28 Noyabr 2024 08:55
249
İQTİSADİYYAT
A- A+
Bu il Tovuzda xurma boldur

Bu il Tovuzda xurma boldur


Tovuzda kütləvi xurma yığımına başlanıb. Bu il hava şəraiti qeyri-sabit və yağıntılı keçsə də, məhsuldarlığa elə də ciddi təsir etməyib. Odur ki, məhsulun vaxtında yığılması və tədarük edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınıb. 

Xurmanın əsas alıcıları Rusiya bazarlarında olduğundan bağbanlar yığılan  məhsulun çox hissəsini anbarlara vururlar. Bağ sahibləri yaxşı bilirlər ki, qonşu ölkədə dekabr və yanvarda xurma yaxşı qiymətə satılır. Fermerlər həm də onu deyirlər ki, yerli bazarlarda xurma az satıldığından qazanc aşağı olur. Hazırda yerli bazarlarda xurmanın bir kiloqramı 80-90 qəpikdir ki, bu da məhsulun heç maya dəyəri deyil. Ona görə də bağbanlar xurmanın ixracına daha çox üstünlük verirlər.

Məhsulun qısa vaxt ərzində anbarlara daşınması üçün hazırda çoxlu sayda texnika işləyir. Əl əməyi ilə yığılan və qablaşdırılan xurma daha sonra həmin texnikalar vasitəsilə soyuducu anbarlara daşınır. Anbarlarda çeşidlənib qablaşdırılandan sonra kameralara vurulur. 

Hazırda Tovuz rayonunda 324 hektar xurma bağı var ki, onun da 17,5 hektarı bu il salınıb. Son məlumata görə, barverən bağların hər hektarından 264,6 sentner olmaqla 6350 ton məhsul toplanıb. Artıq məhsulun bir hissəsi Rusiya, Belarus, Moldova və Qazaxıstana göndərilib, qalanı isə soyuducu anbarlara yığılıb. 

Rayonda əkilən xurma sortları əsasən "şişburun", "yastı karalyok", "yaponka", "Şərq xurması"nın müxtəlif sortları, "şokoladlı xurma", "Paşa", "Seyfəli", "xiekume", "tampoan" və sair sortlardır ki, onlara da tələbat çoxdur. 

Rayonda xurma yetişdirməklə hər il çoxlu qazanc əldə edən çoxlu sayda fermer təsərrüfatı var. Qovlar şəhərindən Mətanət Məmmədovanın 33, Dönük Qırıqlı kəndindən  Elnarə Abbasovanın 6, Düz Qırıqlı kəndindən Amil Zülfüqarovun 5 hektar xurma bağı var. Həmin bağlardan hər il yüksək məhsul götürülür. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Afrika Respublikasında silahlı hücum nəticəsində 10 nəfər həlak olub

19:30
28 Noyabr

Putin: Ermənistanla KTMT arasında mövcud vəziyyətə ölkədəki daxili siyasi proseslər təsir edir  

19:25
28 Noyabr

ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb  

18:44
28 Noyabr

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

17:27
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirib  

15:10
28 Noyabr

Nazir müavini: Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb

15:09
28 Noyabr

Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb  

13:30
28 Noyabr

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

13:16
28 Noyabr

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

12:58
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

12:46
28 Noyabr

İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq  

12:41
28 Noyabr

DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb  

12:36
28 Noyabr

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq  

12:31
28 Noyabr

İş və istirahət günlərinin yerləri dəyişdirilib  

12:26
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!