27 Iyun 2024 23:30
197
İQTİSADİYYAT
A- A+

Çin-Avrasiya sərgisində Orta Dəhlizin imkanlarından danışılıb

 

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçidə "İpək yolunda yeni imkanlar və Avrasiyada yeni canlanma" mövzusundakı 8-ci Çin-Avrasiya sərgisində Orta Dəhlizin əhəmiyyətindən və imkanlarından danışılıb.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Ümumçin Sənaye və Kommersiya Federasiyasının təşkilatçılığı ilə keçirilmiş “İpək yolu sənaye və kommersiya inkişafı” simpoziumunda çıxış edən ölkəmizin Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan ilə Çinin "Kəmər və yol" təşəbbüsü çərçivəsində əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb. O, Azərbaycanda investorlar üçün yaradılmış əlverişli mühit və son illərdə həyata keçirilmiş infrastruktur layihələri haqqında məlumat verib, Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.

Çinin Şandon əyaləti Kommersiya Departamentinin təşkilatçılığı ilə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı Nümayişi Zonasının (SCODA) xüsusi təqdimat tədbirində çıxış edən T.Nadiroğlu Azərbaycanın Çinin Şandon əyaləti və SCODA ilə əməkdaşlığı haqqında danışıb. Tədbir çərçivəsində SCODA ilə Azərbaycan arasında investisiya, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb. Ticarət nümayəndəsi Çin Kommersiya Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “2024 Çin-Şanxay Əməkdaşlıq Təşkilatı rəqəmsal ticarət” konfransında Azərbaycanın rəqəmsal transformasiyası haqqında təqdimat edib. Dəyirmi masa formatında keçirilmiş tədbirdə ŞƏT-in üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələrinin nümayəndələri iştirak ediblər.

Sərgi çərçivəsində Azərbaycana investisiyaların cəlb olunması məqsədilə potensial tərəfdaşlarla görüşlər keçirilib və müvafiq müzakirələr aparılıb.

Qeyd edək ki, iyunun 26-da işə başlayan 8-ci Çin-Avrasiya sərgisində 50 ölkədən 1900-dən çox nümayəndə iştirak edir. İştirakçı dövlətlərin 23-nün vahid ölkə stendində 6 mindən çox məhsul nümayiş olunur. Ölkəmizin Çindəki səfirliyi və Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə sərgidə “Made in Azerbaijan” vahid ölkə pavilyonunda 6 şirkətin 40-a yaxın məhsulu nümayiş etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video