26 Noyabr 2024 18:31
89
İQTİSADİYYAT
A- A+
Sumqayıt və Sarayda daha 549 mənzil kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir  

Sumqayıt və Sarayda daha 549 mənzil kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir  

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur. Bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır.

Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır.

Yeni mənzillər “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən seçim üçün 3 dekabr 2024-cü il tarixindən açıq olacaq. Vətəndaşlar təklif olunan mənzillərin siyahısı ilə bu keçid (https://mcgf.gov.az/menu/202) vasitəsilə tanış ola bilərlər.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu və elektron sistem vasitəsilə mənzillərin seçilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi Youtube kanalı (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5581 kirayə müqaviləsi bağlanılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

19:21
26 Noyabr

Küveytdə Şuşaya həsr olunmuş böyük konfrans keçirilib

19:17
26 Noyabr

“SAT-SAS-2024” təlimi davam edir  

19:15
26 Noyabr

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı tarix sabah müəyyənləşəcək

19:14
26 Noyabr

COP29 Tatarıstan mətbuatında geniş işıqlandırılıb  

18:44
26 Noyabr

Rövzət Qasımov: 51 seçki dairəsi üzrə 160 seçki məntəqəsi öz aidiyyəti seçki dairəsini dəyişib  

18:43
26 Noyabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub  

18:41
26 Noyabr

“Boeing” Pentaqondan 2,4 milyard dollarlıq sifariş alıb  

18:40
26 Noyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:39
26 Noyabr

Paytaxtın rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir  

18:36
26 Noyabr

NATO Parlament Assambleyası Ukraynanın Alyansa üzvlüyünün sürətləndirilməsini tələb edən qətnamə qəbul edib  

18:34
26 Noyabr

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti sığorta sahəsində əməkdaşlıq edəcək  

18:32
26 Noyabr

Sumqayıt və Sarayda daha 549 mənzil kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir  

18:31
26 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
26 Noyabr

“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb

16:58
26 Noyabr

BƏƏ Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi verəcək

16:57
26 Noyabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

16:55
26 Noyabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib  

16:54
26 Noyabr

Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib  

16:53
26 Noyabr

Gürcüstanda prezident seçkiləri keçiriləcək

16:51
26 Noyabr

Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir  

15:47
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!