01 Oktyabr 2024 19:47
958
DÜNYA
A- A+
BYD 97 min avtomobilini geri qaytarır

BYD 97 min avtomobilini geri qaytarır

Çinin BYD şirkəti sükanların idarəetmə blokundakı istehsal qüsuru ilə əlaqədar 97.000 Dolphin və Yuan Plus model elektrikli avtomobili geri qaytaracağını açıqlayıb.

Geri qaytarılan avtomobillər 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər istehsal olunmuş avtomobilləri əhatə edir. Şirkətdən bildirilib ki, bu avtomobillərdə fiziki təmir işləri aparılacaq.

Qeyd edək ki, sözügedən avtomobillərin ixrac edilib-edilməməsi ilə bağlı məlumat verilməyib. Onu da əlavə edək ki, keçən il hər iki model BYD-nin Çində ən çox satılan avtomobilləri sırasında yer alıb və ümumi satışların 26 faizini təşkil edib.

Səbuhi Bayramov,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!