29 Yanvar 2025 08:35
227
CƏMİYYƏT
A- A+
Bir vacib problemə iki başdansovdu münasibət

Bir vacib problemə iki başdansovdu münasibət


Biri istehlakçılara "qanun dərsi" keçir, digəri isə, ümumiyyətlə, susur


Əvvəl İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin redaksiyamıza göndərdiyi cavabı, daha doğrusu, "qanun dərsi"ni dərc edirik:

"Azərbaycan" qəzetindən daxil olmuş internetin keyfiyyəti barədə 27.12.2024-cü il tarixli (daxilolma qeydiyyatı: 08.01.2025, 3-21-1/1-259/2025) müraciətə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (bundan sonra Dövlət Xidməti) aidiyyəti üzrə baxılmışdır.

Bununla əlaqədar olaraq bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, istehlakçıların istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması hüququ vardır. Həmin qanunun 5-ci maddəsinin tələbinə görə, istehlakçı icraçıdan göstərilmiş xidmətin keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Belə ki, icraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.

Həmçinin "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 33.1.5-ci maddəsinə əsasən, telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə göstərmək operatorların vəzifələri, 34.1.2-ci maddəsinə əsasən, keyfiyyətli kommunikasiya xidmətlərini tələb etmək isə abunəçilərin hüququdur. Həmin qanunun 43.1-ci maddəsinə əsasən, qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında" Əsasnamənin 3.0.40-cı bəndinə əsasən, aidiyyəti dövlət orqanları ilə birlikdə rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəricilərini müəyyən etmək, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin xidmətlərinin keyfiyyətinə nəzarət etmək və monitorinqlər aparmaq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin vəzifələrinə aid edilmişdir.

Bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2023-cü il 21 dekabr tarixli 3-27/3-7-18/2023 nömrəli qərarı ilə "Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri" təsdiq edilmişdir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi isə telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum qismində çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"nin 1.1-ci bəndinə əsasən, nazirlik tabeliyində agentlik informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.

Qeyd olunanlara əsasən, internetin keyfiyyət parametrlərinin istənilən səviyyədə olmaması və verilişində yaranan digər problemlərlə bağlı aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, 2024-cü il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində qurumun səlahiyyətləri çərçivəsində telekommunikasiya (stasionar telefon və internet) xidmətlərinin göstərilməsi ilə əlaqədar aidiyyəti üzrə 659 istehlakçı müraciətinə baxılıb, onlardan 259-u təmin edilib, 285-i üzrə qanunamüvafiq izahat və tovsiyə verilib, 47-si baxılması üçün aidiyyəti orqana göndərilib, 68-i üzrə araşdırmalar davam etdirilir.

Bundan əlavə, ötən ilin avqust ayında internetin xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair mətbuatda yayılmış xəbərlər və daxil olmuş çoxsaylı vətəndaş müraciətləri əsasında Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılmışdır.

Hörmətlə,


Elnur BAĞIROV,

rəis müavini


REDAKSİYADAN:


İndi isə problemin həllinə birbaşa cavabdeh olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin susqunluğuna münasibət bildiririk. Bəri başdan nəzərə çatdıraq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nöqtəsinə, vergülünə dəymədən təqdim etdiyimiz bu cavab qəzetimizin 24 dekabr 2024-cü il tarixdə dərc olunmuş "Laqeydlik, səhlənkarlıq, yoxsa məsuliyyətsizlik" başlıqlı tənqidi məqaləsi ilə bağlıdır.

Amma əgər biz indi xatırlatmasaq ki, həmin ciddi siqnal Abşeron yarımadasında əsən növbəti güclü küləkdən sonra Albalılıq yaşayış massivində telefon və internet naqillərinin daşıyıcısı olan ağac dirəklərdən birinin sınıb aşması və bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 155 çağrı mərkəzinə dəfələrlə məlumat verilməsinə baxmayaraq, uzun müddət yıxılan dirəyə sahib çıxanın tapılmaması ilə əlaqədar idi - yəqin ki, sözügedən cavab məktubunun yazılma səbəbi məlum olmazdı. Əvəzində belə məlum olardı ki, guya "Azərbaycan" qəzeti redaksiyası "…internetin keyfiyyət parametrlərinin istənilən səviyyədə olmaması və verilişində yaranan digər problemlərlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə…" (məktubdan sitat) müraciət edilməsinin lazım olduğunu bilmir. 

Əvvəla, rəsmi dövlət qəzeti olaraq bizim hansı məsələ ilə əlaqədar hansı quruma müraciət etmək barədə problemimiz yoxdur və bir istehlakçı kimi Dövlət Xidmətinə məktub göndərdiyimiz də bunu sübut edir. İkincisi də, məlumat üçün açıqlayırıq ki, haqqında yazılan problemlə bağlı Dövlət Xidmətinin bizə "tövsiyə" etdiyi nazirliyə də məktub ünvanlamışıq. 

Lakin, deyəsən, tanınmış klassik yazıçımız Abdulla Şaiqin hekayəsindəki kimi, bizim də "məktub hələ yetişməyib". Yetişsəydi, indiyəcən bir soraq gələrdi. Yaxud bu susqunluğu elə başa düşmək olar ki, mövcud problemi görməzliyə və eşitməzliyə vurmaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin çoxsaylı qurumlarının (bu halda İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin) "iş" prinsipidir. Əks halda belə səviyyədə məsuliyyətsizlik olmazdı. O üzdən biz hesab edirik və əminik ki, müraciətimizə adıçəkilən nazirlik, yaxud onun qeyd etdiyimiz qurumu tərəfindən cavab verilməməsinin səbəbi məktubun  "yetişməməsi" deyil. Ən azından ona görə ki, belə vəziyyətdə biz gərək nazirliyin poçt xidmətinə də irad tutaq. Ancaq məzmununda problemin həllinə aid bir cümlə olmasa belə, Antiinhisar və İstehlak Bazarına Dövlət Xidmətindən aldığımız məktub göstərir ki, nazirliyin poçt xidməti  İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən fərqli olaraq hələlik normal işləyir.

Bütün hallarda ümidimizi üzmürük. İnanmaq istəyirik ki, informasiya kommunikasiya texnologiyalarının hökm sürdüyü indiki zamanda bu sahəyə birbaşa cavabdeh olan nazirlik və onun məlum qurumu fəaliyyətlərini tələb edilən səviyyəyə yüksəltməyə çalışacaqlar. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşüb

19:29
15 Fevral

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

19:26
15 Fevral

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

17:40
15 Fevral

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

15:52
15 Fevral

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

15:51
15 Fevral

“Humanitar terrorçu”  

15:45
15 Fevral

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

14:19
15 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14:17
15 Fevral

Vens: ABŞ Ukraynada davamlı sülhə nail olmaq istəyir

14:16
15 Fevral

Dərin su tədqiqat mərkəzi inşa ediləcək

13:49
15 Fevral

Yıxılma riskini proqnozlaşdırmaq üçün test

13:31
15 Fevral

İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR

12:36
15 Fevral

Sabah hava yağmursuz keçəcək - Proqnoz

12:35
15 Fevral

Rusiyanın Altay regionunda 6,4 maqnitudalı zəlzələ olub

12:33
15 Fevral

Müdafiə Nazirliyi: Gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə vətəndaşlardan andiçmə mərasimlərinə gəlməməyi xahiş edirik  

12:21
15 Fevral

Azərbaycan-Çin münasibətləri möhkəm siyasi təmələ əsaslanır  

12:07
15 Fevral

Elon Mask yeni layihə anons edib

12:02
15 Fevral

DİN: Ötən gün 78 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

11:53
15 Fevral

Azərbaycan nefti ucuzlaşıb

11:38
15 Fevral

SOCAR-la Asiya İnkişaf Bankı arasında mövcud və potensial əməkdaşlıq imkanları müzakirə olunub  

10:58
15 Fevral

Lerikdə qarın hündürlüyü 24 sm-ə çatıb – FAKTİKİ HAVA

10:38
15 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
2425262728  

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!