20 Avqust 2024 14:59
526
COP29
A- A+

Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”


Bu ilin noyabrında Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası Azərbaycan üçün olduqca önəmlidir.

“Report”un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün COP29 və “Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirdə "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu tədbir çərçivəsində bir çox müxtəlif səpkili konfranslar, müzakirələr, toplantılar, panellər baş tutacaq: “Noyabrda Bakı dünyanın diqqət mərkəzində olacaq”.

O, Azərbaycanın COP zirvəsinə ev sahibliyi etməsi münasibəti ilə bir daha təbrik edib.

Səfir qeyd edib ki, Türkiyə də bu tədbirdə geniş heyətlə yüksək səviyyədə iştirak edəcək: “Türkiyə COP-29 nazirliklər, media, bələdiyyələr, vətəndaş cəmiyyətləri yaxından izləyəcəklər. Türkiyə artıq növbəti COP-31-in keçirilməsi üçün öz namizədliyini irəli sürüb. Ölkəmiz də bu sahədə həyata keçirilən işlərdə öz töhfəsini verməyi hədəfləyir".

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur. Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində zəngin təcrübəyə malikdir. Tədbirin keçiriləcəyi məkan olaraq Bakı Olimpiya Stadionu seçilib.

Prosesi şəffaf, qərəzsiz və inklüziv şəkildə həyata keçirmək məqsədilə COP29 Sədrliyi ambisiyaların artırılması və fəaliyyətə təkan vermək üçün bir-birini qarşılıqlı şəkildə dəstəkləyən iki istiqamətə əsaslanan plan hazırlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video