01 Oktyabr 2026 10:03
607
SİYASƏT
A- A+
“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə  

“Birliyin Gücü-2026”: 3 500-dən çox hərbçi və 130 PUA təlimdə  


Azərbaycan, Türkiyə və Özbəkistan Silahlı qüvvələrinin iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təlimi davam edir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 21-də başlayan və oktyabrın 1-dək davam edəcək təlimlər Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən Qarabağlar Təlim Mərkəzində, Böyük Zirə adasında, Qaraheybət və Xocavənd rayonunun Qızılqaya təlim mərkəzlərində keçirilir.

Bu gün Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzindəki media mərkəzində Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, mətbuat katibi polkovnik Anar Eyvazov təlimlərlə bağlı media nümayəndələrinə məlumat verib.

Qeyd edilib ki, Azərbaycan təlimdə ev sahibi, Türkiyə və Özbəkistan isə iştirakçı qismində yer alır.

İran, Qırğızıstan, Pakistan, Serbiya, Slovakiya, Tacikistan, Gürcüstan, Türkmənistan və Birləşmiş Ərəb Əmirlikləri isə təlimdə müşahidəçi qismində iştirak edir.

Hərbi təlimlərə 3 500-dən çox hərbi qulluqçu cəlb olunub. Təlimlərdə 130-dan çox pilotsuz uçuş aparatı, 70-dən çox zirehli texnika və 90-dan çox artilleriya sistemi iştirak edir. Bununla yanaşı, təlimlərə 20-dən çox aviasiya vasitəsi, 30-dan çox radioelektron mübarizə, radioelektron kəşfiyyat və radiolokasiya sistemi, 20-yə qədər hava hücumundan müdafiə vasitəsi, 10-a qədər mühəndis texnikası və 20-dən çox dəniz vasitəsi cəlb olunub.

Qızılqaya, Qarabağlar, Qaraheybət təlim mərkəzlərində və Böyük Zirə adasında keçirilən məşqlər zamanı hibrid və diversiya təhdidlərinə qarşı mübarizə, antiterror tədbirləri, qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi, dəniz sərhədlərinin mühafizəsi və aviasiya zərbələrinin endirilməsi üzrə tapşırıqlar icra olunur.

Üç mərhələdən ibarət olan təlimin ssenarisinə kiberhücum və dezinformasiyalara qarşı mübarizə, yaşayış məntəqələrinin təmizlənməsi, tibbi təxliyə, mina təmizlənməsi, həmçinin raket-artilleriya sistemləri və pilotsuz uçuş aparatlarının tətbiqi üzrə məşqlər daxildir.

Bu ssenari üzrə təlim Azərbaycanda ilk dəfə təşkil olunur. Təlim Azərbaycan, Türkiyə və Özbəkistan Silahlı qüvvələrinin iştirakı ilə, o cümlədən azad edilmiş ərazilərdə birgə şəkildə həyata keçirilir.

Qeyd edək ki, təlimin ssenarisi hər hansı real münaqişə və ya konkret ölkə ilə bağlı deyil. Təlim zamanı istifadə olunan xəritələr, coğrafi adlar və ərazi xüsusiyyətləri şərti xarakter daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanın ildən-ilə uğurlarını görməkdən qardaş ölkə olaraq səmimi-qəlbdən sevinirik

01:51
27 Oktyabr

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolun təsdiq edilməsi barədə

01:50
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:49
27 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:48
27 Oktyabr

Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiyanın yaradılması haqqında

01:47
27 Oktyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:45
27 Oktyabr

“İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyatların və şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında

01:44
27 Oktyabr

Azərbaycan və UNESCO süni intellekt, təhsil və mədəni irs sahələrində əməkdaşlığı genişləndirir  

23:23
26 Oktyabr

Xarkova hava zərbələri endirilib, ölənlər var  

22:52
26 Oktyabr

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə Azərbaycanın təşkilata sədrliyi və 2027-ci il sammitinə hazırlıqları müzakirə edib  

22:49
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub  

22:40
26 Oktyabr

Bakıda Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi açılıb  

22:29
26 Oktyabr

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub  

22:07
26 Oktyabr

Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub  

21:53
26 Oktyabr

Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib  

21:44
26 Oktyabr

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!