14 May 2023 09:00
1747
SİYASƏT
A- A+
Böyük Zəfərin möhtəşəm davamı

Böyük Zəfərin möhtəşəm davamı

 

Şuşa Qarabağın incisi və döyünən ürəyidir. Qarabağın dilbər guşəsi olan Şuşa Azərbaycanın mədəniyyət məbədi və tarixi abidəsidir. Biz 28 il bu qədim şəhərin həsrətini çəkmişik. Düşmən tapdağında inləyən Şuşanın yaralarını sarımağa əlimiz çatmayıb. Nəhayət, həsrət bitmişdir. 
Ermənistanın 30 il ərzində yaratdığı "yenilməz ordusu" qəhrəman  Azərbaycan əsgərinin önündə diz çökdü, müzəffər ordumuzun qarşısında cəmi 44 gün tab gətirə bildi. Şuşasız qaldığımız illərin ağrı-acısına, məhrumiyyətlərinə son qoyuldu, nisgilimiz əridi və bütövlükdə Azərbaycanın başı üzərini almış qara buludlar dağıldı. Noyabrın 8-də qələbə xəbərini verən Prezident, Ali Baş Komandan 
İlham Əliyev o tarixi müraciətində dedi: "Əziz  Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik". 
Zəfərdən dərhal sonra çox yerləri dağıdılmış, küçələri viran qalmış şəhərin simasını dəyişmək üçün tarixi binaların, mədəni abidələrin, qarət edilmiş ev-muzeylərinin  bərpasına start verildi.  Tarixi binalar, yaşayış məntəqələri, abidələr  restavrasiya olundu. Bərpa-quruculuq işləri sürətlə aparılmağa başladı. Bu gün şəhərdə beşulduzlu hotel fəaliyyət göstərir, tarixi abidələr təmir edilib. Şuşanın enerji və su təchizatı ilə bağlı aparılan işlər, demək olar ki, başa çatıb. Azad Şuşanın siması dəyişib. Ötən il  Prezidentin fərmanı ilə "Şuşa ili" elan edildi ki, bununla da Şuşaya olan maraq daha da artdı. İki ildir bu  mədəniyyət paytaxtı festivallara, poeziya günlərinə, beynəlxalq tədbirlərə evsahibliyi edir. 
Bütün bu işlərin yerinə yetirilməsində diqqəti çəkən bir mühüm məqam da odur ki, Şuşada aparılan bərpa-quruculuq işləri şəhərin tarixi görkəminə xələl gətirilmədən aparılır. Demək olar ki, dəyişən şeylər azdı. Bəzi küçələrə yeni adlar qoyulub. Bu da  Qarabağdakı tarixi qələbəni şərtləndirən amillərdən biridir. Prezidentin  Şuşaya hər gedişində hansısa bir binanın, müəssisənin təməlqoyma mərasimini qürurla izləyirik, şərəf duyuruq.  
Xəbər verildiyi kimi, mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada bir neçə küçənin adı yazılmış lövhənin açılışı oldu. Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsindəki lövhənin məhz həmin gün açılması əslində özündə geniş bir məna ehtiva edir. Çünki Şuşanın azad edilməsi Ulu Öndərin ən böyük arzularından idi. Biz uzun bir yol keçərək müdrik Prezidentimiz İlham Əliyevin qətiyyəti, Azərbaycanın mərd oğullarının qəhrəmanlığı və yumruq kimi birləşən xalqın iradəsi ilə həmin günə, Şuşanın azad edildiyi 8 Noyabr gününə gəlib çatdıq. 
Şuşanın küçələrindən biri də Dəmir Yumruq küçəsidir. Bu küçəyə Dəmir Yumruq adı verilməsinin xüsusi anlamı, ayrıca mənası var. Müharibə təkcə  hərbin gücü  deyil, o həm də ağılın, qabiliyyətin, zəkanın savaşıdır. 
Xüsusi adlar qoyulmuş həlledici döyüşlər, taktiki gedişlər müharibələrin yaddaqalan mərhələsi sayılır. Azərbaycanın "dəmir yumruq"  əməliyyatı adlanan döyüşü 44 günə başa çatdı. 44 günlük həmin əməliyyat dünya hərb tarixinə Azərbaycan Ordusunun peşəkarlığı, yüksək nizam-intizamı və ən müasir hərbi texnologiyaların savaşı kimi yazıldı. "Dəmir yumruq" əməliyyatı hələ çox illər mütəxəssislər tərəfindən öyrəniləcək, onun üstünlükləri və fərqli tərəfləri göstəriləcək. 
 Bu baxımdan Şuşadakı küçəyə Dəmir yumruq adının verilməsinin rəmzi mənası bizə özündə gücü, qüdrəti, qalibiyyəti birləşdirən  zəfər qürurunu yaşadır. Prezident İlham Əliyevin təbirincə desək, "Dəmir yumruq" sadəcə düşmənin başına enən zərbə deyil,  həm də beynəlxaq müstəvidə Azərbaycana sərf edən qərarların, qətnamələrin qəbul edilməsidir. Bu ad Azərbaycan xalqının möhkəmliyinə işarədir, 44 günlük xalq, dövlət və ordu birliyinin rəmzidir. Uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişən küçənin adı düşmənin gözünü çıxaracaq, qulağını kar edəcək. Çünki "yumruq kimi birləşmək" ifadəsi Azərbaycanda güclü, qüvvətli olmağın simvoludur. Şuşadakı küçəyə bu adın verilməsi Prezidentin "Dəmir yumruq yerindədir" ifadəsinin təsdiqidir. 
Həmin gün Prezident  daha bir küçənin - Zəfər küçəsinin adı yazılmış lövhənin də açılışını etdi. "Zəfər" sözü qəhrəmanlıq  və şəhidlik simvoludur. Müharibənin böyük zəfərlə bitməsinin təsdiqi olaraq küçəyə bu adın verilməsi şəhidlərin ruhuna hörmətdir,  sinəsini düşmən gülləsinə sipər edən oğulların şərəfinə qoyulan abidədir. "Vətənə canımız fədadır" deyən oğulların üçrəngli bayrağa bükülmüş şəhid tabutunu  "Vətən sağ olsun"  deyə qarşılayan anaların, ataların qeyrətinə verilmiş dəyərdir. Şuşada zəfərlə bitən Vətən müharibəsi qürurumuz olduğu kimi, Zəfər adı daşıyan küçə də uca şərəfimizdir. Uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişən Zəfər küçəsi şərəfli döyüş yolu keçən qazilərin Vətən borcunun mükafatıdır. Şərəf tariximizi yazanların  Azərbaycan xalqına qazandırdığı  zəfərin davamıdır, yaddaşlara hopmasıdır.
Qarabağın xan şəhəri, bəy yurdu olan Şuşada küçələrə Dəmir yumruq və Zəfər adlarının verilməsi böyük qələbənin möhtəşəm yolu olan Zəfər yolunun "övlad"ıdır.  Həmin küçələr Şuşanı dolanaraq  böyük Zəfər yoluna çıxır. Qürurumuz olan böyük Zəfər yolu Dəmir yumruq və Zəfər küçələrində şərəfimizi tamamlayır. Vaxt gələcək ki, Şuşada yaşayanlar Şuşaya gələnlərə "Zəfərə xoş gəlmisiniz", "Dəmir yumruq"da dincələ bilərsiniz"  deyəcəklər. O gün çox da uzaqda deyil.
Mayın 10-u Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley günü idi. Həmin gün  Prezidentin Şuşada adları çəkilən və daha bir neçə küçənin açılışını etməsi də buna bir ayrı önəm verir. O gün  Ulu Öndərin ruhu böyük zəfərin simvolları olan küçələrdə və Şuşanın başı üzərində dolanırdı. İlham Əliyev sanki həmin anlarda Ulu Öndərin bizimlə olduğunu, onunla birlikdə Şuşanın küçələrində addımladığını hiss edirdi. Məhz bu duyğu ona 2020-ci ilin 8 Noyabr günündə yaşadıqlarını təkrar etdirdi: "O gün mən atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!"

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!