19 Aprel 2024 18:54
181
CƏMİYYƏT
A- A+

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

 

Aprelin 19-da Daxili İşlər Nazirliyində (DİN) informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində işlərin vəziyyətinə həsr olunmuş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda nazir general-polkovnik Vilayət Eyvazov çıxış edərək bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2024-cü ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib.

DİN və prokurorluq üzrə qeydə alınmış 8 min 930 cinayətin 85 faizi açılıb. Ağır və xüsusilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, o cümlədən oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verən, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqazidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, mülkiyyət əleyhinə kriminal əməllərin, onlardan oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin açılması yaxşılaşıb. Qeyri-leqal dövriyyədən 1 ton 329 kiloqram narkotik vasitə çıxarılıb və bu cinayətlərə görə 1572 nəfər məsuliyyətə cəlb edilib. Yol-nəqliyyat hadisələrinin sayında 12,2 faiz, qəzalarda həlak olanların sayında 14 nəfər, xəsarət alanların sayında 39 nəfər azalma qeydə alınıb.

Vətəndaş məmnunluğunun təmin olunmasının, o cümlədən müraciətlərə baxılmasının vəziyyətinə toxunan nazir bu istiqamətlərdə nəticələrin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş 77 milyon 668 min 996 manat maddi ziyanın 80 faizinin istintaq prosesində ödənildiyini diqqətə çatdırıb.

Daha sonra gündəlikdəki məsələlərlə bağlı məruzələr dinlənilib.

Müzakirə olunan məsələlər ətrafında Baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri çıxış edərək görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxış ediblər.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik V.Eyvazov qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirildiyini, şəxsi heyətin xidməti vəzifələri böyük əzmlə yerinə yetirdiyini diqqətə çatdırıb.

Vətəndaş məmnunluğunun təmin edilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu xatırladan nazir cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

O, cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanaraq ölkə əhalisinə çatdırılması istiqamətində əlavə tədbirlərin görülməsi, hər bir ərazi polis orqanında cinayət xarakterli müraciətlərin həssaslıqla araşdırılması, fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması işinə yeni yanaşmaların tətbiqi, cinayətlərin kriminalistik üsul və vasitələrlə açılması sahəsində mütərəqqi beynəlxalq təcrübə əsasında əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi kimi mühüm məsələlərlə bağlı daxili işlər naziri konkret tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video