15 Noyabr 2024 12:53
562
SİYASƏT
A- A+
BMT-nin idarə direktoru: Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir  

BMT-nin idarə direktoru: Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir  

Bakıda keçirilən COP29 ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin iqlim və iqlim maliyyəsi gündəliyinə daxil edilməsi üçün mühüm fürsətdir


Dünyanın müxtəlif dövlətlərini təmsil edən on minlərlə hökumət nümayəndəsi və digər iştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək məqsədilə cəsarətli həll yolları axtarmaq üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində bir araya gəldilər.

Dünyada planeti çirkləndirən, meşələrin qırılmasından və biomüxtəlifliyin itirilməsindən qazanc əldə edən bir qrup aktor var ki, onlar planetimizi xilas etmək üçün öhdəliklərin və sazişlərin icrasına görə məsuliyyət daşımır.

Dünyanın istənilər regionunda transmilli mütəşəkkil cinayətkar qruplar ətraf mühit üçün dağıdıcı nəticələrə səbəb olan qeyri-qanuni fəaliyyətlərlə məşğul olurlar. Cinayət ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin iqlim dəyişmələri ilə mübarizə səylərinə inteqrasiya etməsək, təbiətin qeyri-qanuni istismarı bu səylərə xələl gətirməyə davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Qada Valinin “Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2024-cü il Vəhşi Təbiətə qarşı Cinayətlərlə bağlı Beynəlxalq Hesabatında 162 ölkədə 4000-ə yaxın bitki və heyvan növünün qanunsuz ticarət edildiyi qeyd olunub. Bu növlərin 80 faizindən çoxu ”Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”da (CITES) öz əksini tapıb.

Mütəşəkkil cinayətkarlıq iqlim fəaliyyətinə ciddi təhlükə olmaya bilər, ancaq cinayətkar şəbəkələr iqlim böhranı ilə bağlı həll yollarımıza maneə törədir. Dünyanın iqlim dəyişmələri ilə mübarizəni gücləndirmək məqsədilə bir araya toplaşdığı bir vaxtda bu cinayətkar qruplar əks istiqamətdə hərəkət edir və eyni zamanda, icmalar üçün çox ciddi təhlükə yaradır.

Ətraf mühitə təsir edən cinayətlərə qarşı daha ciddi, onlara iqlim gündəliyinin tərkib hissəsi kimi yanaşmağın vaxtı gəlib çatıb.

COP29 Sammitinin davam etdiyi vaxtda Azərbaycan konfrans zamanı təqdim olunan Gücləndirilmiş İqlim Fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi çağırışı ilə güclü öhdəlik nümayiş etdirib.

Bakının qəbul etdiyi bu çağırış iqlim dəyişmələri kontekstində qlobal səviyyədə hüquq-mühafizə orqanlarının səylərini artırmaq üçün UNODC-nin ev sahibi ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüs irəli sürdüyü COP28-də müəyyənləşdirilmiş məqsədlərə dəstək verməyə əsaslanan mühüm addımdır.

Dövlətlər Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) hazırlayarkən bu COP29 tədbiri iqlim məqsədlərinə doğru irəliləyişi sürətləndirmək üçün ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin inteqrasiyasının vacibliyini vurğulayır.

UNODC Bakıda keçirilən COP29 tədbirində iştirak etməkdən qürur duyur, iqlim və iqlim maliyyəsi gündəliyini cinayət təhdidlərindən qorumaq üçün əlaqələr və tərəfdaşlıqlar qurur. Biz səylərimizi birləşdirərək transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə tədbirlər görə bilərik, bununla da insanların həyatını xilas edə, icmaları müdafiə edə və planetimizi qoruyub saxlaya bilərik.

Məlumat üçün bildirək ki, 2024-cü il noyabrın 15-i tarixdə ilk dəfə transmilli mütəşəkkil cinayətkarlığın bütün formalarının yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı möhkəmləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Transmilli Mütəşəkkil Cinayətkarlığın Bütün Formalarının Qarşısının alınması və Mübarizə üzrə Beynəlxalq Günü kimi qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!