05 Noyabr 2024 08:40
395
COP29
A- A+
"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)  kimi mötəbər tədbirin başlaması ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumların Azərbaycanı qarşısına qoyduğu hədəflərdən yayındırmaq məqsədi daşıdığı məlum məsələdir. 

Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsidir. 

Halbuki  COP29-la bağlı Azərbaycanın irəli sürdüyü təşəbbüslərin məzmunu göstərir ki, bu gün Cənubi Qafqazda sülhün təmin olunması üçün ölkəmiz kifayət qədər ciddi səy göstərir. COP29 gündəliyinə daxil edilən 14 böyük təşəbbüsdən birinin məhz sülhün, dialoqun və barışığın daha geniş şəkildə təbliği, iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıması da təsadüfi deyil. Azərbaycan COP29-a evsahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir.  Məqsəd bütün dövlətlərin "yaşıl", ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaq, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaqdır.

Qlobal tədbirlə bağlı az müddətdə aparılan bütün hazırlıqlar da diktə edir ki, bu məqsədə kölgə salanlar arzularına çatmayacaqlar. COP29 Azərbaycanda keçiriləcək və buna ağız büzənlər ölkəmizin bərpaolunan enerji sahəsində ciddi geosiyasi oyunçuya çevrilməsinə şahid olacaqlar. Azərbaycan Paris Sazişinin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görür, şəffaflığın artırılması, iqlim maliyyələşməsinin dəstəklənməsi və enerjiyə qənaət edən texnologiyaların tətbiqi istiqamətində təşəbbüslər göstərir. Ona görə də qlobal tədbirdə iştirak edəcək dövlətlər Azərbaycanın  qısa müddətdə COP29-a çox yaxşı hazırlaşdığını, konfransa istənilən səviyyədə evsahibliyi edəcəyini yüksək dəyərləndirirlər.  Belarusun Gürcüstandakı səfiri Anatoliy Lis fikirlərini belə bölüşüb: "COP29-un Azərbaycanda keçirilməsi çox ciddi təşəbbüsdür və Prezident İlham Əliyevin xidmətlərinin nəticəsidir. Çünki bu gün dünyanı düşündürən ən vacib məsələlərdən biri iqlim dəyişikliyi məsələsidir. Ola bilər, bir çox insan hələ də bu problemin ciddiliyini başa düşmür. Lakin diqqət etmək lazımdır ki, alternativ enerji dövrüdür. Günəşdən, küləkdən, sudan enerji istehsalı zamanıdır. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə təşəbbüsü təqdirəlayiqdir və alqışlanmalıdır".

Vaşinqtondan olan xarici siyasət və energetika üzrə ekspert Umud Şokrinin söylədikləri də maraqlıdır: "Bu cür konfranslar qlobal iqlim hədəflərinin müəyyən edilməsi, siyasət dəyişikliklərinə təkan vermək və beynəlxalq danışıqları asanlaşdırmaq üçün vacibdir. "Maliyyə COP-u" adlandırılan bu konfransın məqsədi inkişaf etməkdə olan ölkələrin aşağı emissiyalı iqtisadiyyatlara keçidi üçün maliyyə təmin etmək və onların iqlim dəyişikliyinə davamlılığını artırmaqdır. COP29 iqlim böhranı ilə mübarizə aparmaq və davamlı inkişafa doğru yol göstərmək üçün lazım olan qlobal çərçivəni daha da gücləndirə bilər".

Əslində,  iqlim dəyişmələri heç bir ölkənin sığortalana və təkbaşına mübarizə apara bilməyəcəyi qlobal  problemdir. Ona görə də dünyanın bu istiqamətdə birlik nümayiş etdirməsi yeganə çıxış yoludur. Bu gün isə həmin yol Azərbaycandan keçir. Çinin Ekologiya və Ətraf Mühit Nazirliyinin İqlim dəyişikliyi departamentinin direktoru Sia İnsian bu gerçəkliyi ölkəsinin COP29-un uğurlu nəticələr əldə etməsi və qlobal iqlim fəaliyyəti üçün bütün ölkələrlə birlikdə səy göstərməyə hazır olması ilə təsdiqləyir: "Çin nümayəndə heyəti Paris İqlim Sazişinin tələblərinin yerinə yetirilməsi üçün COP29-un işində konstruktiv rol oynamağa, ev sahibi Azərbaycanla və müvafiq tərəflərlə çalışmağa davam edəcək. Çinin COP29-dan ən böyük gözləntisi danışıqların uğurla nəticələnməsi və qarşıya qoyulan hədəflərə nail olunmasıdır. Hesab edirik ki, COP29 iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əvəzolunmazlığını nümayiş etdirəcək".

COP29 iqlimlə mübarizədə kritik bir məqamdır və bu tədbirdə konkret nəticələr əldə olunması çox əhəmiyyətlidir. Əhəmiyyət daşıyacaq həmin nəticənin əldə olunacağı məkan isə Azərbaycandır. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil həmin nəticəni əldə etmək üçün bəyanat verib: "Ölkələrin nümayəndələri COP28-də BƏƏ Konsensusunda verilən vədləri (bərpaolunan enerjinin üç dəfə artırılması, qlobal uyğunlaşma məqsədi, bütün qazıntı yanacaqlarından uzaqlaşma, insanların və onların dolanışıq vasitələrinin tam müdafiəsi) həyata keçirmək və həmin qərarları real nəticələrə çevirmək üçün Bakıya gəlməlidirlər". 

Saymon Stilin çağırışına səs verərək  ikihəftəlik konfransın işində fəal olacaqlarını,  COP29-da ilk dəfə öz pavilyonlarını təqdim edəcəklərini bildirən qardaş Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müşaviri Saken Kalkamanov deyib: "Azərbaycan qardaş və tərəfdaş respublika kimi bizim dəstəyimizi alır. Biz də digər Mərkəzi Asiya ölkələri və türk dövlətləri ilə birlikdə bu tədbirdə fəal iştirak edəcəyik". 

Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam isə ölkəsinin COP29-da daha çox iqlim maliyyəsinin ayrılmasına tərəfdar olacağını bildirib. O, bu sözləri İslamabadda "PreCOP29 dialoq: Dubaydan Bakıya yol" adlı tədbirdə çıxışı zamanı söyləyib. Üstəlik də Pakistanın COP29 zamanı güclü mövqe ortaya qoyacağını bildirərək, danışıqlarda əsas diqqətin iqlim maliyyəsi, uyğunlaşma və dayanıqlılıq kimi bir neçə məsələyə yönələcəyini vurğulayıb.

Bədxahlardan fərqli olaraq dost ölkələr, qardaş dövlətlər  bilirlər ki, Azərbaycan COP29-a evsahibliyi etməklə bəşəriyyətə, sülhə, gələcəyimizə və insanlığa böyük ehtiramını nümayiş etdirir.  Bunu Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri professor Akkan Suver tədbirə verdiyi dəyərin fonunda söyləyir: "Biz bu tədbiri Azərbaycanın sabitlik, sülh və insanlığın gələcəyi naminə bir çağırışı kimi qəbul edirik. Çünki Azərbaycanın bu sahədə irəli sürdüyü dəvət yalnız ətraf mühit, iqlim, yaşıllıq və su problemləri ilə məhdudlaşmır. Bu həm də insanlığın qarşı-qarşıya olduğu müharibələrə, münaqişələrə, soyqırımlarına, məcburi köçkünlərə qarşı bir həmrəylik yaratmaq ideyasını əhatə edir".

COP29 sessiyasında Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfi çərçivəsində Uzunmüddətli İqlim Strategiyası açıqlanacaq. Türkiyə həmçinin tədbirdə 2026-cı ildə keçirilməsi nəzərdə tutulan COP31-ə evsahibliyi etməkdə qərarlı olduğunu vurğulayacaq. Qeyd edək ki, COP29-da Türkiyə pavilyonunda keçiriləcək tədbirlər arasında Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsində həyata keçirilən "Sıfır tullantı" layihəsi, enerji sektorunun gələcəyi, sərhəddə karbon tənzimləmə mexanizmi və bunun Türkiyəyə, eləcə də iqlim dəyişikliyinin demoqrafik quruluşa və sağlamlığa təsirləri kimi mövzular yer alacaq.

Qeydlərimizi Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin sözləri ilə tamamlamağı məqsədəuyğun sayırıq: "Biz çox şadıq ki, COP29 konfransı Azərbaycanda keçirilir. Bu tədbirdə iqlim maliyyələşdirilməsi kimi çətin məsələlər müzakirə olunacaq. Bütün müzakirələrdə və tədbirlərdə iştirak edəcəyik".


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Polşa Respublikasının Prezidenti Andjey Dudadan

18:19
26 Dekabr

Matəm günü ilə əlaqədar Azərbaycanın Fransadakı səfirliyində də xatirə kitabı açılıb

18:16
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Sankt-Peterburqda təyyarə qəzası qurbanlarının xatirəsi anılıb

18:11
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Azərbaycanın Serbiyadakı səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb

18:07
26 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən

17:51
26 Dekabr

Azərbaycanın İordaniyadakı səfirliyində xatirə kitabı açılıb  

17:49
26 Dekabr

Türkiyədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi anılır  

17:47
26 Dekabr

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradılıb

17:43
26 Dekabr

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan  

17:41
26 Dekabr

Rusiyanın Qazaxıstandakı səfiri: Bu, bizim hamımız üçün böyük faciədir

17:23
26 Dekabr

Təyyarə qəzası nəticəsində xəsarət alan bir qrup vətəndaşımız Azərbaycana yola salınıb   

17:19
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Ukraynada da anılır

17:16
26 Dekabr

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

17:07
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Türkiyənin Qazaxıstandakı səfiri: Aktaudakı faciəni böyük kədərlə qarşıladıq

16:51
26 Dekabr

Gürcüstan parlamentinin sədri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində olub

16:43
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!