05 Dekabr 2023 17:11
289
CƏMİYYƏT
A- A+

BMT 2024-cü ili “Dəvəkimilər İli” elan edib

 

Birləşmiş Millətlər Təşkilatı 2024-cü ili “Dəvəkimilər İli” elan edib.

AZƏRTAC BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) saytına istinadla xəbər verir ki, bu ilin qeyd olunması dəvələrin 90-dan çox ölkədə milyonlarla ev təsərrüfatının dolanışığının təmin edilməsindəki əsas rolunu vurğulayacaq.

Alpaqalardan ikihürgüclü və təkhürgüclü dəvələrə, quanakolara, lamalara və vikuniyalara qədər müxtəlif dəvə növlərini əhatə edən dəvəkimilər qida təhlükəsizliyini, qidalanmanı və iqtisadi artımı təşviq edir və dünyadakı çoxsaylı icmalar üçün böyük mədəni əhəmiyyətə malikdir.

Azərbaycanda qədim zamanlardan əhali dəvəçiliklə məşğul olub. Hazırda ölkənin bir neçə rayonunda dəvəçilik təsərrüfatları mövcuddur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video