26 Noyabr 2024 18:40
85
DÜNYA
A- A+
“Boeing” Pentaqondan 2,4 milyard dollarlıq sifariş alıb  

“Boeing” Pentaqondan 2,4 milyard dollarlıq sifariş alıb  

ABŞ Hərbi Hava Qüvvələri daha 15 ədəd “KC-46 Pegasus” yanacaqdoldurma təyyarəsinin istehsalı üçün “Boeing” korporasiyası ilə müqavilə bağlayıb.

AZƏRTAC xəbər verir ki, “Defense news” nəşrinin məlumatına görə, müqavilənin dəyəri 2,4 milyard dollardır. Sifariş edilən təyyarələr 2028-ci ilin iyun ayının sonunadək hazır olmalıdır. ABŞ Hərbi Hava Qüvvələri bundan öncə 89 ədəd “KC-46 Pegasus” təyyarəsi alıb və onların sayını 179-a çatdırmağı planlaşdırır.

ABŞ Müdafiə Nazirliyi 2030-cu illərdə təhlükəli hava məkanında fəaliyyət göstərə bilən yeni nəsil yanacaqdoldurma təyyarələri almağı planlaşdırır. Pentaqon, eyni zamanda, maliyyə çatışmazlığı şəraitində altıncı nəsil qırıcıları, həmçinin bu qırıcılarla və perspektivli “B-21 Raider” strateji bombardmançılarla bir qrupda fəaliyyət göstərə biləcək pilotsuz təyyarələr əldə etmək istəyir.

Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələri gəmi əleyhinə yeddi ədəd “P-8A Poseidon” patrul təyyarəsi üçün “Boeing” korporasiyası ilə 1,7 milyard dollarlıq müqavilə imzalayıb. İndiyədək Cənubi Koreya, Almaniya və Kanada tərəfindən sifariş olunan bu təyyarələr hazırda ABŞ, İngiltərə, Avstraliya, Norveç, Yeni Zelandiya ordularının arsenalına daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib 

19:21
26 Noyabr

Küveytdə Şuşaya həsr olunmuş böyük konfrans keçirilib

19:17
26 Noyabr

“SAT-SAS-2024” təlimi davam edir  

19:15
26 Noyabr

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı tarix sabah müəyyənləşəcək

19:14
26 Noyabr

COP29 Tatarıstan mətbuatında geniş işıqlandırılıb  

18:44
26 Noyabr

Rövzət Qasımov: 51 seçki dairəsi üzrə 160 seçki məntəqəsi öz aidiyyəti seçki dairəsini dəyişib  

18:43
26 Noyabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub  

18:41
26 Noyabr

“Boeing” Pentaqondan 2,4 milyard dollarlıq sifariş alıb  

18:40
26 Noyabr

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:39
26 Noyabr

Paytaxtın rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir  

18:36
26 Noyabr

NATO Parlament Assambleyası Ukraynanın Alyansa üzvlüyünün sürətləndirilməsini tələb edən qətnamə qəbul edib  

18:34
26 Noyabr

Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti sığorta sahəsində əməkdaşlıq edəcək  

18:32
26 Noyabr

Sumqayıt və Sarayda daha 549 mənzil kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir  

18:31
26 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:00
26 Noyabr

“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb

16:58
26 Noyabr

BƏƏ Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi verəcək

16:57
26 Noyabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilir

16:55
26 Noyabr

Gələn ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib  

16:54
26 Noyabr

Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib  

16:53
26 Noyabr

Gürcüstanda prezident seçkiləri keçiriləcək

16:51
26 Noyabr

Kosmosda çox qalmaq idrak qabiliyyətini zəiflədir  

15:47
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!