27 Noyabr 2024 17:40
134
İQTİSADİYYAT
A- A+
Tacikistanda “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir  

Tacikistanda “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir  

Noyabrın 26-28-i Tacikistanın Düşənbə şəhərində “SPECA regionunda yaşıl inkişaf” mövzusunda İqtisadi Forum keçirilir.

Azərbaycanın Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, “SPECA regionunda yaşıl inkişaf üzrə yüksəksəviyyəli siyasət dialoqu”na həsr olunan Forumun birinci sessiyasında əvvəlcə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) hazırkı sədri, Tacikistanın iqtisadi inkişaf və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda açılış nitqi ilə çıxış edib.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, Forumun region ölkələri arasında əməkdaşlığın dərinləşdirilməsi, davamlı və yaşıl gələcək üçün yeni təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində mühüm addım olduğunu, hazırda üzləşdiyimiz iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi kimi qlobal çağırışlar nəzərə alınmaqla, "SPECA regionunda yaşıl inkişaf" mövzusunun uyğun zamanda müzakirə edildiyini vurğulayıb. Həmçinin bu keçidə nail olmaq üçün təkcə enerji sistemlərinin transformasiyasını deyil, həm də resursların davamlılığı, ekosistemin qorunması və “yaşıl sektorlar”da yeni məşğulluq imkanlarının yaradılması üçün innovativ strategiyaların qəbulunun tələb olunduğunu qeyd edib.

Səfir noyabrın 14-də Bakıda keçirilən COP29 çərçivəsində SPECA-nın Nazirlər Toplantısında nəinki SPECA İqlim və İnnovasiya Dialoqunun təsis olunduğunu, İtki və Zərər Fondunun fəaliyyətə başlamasının rəsmi elan edildiyini, Azərbaycanın enerji səmərəliliyinin artırılmasına, bərpaolunan enerji mənbələrinin inkişafına və karbon qazının azaldılmasına yönəlmiş yaşıl inkişaf strategiyasını fəal şəkildə davam etdirdiyini, strateji yaşıl maliyyələşdirmə proqramlarında iştirakını diqqətə çatdırıb.

BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) və SPECA-nın iştirakçı dövlətləri tərəfindən yaradılmış SPECA Çoxtərəfli Etimad Fondunun COP29-da işə salınmasının Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrə uyğunlaşdırılaraq regional iqlim təşəbbüslərinin icra edilə bilən layihələrə çevrilməsində mühüm addım olduğunu bildirən Əlizamin Əskərov, SPECA regionundan olan Yaşıl Şəhər Liderlərinin dəyirmi masasının da keçirildiyini söyləyib.

“SPECA regionu yaşıl inkişaf sahəsində inteqrasiya olunmuş və qarşılıqlı faydalı həllərin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Təbii ehtiyatlardan səmərəli istifadəyə, karbon emissiyalarının azaldılmasına və ekoloji problemlər qarşısında iqtisadiyyatların dayanıqlığının artırılmasına birgə səylərlə nail oluna bilər. SPECA-nın iştirakçı dövlətləri ilə yaşıl inkişaf sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi davamlı regionun yaradılmasında əsas amilə çevrilə bilər. Azərbaycan ümumi məqsədlərə nail olmaq üçün öz təcrübəsini və resurslarını təklif edərək, bu proseslərdə fəal rol oynamağa davam etməyə hazırdır”, - deyə o vurğulayıb.

Forum işini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror Qətərə işgüzar səfər edib  

19:31
27 Noyabr

Penitensiar xidmətə qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib  

18:07
27 Noyabr

Namibiyada ümumxalq seçkiləri keçirilir  

18:06
27 Noyabr

BCM-nin baş prokuroru Myanma hərbi administrasiyasının başçısının həbsinə order istəyib  

18:04
27 Noyabr

“Mitsubishi” Ginnesin Rekordlar Kitabına düşüb  

17:58
27 Noyabr

PKK-nın daha səkkiz terrorçusu zərərsizləşdirilib  

17:57
27 Noyabr

4.45 milyard illik asteroid keçmişdən xəbər verib  

17:56
27 Noyabr

"Lion"un 150-yə yaxın azarkeşi Bakıya gəlib  

17:56
27 Noyabr

Slovakiyanın Baş naziri Qələbənin 80 illiyi ilə bağlı Moskvaya gələcək

17:55
27 Noyabr

ABŞ Tayvanla bağlı gərginlik fonunda Quamda atom sualtı qayığı yerləşdirib  

17:53
27 Noyabr

“Google Maps” xətası ölümə səbəb olub  

17:52
27 Noyabr

Fransanın Baş naziri Mişel Barnye vəzifəsini itirə bilər  

17:52
27 Noyabr

Ursula fon der Lyayen məzuniyyətini Yunanıstan baş nazirinin villasında keçirib  

17:50
27 Noyabr

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb  

17:49
27 Noyabr

Almaniya hakimiyyəti Birinci Kanalın bürosunu bağlamaq qərarına gəlib  

17:48
27 Noyabr

Cəlilabad rayonunda zəlzələ qeydə alınıb  

17:46
27 Noyabr

Ukrayna XİN COP29-un nəticələrini yüksək qiymətləndirib  

17:46
27 Noyabr

Nazir Məcnun Məmmədovun Xaçmazda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib  

17:44
27 Noyabr

Türkiyəli ekspert: COP29 Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin göstəricisi oldu  

17:44
27 Noyabr

Beynəlxalq Elektrik Rabitəsi İttifaqı: COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır  

17:42
27 Noyabr

COP29 ərəfəsində ən çox kiberhücuma məruz qalan saytlar 

17:41
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!