09 May 2025 15:11
431
DÜNYA
A- A+
Çat-botların cavabları nə qədər qısa olursa, yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur  

Çat-botların cavabları nə qədər qısa olursa, yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur  

Fransanın “Giskard” şirkətinin tədqiqatçıları belə qənaətə gəliblər ki, “ChatGPT” və digər süni zəka köməkçilərinin cavabları nə qədər qısa olarsa, yanlış məlumat təqdim etmə ehtimalı bir o qədər yüksək olur. “Qısa cavab ver” və ya “iki cümlə ilə izah et” kimi sorğular modelləri həqiqəti təhrif etməyə və qeyri-dəqiq cavablar verməyə vadar edir. Məlumata əsasən, tədqiqat zamanı mütəxəssislər “OpenAI GPT-4o”, “Mistral Large” və “Anthropic Claude 3.7 Sonnet” də daxil olmaqla məşhur dil modellərinin davranışlarını təhlil edərək müəyyən ediblər ki, xüsusilə qeyri-müəyyən və mübahisəli mövzularda qısa cavab tələbi modellərin daha çox səhv məlumat vermələrinə səbəb olur.

Halüsinasiyalar generativ süni zəka sahəsində hələ də əsas həll olunmamış problemlərdən biri olaraq qalır. Hətta qabaqcıl modellər belə bəzən mövcud olmayan faktlar uydura bilirlər. Tədqiqat müəlliflərinin sözlərinə görə, məntiqə əsaslanan cavablar verməyə yönəlmiş yeni nəsil modellər, məsələn “OpenAI-in o3” modeli bəzən əvvəlki versiyalara nisbətən daha tez-tez halüsinasiyaya meyilli olurlar ki, bu da cavabların etibarlılığına mənfi təsir göstərir.

Bildirilir ki, səhvlərə meyilliliyin əsas səbəblərindən biri izah üçün məhdud yerin olmasıdır. Modeldən qısa cavab istənildikdə, o, mövzunu tam şəkildə izah edə və sorğuda yer alan yanlış fərziyyələri təkzib edə bilmir. “Giskard” mütəxəssisləri süni zəka üçün təlimatların daha diqqətlə seçilməsini və cavab uzunluğuna sərt məhdudiyyətlər qoymaqdan qaçmağı tövsiyə edirlər.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

11:02
20 May

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:56
20 May

“Azeri Light” markalı neft bahalaşıb

10:55
20 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  

10:54
20 May

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

10:54
20 May

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!