13 Noyabr 2024 08:00
167
COP29
A- A+
Britaniyalı nazirlər COP29-dan paylaşımlar ediblər

Britaniyalı nazirlər COP29-dan paylaşımlar ediblər

Britaniyanın Baş naziri Kir Starmer, xarici işlər naziri Devid Lemmi və enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, britaniyalı nazirlər COP29-la bağlı sosial media hesablarında aktiv paylaşımlar edirlər.

Baş nazir Kir Starmer keçirdiyi ikitərəfli görüşlər və çıxışlarından video yayımlayıb. Paylaşımında o, Britaniyanın gələcək nəsillər üçün təhlükəsizlik və sabitliyi təmin etməyə sadiq olduğunu vurğulayıb. Baş nazirin digər paylaşımında iqlim tədbirlərinin investisiya, yeni iş yerləri və gələcəyin texnologiyasını inkişaf etdirmək üçün bir fürsət olduğu qeyd edilib.

Enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Milibend isə Britaniya hökumətinin iqlim təhlükəsizliyini milli təhlükəsizlik məsələsi kimi qəbul etdiyini bildirib.

Xarici işlər naziri Devid Lemmi COP29-la bağlı paylaşımında Britaniyanın təmiz enerjinin inkişafını sürətləndirmək, iqlim dəyişikliyinə qarşı mübarizədə özəl sektordan maliyyə vəsaitlərinin cəlb edilməsi və təbiəti qorumaq üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda liderlik etdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Yaşıl və Mavi Zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb  

12:39
13 Noyabr

Səhiyyə naziri: Davamlı səhiyyə müəssisələrinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün mühüm əhəmiyyət kəsb edir  

12:28
13 Noyabr

Qəzza sektorunda indiyədək BMT-nin 241 əməkdaşı həlak olub  

12:27
13 Noyabr

Abbas Moqtadai: İran ABŞ-lə danışıqlar aparır  

12:26
13 Noyabr

COP-29-un baş danışıqçısı: Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik  

12:00
13 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb Görüşdə Xankəndidə tikiş fabrikinin videobağlantı vasitəsi ilə açılışı olub YENİLƏNƏCƏK

11:59
13 Noyabr

Medianın İnkişafı Agentliyi və Albaniya Media və İnformasiya Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb  

11:58
13 Noyabr

“Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin texniki-iqtisadi əsaslandırmasının vəziyyəti dəyərləndirilib  

11:57
13 Noyabr

Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub YENİLƏNƏCƏK

11:55
13 Noyabr

COP29: Pan-Afrika İqlim Ədalət Alyansının konfransında qitənin tələbləri qətiyyətlə səsləndirilib 

11:47
13 Noyabr

COP29 çərçivəsində Rusiya ilə Azərbaycan arasında karbon poliqonu yaradılmasına dair Memorandum imzalanıb  

11:19
13 Noyabr

COP29-da iqlim böhranına qarşı fəaliyyətdə QHT-lərin rolu mövzusunda konfrans təşkil edilib  

11:17
13 Noyabr

COP29 çərçivəsində suvarma və içməli su təchizatına dair yan tədbir keçirilib  

11:16
13 Noyabr

Azərbaycan neftinin qiyməti artıb  

10:53
13 Noyabr

COP29-da iqlim savadlılığı mövzusunda yan tədbir təşkil edilib

10:51
13 Noyabr

Braziliya nümayəndə heyəti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub  

10:50
13 Noyabr

Neft bahalaşıb

10:27
13 Noyabr

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib  

09:28
13 Noyabr

Konqo Prezidenti: COP29-da Afrikanın 15 ölkəsinin rəhbərləri dünyaya yeni ideyalar təqdim edəcək  

09:27
13 Noyabr

Qırğızıstan səfiri: Azərbaycan tərəfindən COP29-un keçirilməsi böyük tərifə layiqdir  

09:24
13 Noyabr

COP29 iştirakçısı: Dubayda keçirilən COP28 ilə Bakıdakı COP29 tamamilə fərqlidir  

09:21
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!