27 Aprel 2024 21:46
307
DÜNYA
A- A+

Blinken yenə İsrailə gedir

ABŞ dövlət katibi Entoni Blinken gələn həftə İsrailə səfər edəcək.

"Azərbaycan" qəzeti xəbər verir ki, bu barədə “The New York Times“ nəşri İsrail rəsmisinə istinadən yazır.

Blinken Fələstin anklavında atəşkəs razılaşmasının əldə edilməsinə yönəlmiş danışıqlarda irəliləyişləri müzakirə edəcək.

Həmçinin İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat diqqət mərkəzində olacaq.

Məqalədə deyilir ki, Qəzzada vəziyyət son həftələr daha da pisləşib. Havanın temeperaturunun qalxması əhali üçün əlavə problemə çevirilib.

Bundan əvvəl İsrailin Qəzza zolağında atəşkəs üçün Fələstinin HƏMAS radikal hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazır olduğu bildirilirdi. İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsinə razıdır. Həmçinin bildirilib ki, Misir öz vasitəçiliyi ilə İsrailə 22 günlük atəşkəs və İsrailin Rəfah əməliyyatının təxirə salınması müqabilində 20 girovu təhvil verməyi təklif edib.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video