19 İyun 2025 19:17
377
İQTİSADİYYAT
A- A+
“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib

“Biznesin müflisləşməsi” İşçi qrupu yeni qanun layihəsini müzakirə edib


İyunun 19-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun növbəti iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas mövzusunu “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsinin ilkin müzakirəsi təşkil edib.

İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti nəticəsində görülən işlərdən, müvafiq sahədə tematik qrup tərəfindən hazırlanmış qanun layihəsindən bəhs edib.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi barədə məlumat verib və təqdim ediləcək təkliflər əsasında layihənin təkmilləşdirilməsi istiqamətində işlərin görüləcəyini bildirib.


Tədbir yeni qanun layihəsi ilə bağlı iclas iştirakçılarının çıxışları ilə davam etdirilib, qrup üzvlərinin təklifləri dinlənilib, bu istiqamətdə müzakirələr aparılıb. Qərara alınıb ki, qısa müddətdə qanun layihəsi daxil olan rəy və təkliflər əsasında təkmilləşdirilərək Komissiyaya təqdim edilsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 faizədək artıb

12:12
10 İyul

Nazir: 7318 müəllim sertifikasiya prosesindən uğurla keçə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilib

12:09
10 İyul

2022–2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib

12:07
10 İyul

Dünya səyyahları Şuşa şəhəri ilə tanış olurlar

12:05
10 İyul

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

12:02
10 İyul

Kiyevə dron və raketlərlə hücum edilib, ölənlər və xəsarət alanlar var

12:00
10 İyul

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:56
10 İyul

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

11:54
10 İyul

Əbu-Dabidə Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub YENİLƏNİB

11:50
10 İyul

ADY və Çin Dəmir Yolları Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığa gəlib  

11:02
10 İyul

Ağdərədə mina hadisəsi zamanı bir nəfər xəsarət alıb 

11:02
10 İyul

SOCAR-ın prezidenti 9-cu OPEC beynəlxalq seminarında iştirak edib  

11:00
10 İyul

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10:59
10 İyul

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb  

10:58
10 İyul

Muxtar Babayev: OPEC ölkələrinin dekarbonizasiya və yaşıl enerji yanaşmaları maraq doğurur  

10:57
10 İyul

Xərçəngin müalicəsində daha effektiv imkanlar yaranacaq

09:35
10 İyul

Mənəvi dünyamıza düşən ədəbi-bədii işıq

09:30
10 İyul

"Kiçik yaşlarımdan ürəyimdə ordumuza böyük sevgim olub"

09:25
10 İyul

“Vətən sağ olsun” deyib yolunda can verən qəhrəman

09:20
10 İyul

Təmiz hava, yaşıl meşə, buz bulaq

09:15
10 İyul

Gənc şahmatçılar Lənkəranda beynəlxalq şahmat festivalına toplaşdılar

09:12
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!