Böyük Zəfərin möhtəşəm davamı
Şuşa Qarabağın incisi və döyünən ürəyidir. Qarabağın dilbər guşəsi olan Şuşa Azərbaycanın mədəniyyət məbədi və tarixi abidəsidir. Biz 28 il bu qədim şəhərin həsrətini çəkmişik. Düşmən tapdağında inləyən Şuşanın yaralarını sarımağa əlimiz çatmayıb. Nəhayət, həsrət bitmişdir.
Ermənistanın 30 il ərzində yaratdığı "yenilməz ordusu" qəhrəman Azərbaycan əsgərinin önündə diz çökdü, müzəffər ordumuzun qarşısında cəmi 44 gün tab gətirə bildi. Şuşasız qaldığımız illərin ağrı-acısına, məhrumiyyətlərinə son qoyuldu, nisgilimiz əridi və bütövlükdə Azərbaycanın başı üzərini almış qara buludlar dağıldı. Noyabrın 8-də qələbə xəbərini verən Prezident, Ali Baş Komandan
İlham Əliyev o tarixi müraciətində dedi: "Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq, biz səni dirçəldəcəyik".
Zəfərdən dərhal sonra çox yerləri dağıdılmış, küçələri viran qalmış şəhərin simasını dəyişmək üçün tarixi binaların, mədəni abidələrin, qarət edilmiş ev-muzeylərinin bərpasına start verildi. Tarixi binalar, yaşayış məntəqələri, abidələr restavrasiya olundu. Bərpa-quruculuq işləri sürətlə aparılmağa başladı. Bu gün şəhərdə beşulduzlu hotel fəaliyyət göstərir, tarixi abidələr təmir edilib. Şuşanın enerji və su təchizatı ilə bağlı aparılan işlər, demək olar ki, başa çatıb. Azad Şuşanın siması dəyişib. Ötən il Prezidentin fərmanı ilə "Şuşa ili" elan edildi ki, bununla da Şuşaya olan maraq daha da artdı. İki ildir bu mədəniyyət paytaxtı festivallara, poeziya günlərinə, beynəlxalq tədbirlərə evsahibliyi edir.
Bütün bu işlərin yerinə yetirilməsində diqqəti çəkən bir mühüm məqam da odur ki, Şuşada aparılan bərpa-quruculuq işləri şəhərin tarixi görkəminə xələl gətirilmədən aparılır. Demək olar ki, dəyişən şeylər azdı. Bəzi küçələrə yeni adlar qoyulub. Bu da Qarabağdakı tarixi qələbəni şərtləndirən amillərdən biridir. Prezidentin Şuşaya hər gedişində hansısa bir binanın, müəssisənin təməlqoyma mərasimini qürurla izləyirik, şərəf duyuruq.
Xəbər verildiyi kimi, mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada bir neçə küçənin adı yazılmış lövhənin açılışı oldu. Heydər Əliyev və 8 Noyabr küçələrinin kəsişməsindəki lövhənin məhz həmin gün açılması əslində özündə geniş bir məna ehtiva edir. Çünki Şuşanın azad edilməsi Ulu Öndərin ən böyük arzularından idi. Biz uzun bir yol keçərək müdrik Prezidentimiz İlham Əliyevin qətiyyəti, Azərbaycanın mərd oğullarının qəhrəmanlığı və yumruq kimi birləşən xalqın iradəsi ilə həmin günə, Şuşanın azad edildiyi 8 Noyabr gününə gəlib çatdıq.
Şuşanın küçələrindən biri də Dəmir Yumruq küçəsidir. Bu küçəyə Dəmir Yumruq adı verilməsinin xüsusi anlamı, ayrıca mənası var. Müharibə təkcə hərbin gücü deyil, o həm də ağılın, qabiliyyətin, zəkanın savaşıdır.
Xüsusi adlar qoyulmuş həlledici döyüşlər, taktiki gedişlər müharibələrin yaddaqalan mərhələsi sayılır. Azərbaycanın "dəmir yumruq" əməliyyatı adlanan döyüşü 44 günə başa çatdı. 44 günlük həmin əməliyyat dünya hərb tarixinə Azərbaycan Ordusunun peşəkarlığı, yüksək nizam-intizamı və ən müasir hərbi texnologiyaların savaşı kimi yazıldı. "Dəmir yumruq" əməliyyatı hələ çox illər mütəxəssislər tərəfindən öyrəniləcək, onun üstünlükləri və fərqli tərəfləri göstəriləcək.
Bu baxımdan Şuşadakı küçəyə Dəmir yumruq adının verilməsinin rəmzi mənası bizə özündə gücü, qüdrəti, qalibiyyəti birləşdirən zəfər qürurunu yaşadır. Prezident İlham Əliyevin təbirincə desək, "Dəmir yumruq" sadəcə düşmənin başına enən zərbə deyil, həm də beynəlxaq müstəvidə Azərbaycana sərf edən qərarların, qətnamələrin qəbul edilməsidir. Bu ad Azərbaycan xalqının möhkəmliyinə işarədir, 44 günlük xalq, dövlət və ordu birliyinin rəmzidir. Uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişən küçənin adı düşmənin gözünü çıxaracaq, qulağını kar edəcək. Çünki "yumruq kimi birləşmək" ifadəsi Azərbaycanda güclü, qüvvətli olmağın simvoludur. Şuşadakı küçəyə bu adın verilməsi Prezidentin "Dəmir yumruq yerindədir" ifadəsinin təsdiqidir.
Həmin gün Prezident daha bir küçənin - Zəfər küçəsinin adı yazılmış lövhənin də açılışını etdi. "Zəfər" sözü qəhrəmanlıq və şəhidlik simvoludur. Müharibənin böyük zəfərlə bitməsinin təsdiqi olaraq küçəyə bu adın verilməsi şəhidlərin ruhuna hörmətdir, sinəsini düşmən gülləsinə sipər edən oğulların şərəfinə qoyulan abidədir. "Vətənə canımız fədadır" deyən oğulların üçrəngli bayrağa bükülmüş şəhid tabutunu "Vətən sağ olsun" deyə qarşılayan anaların, ataların qeyrətinə verilmiş dəyərdir. Şuşada zəfərlə bitən Vətən müharibəsi qürurumuz olduğu kimi, Zəfər adı daşıyan küçə də uca şərəfimizdir. Uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişən Zəfər küçəsi şərəfli döyüş yolu keçən qazilərin Vətən borcunun mükafatıdır. Şərəf tariximizi yazanların Azərbaycan xalqına qazandırdığı zəfərin davamıdır, yaddaşlara hopmasıdır.
Qarabağın xan şəhəri, bəy yurdu olan Şuşada küçələrə Dəmir yumruq və Zəfər adlarının verilməsi böyük qələbənin möhtəşəm yolu olan Zəfər yolunun "övlad"ıdır. Həmin küçələr Şuşanı dolanaraq böyük Zəfər yoluna çıxır. Qürurumuz olan böyük Zəfər yolu Dəmir yumruq və Zəfər küçələrində şərəfimizi tamamlayır. Vaxt gələcək ki, Şuşada yaşayanlar Şuşaya gələnlərə "Zəfərə xoş gəlmisiniz", "Dəmir yumruq"da dincələ bilərsiniz" deyəcəklər. O gün çox da uzaqda deyil.
Mayın 10-u Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley günü idi. Həmin gün Prezidentin Şuşada adları çəkilən və daha bir neçə küçənin açılışını etməsi də buna bir ayrı önəm verir. O gün Ulu Öndərin ruhu böyük zəfərin simvolları olan küçələrdə və Şuşanın başı üzərində dolanırdı. İlham Əliyev sanki həmin anlarda Ulu Öndərin bizimlə olduğunu, onunla birlikdə Şuşanın küçələrində addımladığını hiss edirdi. Məhz bu duyğu ona 2020-ci ilin 8 Noyabr günündə yaşadıqlarını təkrar etdirdi: "O gün mən atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, "Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!"
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
01 Iyun
BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etd...
01 Iyun
“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - ...
01 Iyun
Xəzər rayonunda hərbi sursat aşkarlanıb
01 Iyun
S.Babaoğlu: "Albayrak Group" şirkəti Bakı portu terminallarının 15 il ərzində istismarı hüququnu qaz...
01 Iyun
Çində tətbiq olunan uzaqdan zondlama proqramından Azərbaycanda istifadə olunacaq
01 Iyun
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb
01 Iyun
Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
01 Iyun
Dondurmanın keyfiyyətini yoxlamaq üsulu
01 Iyun
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Vətənin nəbzi ilə döyünən ürək” adlı tədbir keç...
01 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!