24 Yanvar 2024 09:00
12558
CƏMİYYƏT, SEÇKİ 2024
A- A+

Bütöv Azərbaycanda Zəfər seçkisi

 

Demokratik, ədalətli, şəffaf seçkilər üçün bütün şərait yaradılıb

 

Bu il fevralın 7-də Azərbaycan xalqı müstəqillik tarixində ilk dəfə olaraq qalib ölkənin qalib vətəndaşları kimi səs verəcək. 
Eləcə də illərdən sonra Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda, Füzulidə, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Xocavənddə, Xocalıda, Xankəndidə - Qarabağ və Şərqi Zəngəzurda Zəfər seçkisinin qüruru yaşanacaq.
Ard-arda qazandığımız parlaq Şuşa, Xankəndi zəfərləri sayəsində xalqımız yeni başlanğıclarla bol möhtəşəm bir dövrə qədəm qoyub. 
Cəmi üç il əvvələ qədər arzusunda olduğumuz möcüzəvi hadisələrin hamısı artıq gerçəyə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib, Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə üçrəngli bayrağımız dalğalandırılıb. 
2024-cü il fevralın 7-də Azərbaycanda suverenliyimizin təmin edilməsi kimi tarixi şəraitdə ilk dəfə prezident seçkiləri keçirməyimizin özünün də böyük rəmzi mənası var.  
Bu baxımdan, heç şübhəsiz, növbədənkənar prezident seçkilərinin keçiriləcəyi 7 fevral təqvimi salnamələrimizə tarixi gün kimi yazılacaq. Çünki Azərbaycan xalqı müstəqillik həyatında ilk dəfə olaraq bu seçkilərə - ərazi bütövlüyümüzün tam bərpası fonunda gedəcək. Bu seçkilərin işğaldan azad edilmiş yurdlarımızda keçirilməsi isə bir ayrı milli qürurumuzdur. 

 

Böyük qayıdışın yaratdığı zəmin

 

Azərbaycan dövlətinin qısa müddət ərzində 10 min kvadratkilometr ərazidə apardığı genişmiqyaslı tikinti və quruculuq işlərinin nəticəsidir ki, illərboyu erməni vandalları tərəfindən viran qoyulan ərazilərimizin də siması tamamilə dəyişir. Bir zamanlar mənfur düşmənin yanmış torpaq siyasəti ilə bütün canlı aləmini məhv etdiyi, sularını qurutduğu, meşələrini qırdığı Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır. Çoxsaylı yaşayış məntəqəsinin yenidən qurulduğu, "ağıllı kənd və şəhərlər"in salındığı bu ərazilərdə böyük infrastruktur layihələri həyata keçirilir, dəmir yolları, avtomobil yolları, tunellər çəkilir, beynəlxalq hava limanları tikilib istifadəyə verilir.
Xatırladaq ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" qəbul edilib.
Artıq Zəngilanın Ağalı, Tərtərin Talış, Laçının Zabux kəndlərinə, eləcə də Füzuli və Laçın şəhərlərinə minlərlə insan qayıdıb, əzəli torpağında əbədi yaşamağa başlayıb. 
Qayıdış proqramının böyük müvəffəqiyyətlə icra olunmasının və görülən mühüm işlərin daha bir mühüm nəticəsidir ki, işğaldan azad edilən ərazilərimizdə də prezident seçkilərində səsvermə keçiriləcək və bunun üçün həmin yerlərdə mühüm hazırlıq işləri görülüb.  

 

26 seçki məntəqəsi təşkil edilib

 

İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. 
Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün bütün seçki məntəqələri lazımi texniki və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Vətəndaşların seçimlərini sərbəst şəkildə etmələri üçün səsvermə kabinələri quraşdırılıb, məntəqələrə seçki qutuları və lazımi inventar paylanılıb, divarlardan seçici siyahıları və məlumat lövhələri asılıb. Seçki məntəqələrinə mürəkkəb və ultrabənövşəyi lampalar və digər zəruri vəsaitlər gətirilib. Məntəqə seçki komissiyalarının katibləri və üzvləri, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqatın aparılması və təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlər ayrılıb.
Bir sözlə, növbədənkənar prezident seçkilərinə işğaldan azad olunmuş ərazilərimizdə də yüksək səviyyədə hazırlıq işləri görülüb və lazımi şərait yaradılıb. Və qayıdış karvanları ilə dədə-baba torpağına dönən minlərlə keçmiş məcburi köçkün fevralın 7-də öz yurdunda - Qarabağda və Şərqi Zəngəzurda layiqli namizədinə səs verərək Prezidentini seçəcək. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video