26 İyun 2025 19:54
871
DÜNYA
A- A+
Birləşmiş Krallıq ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bu ölkənin parlament üzvlərinə etiraz məktubu ünvanlayıb

Birləşmiş Krallıq ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri bu ölkənin parlament üzvlərinə etiraz məktubu ünvanlayıb

Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə bu ölkənin parlament üzvləri Cim Şennon və Lord Alton tərəfindən iyunun 18-də “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdikləri müraciətə cavab olaraq, onlara etiraz məktubu ünvanlayıb.

"Azərbaycan" qəzeti xəbər verir ki, məktubda deyilir: “Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dəstək verən beynəlxalq ictimaiyyət nümayəndələrinin marağını yüksək qiymətləndiririk. Bununla belə, davamlı sülh üçün bütün bəyanatların və təşəbbüslərin faktlara, beynəlxalq hüquqa, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması çox vacibdir.

“Dağlıq Qarabağ” (Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi mövcud deyil) üçün “İsveçrə Sülh Təşəbbüsü”nə ictimai bəyanatla etdiyiniz müraciətə cavab olaraq, faktları diqqətinizə çatdırmağı zəruri hesab edirik”.

Məktubda diqqətə çatdırılır ki, Qarabağın Ermənistan tərəfindən işğalı zamanı bir milyona yaxın azərbaycanlı məcburi köçkün düşmüşdür. Bu, Xocalı soyqırımı da daxil olmaqla, ağır cinayətlər, o cümlədən şəhər və kəndlərin sistematik şəkildə dağıdılması (urbisid), mədəni və dini irsin (kulturisid), eləcə də ətraf mühitə ciddi ziyan vurulması (ekosid) ilə müşayiət olmuşdur. Təəssüf ki, bütün bu illər ərzində dünya bu insanların dərdinə demək olar ki, diqqət ayırmamışdır. Bundan əlavə, Ermənistan işğal etdiyi ərazilərdə qəsdən minalar yerləşdirmiş və bunun nəticəsində Azərbaycan dünyada minalardan ən çox zərər çəkən ölkələrdən birinə çevrilmişdir. Belə ki, bu minalar dinc sakinləri öldürməyə və yaralamağa davam edir, məcburi köçkünlərin geri qayıtmasını və yenidənqurma işlərini gecikdirir.

Cavab məktubunda deyilir ki, Ermənistanın hərbi təcavüzünün digər faciəvi nəticəsi isə hələ də itkin düşmüş sayılan, o cümlədən qadın və uşaqlar da daxil olmaqla, təxminən dörd min azərbaycanlı vətəndaşın taleyinin həll olunmamış qalmasıdır. Ermənistan onların taleyinə aydınlıq gətirə biləcək kütləvi məzarlıqların yerlərini göstərməkdən imtina edir.

Bundan əlavə, erməni siyasi liderləri uzun zamandır azərbaycanlılara qarşı etnik nifrəti qızışdırır və təşviq edir. Keçmiş erməni prezidentləri açıq şəkildə etnik təmizləməni müdafiə edən bəyanatlar vermiş, azərbaycanlıların zorla qovulmasını və Xocalı soyqırımını dəstəkləmişlər. Bu cinayətlərə baxmayaraq, Ermənistanda heç kim məsuliyyətə cəlb olunmamış və müharibə cinayətkarları hələ də qəhrəman kimi qəbul olunur.

İşğal illərində məcburi köçkün düşmüş azərbaycanlı əhali böyük əzab-əziyyətlərə məruz qalmış, lakin beynəlxalq ictimaiyyət onların vəziyyətinə kifayət qədər diqqət yetirməmişdir. Onların geri qayıtmaq hüququna, təhlükəsizliyinə və ləyaqətinə məhəl qoyulmamış, humanitar ehtiyacları lazımi səviyyədə qarşılanmamışdır.

Məktubda deyilir ki, Azərbaycan beynəlxalq hüquqa, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı dörd qətnaməsinə tam uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmişdir.

Azərbaycan Respublikası müxtəlif etnik və dini qruplar arasında çoxillik sülh şəraitində birgəyaşayış ənənəsinə malik qürurlu, çoxmillətli və çoxkonfessiyalı ölkədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra heç bir erməni zorla qovulmamışdır. Həmin əraziləri tərk edən ermənilər bunu Ermənistanın və keçmiş qanunsuz rejimin apardığı təbliğat nəticəsində könüllü şəkildə etmişlər. Bundan başqa, işğal dövründə həmin ərazilərdə yaşayan bir çox erməninin beynəlxalq normalara zidd olaraq qanunsuz yerləşdirildiyi də xüsusi vurğulanmalıdır.

Məktubda qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ədaləti təmin edir. Humanitar jest olaraq, 200-dən çox erməni azad edilsə də, müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslər hazırda Bakıda məhkəmə qarşısındadırlar. Onlar Azərbaycan qanunvericiliyinə əsasən hərbi təcavüz, müharibə cinayətləri, zorla itkin düşmələr, işgəncə və terrorizm kimi ittihamlarla mühakimə olunurlar. Məhkəmə prosesi şəffafdır, hüquqi təmsilçilik təmin edilir və indiyədək pis rəftarla bağlı heç bir şikayət qeydə alınmamışdır.

Cavab məktubunda deyilir ki, sülh sazişi üzrə danışıqlar yekunlaşmışdır. Lakin sülh müqaviləsini imzalamaq üçün Ermənistan hələ də Azərbaycan torpaqlarının bir hissəsinə iddia edən konstitusiyasını dəyişməlidir. Sülhün davamlı olması üçün təkcə Ermənistan hökuməti deyil, həm də xalqı bu iddialardan əl çəkməyə razı olmalıdır.

Davamlı sülhə doğru irəliləyiş üçün addımların atıldığı bu mühüm məqamda beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləmək üçün bütün səyləri göstərməli və Ermənistanı sülh sazişinin imzalanması üçün son zəruri addımları atmağa çağırmalıdır.

“Təəssüflər olsun ki, "İsveçrə Sülh Təşəbbüsü" adlanan bu təşəbbüs heç də faydalı deyil və tamamilə əksinə, iki ölkə arasında kövrək sülh prosesinə zərbə vurur. Eyni zamanda, regiondan kənar siyasətçilərin və parlament üzvlərinin regional dinamikaya dair malik olduqları məhdud məlumatlarla müdaxiləsi və qərəzli bəyanatları iki ölkə arasında ümumi normallaşma prosesinə mənfi təsir göstərir. Ona görə də sizi regionda sülhə mane olan addımlardan çəkinməyə çağırıram”,- deyə vurğulanıb.

Məktubda, həmçinin bildirilir ki, beynəlxalq və regional geosiyasi qeyri-sabitliyin artdığı bir vaxtda Azərbaycan qarşılıqlı hörmət, ədalət və beynəlxalq hüquq normalarına riayət əsasında dialoqun tərəfdarı olmaqda davam edir: “Biz Böyük Britaniya hökumətinin Ermənistan və Azərbaycan arasındakı keçmiş münaqişə ilə bağlı balanslı mövqeyini yüksək qiymətləndiririk. Böyük Britaniya beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir”.

Cavab məktubun sonunda deyilir: “Biz Birləşmiş Krallıq parlamentinin bütün üzvlərini, o cümlədən Din və Etiqad Azadlığı üzrə Bütün Partiya Parlament Qrupu (APPG FoRB) üzvlərini bu prosesi dəstəkləməyə və hər hansı xarici müdaxilənin mümkün mənfi təsirlərinə qarşı ehtiyatlı və diqqətli olmağa çağırırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!