25 Iyul 2024 12:09
183
DÜNYA
A- A+

Çin ikinci böyük kruiz gəmisini 2026-cı ildə dənizə buraxacaq

 

 

Çinin “Adora Cruises Limited” kompaniyası yerli istehsal olan ikinci böyük kruiz gəmisini 2026-cı ilin sonunadək təhvil verməyi və 2027-ci ildə ilk beynəlxalq reysə çıxarmağı planlaşdırır.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, kompaniya gəminin Cənubi Çin bazarına xidmət edəcəyini bildirib.

Qeyd edək ki, Çinin yerli istehsal olan ilk böyük kruiz gəmisi “Adora Magic City” 3 mindən çox sərnişin tutumuna malikdir. O, ilk kommersiya səyahətini yanvar ayında başa vurub.

Ümumilikdə 2 min 144 kayutdan ibarət ikinci gəmi isə daha geniş ictimai sahəyə və daha müasir əyləncə seçimlərinə malik olacaq. “Adora Cruises Limited” yeni gəminin ölkənin cənub bölgələrində yüksəkkeyfiyyətli səyahətlərə artan tələbatı ödəməyə imkan verəcəyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video