07 Dekabr 2023 09:30
407
SİYASƏT
A- A+
Borel öz davranışları ilə xristian səlibçilərini xatırladır

Borel öz davranışları ilə xristian səlibçilərini xatırladır

 

İnsan Hüquqları üzrə 25-ci Avropa İttifaqı-QHT Forumundakı çıxışında guya güc tətbiqi nəticəsində 150 min erməninin öz evlərini tərk etməsi ilə bağlı fikir bildirən Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borel reallığı tamamilə təhrif edib. Borel ölkəmizə qarşı açıq qərəzini ortaya qoymaqla  bu qurumun vasitəçilik səylərinə də xələl gətirib. Miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi həm də Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş yüz minlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.
Bu barədə "Azərbaycan" qəzetinə danışan Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Cozep Borel  davranışları ilə səlib yürüşlərinin başında duran Papa Urban və 7-ci Qriqorinin əlaltısı kardinal Şatilona bənzəyir. Cozep Borel öz fikri olmayan, bəlli mərkəzlərin diktəsi ilə hərəkət edən biridir.  Borelin İnsan Hüquqları üzrə 25-ci Avropa İttifaqı-QHT Forumundakı çıxışında Azərbaycanın hərbi müdaxiləsi nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin aqibətinin müəyyən edildiyi, güc tətbiqi nəticəsində 150 min insanın öz evlərini tərk etməsi, həmçinin münaqişələrin güc yolu ilə həllinin qadağan olunduğu ilə bağlı səsləndikləri bu adamın nə qədər məsuliyyətsiz və yalançı olduğunu ortaya qoyur.
Deputat qeyd edib ki, guya etnik təmizləməyə məruz qalan hayların sayının 150 minə çatması ortalığa atılan yeni yalandır: "Nəzərə almaq lazımdır ki, haylar Qarabağda 120 min təmsilçilərinin yaşadığını desələr də, oranı tərk edəndən sonra  saylarını 100 minə endirmişdilər. İndi isə uydurma soyqırımı qurbanlarının sayını ilk dəfə 200 min, sonra 300 min, 500 min, daha sonra isə 1 milyon və yekunda 1,5 milyona qaldırdıqları kimi, Qarabağdan gedənlərin də sayını 150 minə "çatdırıb"lar. Cozep Borel bu uydurma statistikanı təkrarlamaqla haylardan çox haylıq edir. Həmçinin təmsil etdiyi və yüksək vəzifə tutduğu Avropa İttifaqının da get-gedə fransalaşdığını sübut edir. Lakin bu, heç də Fransanın təsiri altında baş vermir. Fransa və onun başında duran Makronun potensialı göz önündədir, yəni rəsmi Parisin Avropa Birliyi üzərində təsiri, demək olar ki, yoxdur. Dünyada hazırda Papa Urban funksiyasını kimin yerinə yetirdiyi heç kimə sirr deyil. Borelkimilər də həmin mənbələrdən gələn təlimatlar əsasında hərəkət edirlər".
Sahib Alıyev xatırladıb ki, bu günlərdə İtaliya xarici işlər nazirinin müavini Edmondo Çirelli də vurğulayıb ki, Qərbdə din faktorundan faydalanaraq hay millətçiliyini qızışdırmağa, onları revanşizmə həvəsləndirməyə çalışanlar var: "Qafqaz məsələləri ilə məşğul olan və bu regionu yaxşı tanıyan cənab Çirelli onu da qeyd edib ki, Azərbaycan müsəlman ölkələri içərisində ən sivil və ən tolerant dövlətdir. O, Ermənistan torpaqlarını işğal etməyib, belə bir fikri yoxdur, hayların Qarabağı tərk etmələri də Azərbaycanın təzyiqi ilə baş verməyib. Yəni Borel də, elə ona Azərbaycan əleyhinə danışmaq tapşırığını verənlər də bu reallığı heç də İtaliyanın xarici işlər nazirinin müavinindən az bilmirlər".
Deputat vurğulayıb ki, bəzi xarici qüvvələri qıcıqlandıran əsas səbəb böyük dövlətlərdən sayılmayan, həm də müsəlman ölkəsi hesab edilən Azərbaycanın yırtıcı güclərin təhdidlərinə rəğmən torpaqlarını işğaldan qurtarması,  suverenliyini tam təmin etməsi və yalnız milli maraqlarına dayanan siyasət yürütməsidir. Bu, onların ambisiyalarına, indiki beynəlxalq konyukturaya qətiyyən uyğun gəlməyən presidentdir. Yırtıcı dövlətlərin, onların diktəsi ilə hərəkət edən Borelkimilərin bizə qarşı düşmən münasibəti sərgiləmələrinin arxasında duran reallıq bundan ibarətdir.

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!