07 Aprel 2025 12:59
375
SİYASƏT
A- A+
Böyük Qayıdış uğurla davam edir

Böyük Qayıdış uğurla davam edir


Torpaqlarımızın işğaldan azad edilməsindən və Qarabağda erməni separatçılığına son qoyulmasından sonra Azərbaycanda dövlət səviyyəsində qarşıda duran vəzifələr  də yenilənib. Bu sırada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması respublikamızın prioritet vəzifələrdəndir. Cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri həm də milli ideya olaraq elan etmişdir. 

Öncə onu qeyd edim ki, hələ Vətən müharibəsi günlərində torpaqlarımızın azad edilməsi zamanı xarabalığa çevrilmiş şəhər və kəndlərimizin fonunda ortaya çıxan acınacaqlı mənzərələr hər birimizin qəlbini göynətdi. 30 ilə yaxın işğal dövründə ermənilər şəhər və kəndlərimizdə daşı daş üstə qoymamışdılar. Bu baxımdan Ermənistanın döyüş meydanında məğlub edilərək ərazilərimizdən qovulmasından sonra dünya həm də işğalçının vandal xislətinə şahidlik etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi sanki bu torpaqlardan vəhşi qəbilə keçmişdi. Biz işğalçı, terrorçu düşmənlə yox, həm də barbarlarla,  üz-üzə qalmışdıq. Düşmən həm də tarixi abidələrimizi, məscidlərimizi erməniləşdirə bilmədiyi üçün dağıtmış, on minlərlə eksponatı talanaraq Ermənistana aparılmışdır. 

Vətən müharibəsinin başa çatmasından sonra Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun tezliklə cənnətə çevriləcəyini bəyan etdi. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində işlər isə hələ Vətən müharibəsi günlərində azad edilmiş Suqovuşan kəndinin yollarının bərpası ilə başlayıb və sonrakı dövrdə kompleks məzmun kəsb edərək bütün Qarabağ və Şərqi Zəngəzuru əhatə edib. Artıq 5-ci ildir ki, bərpa işləri dinamik şəkildə davam edir. Müqayisəli şəkildə desək, Azərbaycan özünün maliyyə imkanları hesabına, kənardan heç bir yardım almadan 1 Livan, yaxud 4 Lüksemburq dövləti qədər qədər bir ərazini tamamilə yenidən qurur. 10 min kvadratkilometrdən çox olan ərazidə hərtərəfli şəkildə yenidən qurulur, ən müasir standartlara cavab verən avtomoöbil yolları çəkilir, tunellər, hava limanları inşa olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, bərpa olunan enerji mənbələrindən istifadəyə əsaslanan və “yaşıl” texnologiyaların tətbiqi ilə “yaşıl enerji” zonası yaradılır, qabaqcıl standartlara cavab verən təhsil, səhiyyə, idman, xidmət infrastrukturu yaradılır. Hər ilin  dövlət büdcəsi təsdiq olunarkən işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına yetərincə vəsait ayırılır.  Bütün bunlar həm də cənab Prezident İlham Əliyevin qətiyyətini, quruculuq əzmini, vətən sevgisini təcəssüm etdirir.

Prezident İlham Əliyevin azad edilmiş ərazilərə hər səfəri yeni obyektlərin təməllərinin atılması və ya inşaat işlərinin yekunlaşdırılması ilə əlamətdar olur. Dövlətimizin başçısının Novruz tonqallarını işğaldan azad edilmiş ərazilərdə qalaması isə artıq xoş bənənəyə çevrilib.  Qarabağ və Şərqi Zəngəzura səfərlər zamanı Prezident İlham Əliyevin doğma evlərinə geri dönən sakinlərlə görüşlərdə səsləndirdiyi fikirlər, verdiyi mesajlar xüsusilə əhəmiyyətlidir. 

İşğaldan azad edilmiş ərazilərdə düşmənin vəhşicəsinə dağıtdığı tarixi, dini, mədəni abidələrimiz, təbiətimiz bərpa olunur. Bu istiqamətdə Heydər Əliyev Fondu da xüsusi fəallıq göstərir, vaxtilə ermənilər tərəfindən dağıdılmış milli və mənəvi irsimizin bərpasına layiqli töhfələr verir. Fondun xüsusən Qarabağın mirvarisi olan Şuşa şəhərində həyata keçirdiyi quruculuq layihələri bu qədim yurd yerimizin tarixi şöhrətini  və özünəməxsus ənənələrini özünə qaytarır. 

2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” da təsdiq olunub. Ötən dövrün mənzərəsi göstərir ki, proqramda qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılır. Proqramdan irəli gələrək Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensilanı hərəkətə gətirilməsi, azad edilmiş ərazilərdə istehsal sahələrinin yaradılması, doğma yurdlarına geri dönən keçmiş məcburi köçkünlərin məşğulluq imkanları, insan kapitalının inkişaf etdirilməsi, sosial dəstək mexanizmlərinin geniş tətbiqi kimi məsələlər də diqqət mərkəzində saxlanılır. 

Əlbəttə Böyük Qayıdışın əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin geri dönüşüdür. 2022-ci ilin yayında Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurda qayıtmaları ilə başlanan bu proses hazırda dinamik şəkildə davam edir. 2022-2024-cü illərdə yenidən qurulan 10 kənd və şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca kəndləridir. 

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində keçmiş məcburi köçkünlərin qayıdışının bu il də davam edəcəyini bildirirərək demişdi: «Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar».

Bu ilin birinci rübü ərzində artıq 3 kəndə də məcburi köçkünlərin qayıdışı təmin olunub. Bunlar Ağdərə rayonunun Həsənriz və Suqovuşan, Ağdam rayonunun Sarıcalı kəndləridir. Sarıcalı Vətən müharibəsindən sonra Ağdamda yaşayışın yenidən bərpa olunduğu ilk kənddir. Beləliklə, indiyədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan 13 şəhər və kənddə həyat öz axarına qayıdıb, 12 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurduna geri dönüb. Ümumilikdə isə hazırda işğaldan azad edilmiş ərazilərimizdə 40 min nəfərdən çox vətəndaşımız yaşayır və işləyir. 

Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa işləri nəhəng və əzəmətli quruculuğun parlaq nümunəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmi və xüsusi qayğısı  ilə işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır. Bütün bunlar, o cümlədən Böyük Qayıdış bu il də sürətlə davam etdiriləcək, bərpa edilməkdə olan müxtəlif yaşayış məskənlərinə keçmiş məcburi köçkünlərin dönüşü təmin olunacaq. Bütövlükdə isə 2025-ci il Böyük Qayıdış proqramının həyata keçirilməsi istiqamətində növbəti uğurlu mərhələ olacaq. 


Mübariz QURBANLI,

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

01:26
12 Aprel

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

01:26
12 Aprel

Azərbaycan yeni dünya düzəninin formalaşmasına təsir göstərir

01:25
12 Aprel

“Aviasiya personalının dövri olaraq ilkin və təkrar, nəzəri və praktiki testlərdən, psixoloji müayinələrdən keçirilməsi, peşəyə yararlılığını müəyyən edən tibb müəssisələrinin və onların əməkdaşlarının sertifikatlaşdırılması Qaydaları”nın və “Heyət üzvünün hava gəmisinin bortunda vəzifəsini icra etməsinə yol verməyən xəstəliklərin siyahısı”nın təsdiq edilməsi haqqında

01:23
12 Aprel

“Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
12 Aprel

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:20
12 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 409 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hava gəmisində silahın daşınması Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:19
12 Aprel

X.R.Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

01:18
12 Aprel

M.Ə.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

01:18
12 Aprel

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

01:16
12 Aprel

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01:16
12 Aprel

Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

01:14
12 Aprel

Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

01:14
12 Aprel

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

01:13
12 Aprel

Gürcüstan Prezidenti Azərbaycan səfiri ilə regional vəziyyəti müzakirə edib  

23:54
11 Aprel

Şamil Ayrım: Qərbi azərbaycanlılara qarşı haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir  

23:09
11 Aprel

Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib  

22:26
11 Aprel

Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir  

22:25
11 Aprel

Əziz Ələkbərli: Qərbi azərbaycanlılar 38 il əvvəl Ermənistanın qanuni vətəndaşları olublar  

22:13
11 Aprel

“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib  

22:12
11 Aprel

Ceyhun Bayramov BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi ilə görüşüb

22:09
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!