13 Yanvar 2025 20:37
201
CƏMİYYƏT
A- A+
Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  

Qərbi Azərbaycan İcmasının Elm komissiyasının iclası keçirilib, bir sıra qərarlar qəbul olunub  


Qərbi Azərbaycan İcmasının Elm komissiyasının növbəti iclası keçirilib.

İcmadan AZƏRTAC-a bildirilib ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq milli-mədəni irsimizin tədqiqi və təbliği, xüsusilə Qərbi Azərbaycan həqiqətlərinin həm daxili, həm də xarici auditoriyaya çatdırılmasının önəmindən danışıb, bu istiqamətdə İcmanın gördüyü işlərə diqqət çəkib. O, eyni zamanda, İcmanın Elm komissiyasının araşdırdığı mövzuların əhəmiyyətindən bəhs edib.

Müzakirələrdə, həmçinin İcma sədrinin müavini, Elm komissiyasının sədri, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, kimya elmləri üzrə fəlsəfə doktoru Nazir Əhmədli, yazıçı-publisist Miraslan Bəkirli, professor Həsən Bayramoğlu, AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramov, İcmanın İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, İcmanın İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor İbrahim Bayramov, dosent Cəlal Allahverdiyev, tədqiqatçı Mirzə Ənsərli və İcmanın aparat rəhbəri Qalib Qasımov çıxışlar edərək, Qərbi Azərbaycan irsinin araşdırılması, təbliği və gələcək nəsillərə çatdırılması ilə bağlı yeni tədqiqatların aparılmasının vacibliyini vurğulayıblar.

Tədbirdə komissiyanın fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə bir sıra qərarlar qəbul olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİN-in Daxili Qoşunlarının ötənilki fəaliyyəti yüksək qiymətlənirilib  

15:00
14 Yanvar

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

14:59
14 Yanvar

Zelenski hərbi vəziyyət və səfərbərlik müddətinin uzadılmasına dair qanun layihələrini parlamentə göndərib  

14:58
14 Yanvar

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

14:17
14 Yanvar

Polis Nərimanovda əməliyyat keçirib, 11 kiloqram narkotik vasitə və 9 odlu silah aşkarlanıb 

14:16
14 Yanvar

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

14:14
14 Yanvar

Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur

14:13
14 Yanvar

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

14:10
14 Yanvar

Ötən il dünyada satılan elektromobillərin yarıdan çoxu Çinin payına düşüb  

14:09
14 Yanvar

STM Qərbi azərbaycanlılar arasında rəy sorğusu aparıb  

14:08
14 Yanvar

Nazirlik “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına öz maarifləndirici stendi ilə qoşulub  

14:05
14 Yanvar

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibinə və İnsan hüquqları üzrə Ali Komissarına məktublar ünvanlayıb

13:58
14 Yanvar

Milli Qəhrəman Hökumə Əliyevanın həyatından bəhs edən film çəkiləcək

13:57
14 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

13:41
14 Yanvar

Burkina-Fasonun Prezidenti Makronu ittiham edib

13:39
14 Yanvar

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

13:38
14 Yanvar

Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

13:37
14 Yanvar

Nobel mükafatı laureatları qlobal aclıq fəlakətinin qarşısını almağa çağırırlar

13:36
14 Yanvar

Qərbi Azərbaycan İcması “Deutschlandfunk” ictimai radio kanalının yol verdiyi irqi ayrı-seçkiliyi qınayıb  

13:34
14 Yanvar

Los-Ancelesdə meşə yanğınları səbəbindən 92 min insan təxliyə edilib

13:27
14 Yanvar

Kaliforniyada meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

13:21
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!