10 May 2024 08:40
267
SİYASƏT
A- A+

Zaman keçdikcə Heydər Əliyevin böyüklüyünü daha dərindən dərk edirik

 

Uca dağ zirvəsi kənardan daha aydın göründüyü üçün digər zirvələrlə onu müqayisə etmək asan olur. 
Heydər Əliyev zirvəsi elə bir yüksəklikdir ki, müqayisəyə gəlmir, zaman keçdikcə onun mahiyyətini daha dərindən başa düşürük. Yadıma gəlir, hələ məktəbli olan zaman biz Heydər Əliyevin çıxışlarına uyğun çıxışlar edər, lideri təkrarlamağa çalışardıq. İstəyirdik ki, diksiyamız, nitqimiz Ulu Öndərin nitqi kimi təmiz və səliqəli olsun.  
Heydər Əliyev həqiqətən də çox nüfuzlu dövlət xadimi, böyük şəxsiyyət olub. O, hakimiyyətdə olduğu bütün zamanlarda Azərbaycana uğurla rəhbərlik edib, ölkəmizi inkişafa aparıb. Azərbaycanın imkanlarını genişləndirib, keçmiş SSRİ miqyasında tanınmasına nail olub, nəhayət, müstəqillik dövründə xalq hərəkatını himayə edib. Xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycanın tərəqqisini təmin edən "Əsrin müqaviləsi"ni bağlayıb. Məhz həmin müqavilə imzalanandan sonra Azərbaycana çoxmilyardlıq maliyyə vəsaitləri daxil olmağa başlanıb. Bunun nəticəsində isə ordumuz möhkəmlənib, iqtisadiyyatımız inkişaf edib. Bir sözlə, Ulu Öndər Azərbaycanı ayağa qaldırıb!
Azərbaycan Heydər Əliyevin irsini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin liderliyi dövründə öz sürətli inkişafını təmin edib. Xalq-ordu-hakimiyyət birliyi yaranıb və torpaqlarımız düşmən işğalından azad edilib. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan öz ərazisi üzərində suverenliyinin tam bərpasına nail olub, ərazi bütövlüyünü təmin edib. İlham Əliyev məhz Heydər Əliyevin vəsiyyətini yerinə yetirməklə Şuşada, Xankəndidə, Xocalıda üçrəngli bayrağımızı dalğalandırıb. Bu gün dövlət olaraq müvəffəqiyyətlə, iri addımlarla irəliləyirik və dünyada söz sahibinə çevrilmişik. Təsadüfi deyil ki, bir sıra beynəlxalq tədbirlərə məhz Azərbaycan evsahibliyi edir. Bütün bu nailiyyətlər birbaşa Heydər Əliyevin təməlini qoyduğu uğurlu yolun davamıdır. 
Heydər Əliyev səbirli və təmkinli şəxsiyyət idi. Hələ o zamanlar da müxalifətdə olanda mənim özümə belə çox səbirlə yanaşır və başa düşürdü ki, şəxsi mənafeyimi güdən, vəzifə arzusunda olan və ya var-dövlət arxasınca qaçan biri deyiləm. Azərbaycanı, xalqımızı ürəkdən sevdiyimi bildiyi üçün mən hər zaman onun himayəsini hiss etmişəm. Zaman keçdikcə isə Heydər Əliyevin böyüklüyünü bir daha dərk edir və onun vəsiyyətlərini gerçəkləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəliləyirik. 

Tahir KƏRİMLİ,
Vəhdət Partiyasının sədri,
Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video