15 Noyabr 2025 08:00
3283
İQTİSADİYYAT
A- A+
Biz təkcə dost və qardaş ölkələr deyilik

Biz təkcə dost və qardaş ölkələr deyilik


Həm də yaxın ticarət tərəfdaşıyıq


Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında hərtərəfli əməkdaşlıq intensiv inkişaf edir. Bunu ali səviyyədə qarşılıqlı səfərlər, fəal siyasi dialoq və anlaşma şərtləndirir. Bu mənada Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün də özünəməxsus əhəmiyyəti var.

Prezident İlham Əliyevin bu tədbirdə üçüncü dəfə iştirakı gözlənilir. Dövlətimizin başçısı bundan əvvəl - 2023-cü ildə Düşənbədə və 2024-cü ildə Astanada keçirilən Məşvərət görüşünə dəvət alıb. Növbəti görüş isə Özbəkistanda olacaq. Təsadüfi deyil ki, səfər ərəfəsində Prezidentimiz Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib.

Dövlətimizin başçısı ilk növbədə qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Xəzər dənizi ölkələrimizi fiziki olaraq ayırsa da, əslində, mühüm birləşdirici amildir. Belə ki, bu gün Xəzər sadəcə coğrafi anlayış deyil, eləcə də xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir. Ölkələrimizi bu coğrafiya ilə yanaşı, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycan regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

Özbəkistan və Azərbaycana gəldikdə isə qısaca deyək ki, bunlar bir-birinə qardaş ölkə və etibarlı müttəfiqdir. Dövlətlərarası münasibətlərimiz möhkəm təməl üzərində uğurla inkişaf edir. Əlaqələrin daha da inkişaf etməsində iqtisadi unkişafın da mühüm rolu var. İqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur və perspektivlər də mövcuddur. İndiyədək ölkəmizdə təxminən 120 Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib. Onlar iqtisadiyyatın sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər.

Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Keçən il əmtəə dövriyyəsi iki ölkə arasında 252 milyon dollar təşkil edib və cari ilin yanvar-sentyabr aylarında bu göstərici 87,5 faiz artaraq 319 milyon dollara çatıb. Həmçinin sərmayələr sahəsində əməkdaşlıq davam edir. Xatırladaq ki, iki il əvvəl həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan, ümumi kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Daha bir önəmli hadisə isə Xankəndidə birgə müəssisənin - tikiş fabrikinin yaradılmasıdır.

Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini də xüsusi qeyd edib: "Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək".

Əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Belə ki, ölkələrimiz Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirak edir və bu çərçivədə Azərbaycan Özbəkistan və Mərkəzi Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Müsahibədə son dövrlər Orta dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artmasının strateji əhəmiyyəti vurğulanıb.

Müsahibədən keçən il ölkələrimiz arasında tranzit daşımaların həcminin ondan əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçdiyi də məlum olur. Cari ilin ilk doqquz ayında isə həmin rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat mübadilələrində dinamik artımı nümayiş etdirir.

"Azərbaycanda yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi rolunu gücləndirən amillərdir" deyən dövlət başçısı bundan əlavə, Zəngəzur dəhlizinin (TRIPP) açılmasının bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcəyini də bir daha diqqətə çatdırıb. 

Son illərdə energetika sektorunda əməkdaşlığımız da möhkəmlənir və şaxələnir. Prioritetlərdən biri "yaşıl enerji"nin inkişafıdır. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sənədlər imzalayıblar. Bunlar özündə regionun davamlı inkişafını və enerji əməkdaşlığını gücləndirmək üçün yeni layihələrin reallaşmasını ehtiva edir. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını ixrac edir. 2016-cı ildən uğurla fəaliyyət göstərən "Neftegaztexnologiya" birgə müəssisəsi də sözügedən əməkdaşlığın bəhrəsidir. 

Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. Bu, gediş-gəliş üçün əlverişli imkan yaradır. Beləcə, dostlar və qardaşlar bir-birinin evinə, dost və qardaş xalqlar isə bir-birinin ölkəsinə həmişə xoşməramlı səfərlər edir və məhəbbətlə qarşılanırlar.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!