18 Noyabr

Nazir: Almaniyalı həmkarımla regional təhlükəsizlik məsələlərini müzakirə etdik 

12:39
18 Noyabr

Rəsmi Tehran İranın kimyəvi silahlardan istifadə edəcəyi barədə CNN-in xəbərini təkzib edib  

12:38
18 Noyabr

Komitə: Azərbaycan Bayrağı ABŞ-də 7 gün ərzində qaydalara uyğun dalğalanıb

12:36
18 Noyabr

Ceyhun Bayramov: Bu ilin 10 ayında Almaniyadan Azərbaycana 25 min turist gəlib

12:29
18 Noyabr

Nazir: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün yekun addımlar atılmalıdır  

12:23
18 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!