13 İyun 2025 16:46
555
İQTİSADİYYAT
A- A+
Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib  

Brüsseldə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun üçüncü iclası keçirilib  


Belçika Krallığının Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqunun üçüncü iclası olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov və Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensenin rəhbərliyi ilə keçirilən iclasda Energetika Nazirliyi, SOCAR, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA), Avropa Komissiyasının Enerji üzrə baş direktorluğu (DG ENER), Avropa İnvestisiya Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), həmçinin CESI şirkəti təmsil olunub.

Görüşdə enerji tərəfdaşlığının Cənub Qaz Dəhlizi və enerji keçidi prioritetləri üzrə müzakirələr aparılıb. Azərbaycanın qaz hasilatı və ixrac perspektivləri, Aİ-nin qaz təchizatı ilə bağlı mövcud vəziyyəti və AYİB-in enerji sektoru ilə bağlı strategiyası çərçivəsində qaz nəqli infrastrukturunun maliyyələşdirilməsi imkanları nəzərdən keçirilib.

Ötən il Azərbaycandan Avropaya qaz tədarükünün 9,5 faiz artaraq 13 milyard kubmetrə çatdığı, bu il isə ixracın 50 faizinin Avropa üçün nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, 2030-cu ilə qədər mövcud müqavilələrə əsasən, təxminən 8 milyard kubmetr əlavə qaz hasilatı, həmçinin təxminən 2,7 QVt gücündə günəş və külək elektrik stansiyalarının hesabına 1,5 milyard kubmetr qazın sərbəstləşməsi gözlənilir. Bu həcmlərin nəqli və əlavə təchizatın vaxtında və əhəmiyyətli dərəcədə artırılması boru kəmərlərinin genişləndirilməsi, yataqların işlənməsi üzrə layihələrə sərmayələri, uzunmüddətli kommersiya müqavilələrini və maliyyə alətlərinin səfərbər edilməsini tələb edir.


Həmçinin Azərbaycanda bərpaolunan enerji güclərinin inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və digər yaşıl enerji interkonnektorları layihələrinin icrasından bəhs edilib. Yaşıl enerjinin ixracına dair layihələr “Enerji üzrə Trans-Avropa Şəbəkəsi Tənzimləməsi” və “Qlobal Gateway Strategiyası”, həmçinin AİB və AYİB-in mövcud maliyyələşdirmə alətləri çərçivəsində qiymətləndirilib. Bildirilib ki, yaşıl enerji istehsalı və onun Avropaya müxtəlif marşrutlar və interkonnektorlarla tədarükü Prezident İlham Əliyevin müəyyən etdiyi müasir enerji siyasətimizin əsas strateji prioritetlərindəndir. Bu layihələr Avropa üçün enerji mənbələrinin diversifikasiyası ilə yanaşı, Mərkəzi Asiya və Orta Dəhlizlə bağlı geostrateji maraqlar baxımından da əhəmiyyətlidir.

Energetika naziri Pərviz Şahbazov deyib: “Mövcud çağırışlar fonunda etibarlı tərəfdaş olaraq Azərbaycandan qaz tədarükünün artırılmasına praqmatik yanaşma nümayiş etdirməyin və müvafiq regionlararası enerji infrastrukturlarının inkişafına maliyyə və siyasi dəstək göstərmək üçün konkret və qəti addımlar atmağın vaxtıdır. Eyni zamanda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Ortaq Maraqlar Layihəsi (PMI) statusu ilə təmin olunması və onillik şəbəkə inkişaf planına (TYNDP) daxil edilməsi bu strateji təşəbbüsün uğurlu inkişafı baxımından kritik əhəmiyyət daşıyır. Avropa İttifaqının müvafiq strukturlarını bu istiqamətdə zəruri dəstəyi gücləndirməyə və bu təşəbbüsü prioritet layihə kimi irəlilətməyə çağırırıq”.

Komissar Dan Yorgensen isə bildirib ki, bu dialoq enerji sahəsində sıx əməkdaşlığımızın göstəricisidir və belə bir dialoq çox az ölkələrlə aparılır. Azərbaycanın bu xüsusda səylərini yüksək qiymətləndiririk. Enerji təhlükəsizliyinə nail olmaq risklərin qarşısını almağı tələb edir: “Enerji infrastrukturu bizim enerji keçidimizi irəlilətmək üçün əsasdır. Biz Cənubi Qafqaz regionu ilə Avropa regionu arasında enerji inteqrasiyasının artırılması imkanlarını araşdırmağa hazırıq. Bu, zəmanətlərin və qarışıq maliyyə alətlərinin səfərbərliyi ilə də həyata keçirilə bilər”.

Müzakirələr zamanı enerji səmərəliliyi və metan emissiyalarının azaldılması çərçivəsində görülən tədbirlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Azərbaycan ilə Aİ arasında enerji dialoqu 2022-ci ildən həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!