27 Yanvar 2024 10:44
4319
Elm və texnika
A- A+
Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür

Bu gün görkəmli Azərbaycan alimi Sara Aşurbəylinin doğum günüdür

 

Yanvarın 27-də görkəmli Azərbaycan alimi, tarix elmləri doktoru Sara Aşurbəylinin doğum günüdür. Sara Aşurbəyli həyatını Azərbaycan elminə, tarixinə, mədəniyyətinə xidmətə həsr edən ziyalılarımızdan biridir. Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixi ilə bağlı tədqiqatlarıdır.

AZƏRTAC görkəmli tarixçi-alimin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır. 1906-cı ildə Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açan Sara Aşurbəyli orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olub. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib. Bu əsərlərdə Qədim Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunub. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial, siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. Alim bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarix kitablarının, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan Sara xanım Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı kimi yüksək adlara, 1996-cı ildə 90 illik yubileyi ərəfəsində Azərbaycanın ali mükafatına - “Şöhrət” ordeninə layiq görülüb. O, orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir.

Tarixçi-alimin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Ümummilli lider Heydər Əliyev alimin 90 illiyi münasibətilə ona ünvanlandığı məktubda yazmışdır: “...Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.

Sara xanım təkcə vurğunu olduğu tarix sahəsi ilə kifayətlənməyib. O, həm də gözəl rəssam və musiqiçi idi. Dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləyib. Müəllimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin dəvəti ilə 15 il konservatoriyada (indiki Bakı Musiqi Akademiyası) xarici dildən dərs deyib. Sonralar Milli Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.

Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski və Fitso narazılıqları masa arxasında müzakirə etməyə razılaşıb  

23:58
13 Yanvar

Şahzadə Harri və Meqan Markl Kaliforniya meşə yanğınlarının qurbanlarına yardım ediblər  

22:56
13 Yanvar

Baş konsul: Yanğınlarda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə qaynar xəttimizə məlumat daxil olmayıb

22:33
13 Yanvar

Aİ Ukrayna və Moldovaya 148 milyon avroluq humanitar yardım ayırıb  

21:33
13 Yanvar

“Qarabağ” Juninyonun “Flamenqo” klubuna transferi ilə bağlı açıqlama yayıb

20:40
13 Yanvar

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

20:37
13 Yanvar

2013-cü ildə Türkiyədə törədilən terror aktının təşkilatçılarından biri Suriyada saxlanılıb

20:19
13 Yanvar

Nazir: Dövlətlə sahibkar arasında etimad mühitinin möhkəmləndirilməsi investisiya qoyuluşlarını artırır  

20:03
13 Yanvar

Avropa İttifaqı “Türk axını” qaz kəmərinə hücumla bağlı xəbərlərdən narahatdır  

19:38
13 Yanvar

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

19:27
13 Yanvar

Estoniyada minlərlə ev təsərrüfatı hələ də işıqsız qalıb

19:08
13 Yanvar

BDYPİ: Bakıda Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

18:43
13 Yanvar

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub 

18:23
13 Yanvar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun geniş kollegiya iclası keçirilib

18:08
13 Yanvar

Türkiyə Prezidenti ailə dəyərlərini qorumağa çağırıb

17:45
13 Yanvar

Cəbrayılda daha 39 ailəyə evlərinin açarları təqdim olunub

17:36
13 Yanvar

Aleksandar Vuçiç: Azərbaycanla və Prezident İlham Əliyevlə dostluğumuzla fəxr edirəm

17:35
13 Yanvar

Dünya İqtisadi Forumunun hesabatında “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

17:34
13 Yanvar

Nafiz Əhməd xəbərdarlıq edir: Dünya təhlükədədir

17:32
13 Yanvar

Çexiyada restoranda faciə baş verib  

17:29
13 Yanvar

BMT Suriyanı dəstəkləməyə hazırdır

17:27
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!