23 Noyabr 2023 10:35
8020
Oxucu məktubları
A- A+
Bir məktəbin uğurları

Bir məktəbin uğurları

 

Göygöl şəhərindəki Emil Vəliyev adına 5 nömrəli tam orta məktəbin adı nəinki rayonda, eləcə də respublikamızın təhsil sistemində hörmətlə çəkilir. Buna səbəb son illər məktəbin qazandığı uğurlardır.
1989-cu ildən tam orta məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı üçün 2006-cı ildə 480 şagirdlik yeni bina inşa edilmişdir. Hazırda məktəbdə 79 müəllim, 4 laborant, 
2 kitabxanaçı, 18 texniki işçi çalışır. 900 şagirdin təhsil aldığı, 37 sinif, 
4 məktəbəqədər hazırlıq qrupunun fəaliyyət göstərdiyi məktəb birnövbəlidir. 2021-2022-ci tədris ilindən "İcma Əsaslı Məktəbəqədər Təhsil", STEAM və "Peşə təmayüllü sinif" layihələrinin həyata keçirildiyi məktəbin şagirdləri rayon tədbirlərində fəal iştirak edirlər.
2022-2023-cü tədris ilində məktəbin şagirdlərinin "Kenquru", "Lütfi Zadə" və bir sıra respublika fənn olimpiadalarında və müsabiqələrində müxtəlif nailiyyətləri olmuşdur. Belə ki, keçən tədris ilində məktəbin 7-ci sinif şagirdi Fatimə Əsgərova respublika müsabiqəsində biologiya fənni üzrə gümüş medala layiq görülmüşdür. Məktəbin 8-ci sinif şagirdi  Aslan Qocayev isə Elm və Təhsil Nazirliyinin dəstəyi, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" publik hüquqi şəxsin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən "Zəfər dastanı" adlı onlayn respublika şeir və mahnı müsabiqəsində sertifikatlarla təltif edilmişdir. Bunlardan başqa, "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsində məktəbin 6-cı sinif şagirdi Yunis Sadıqov və 8-ci sinif şagirdi Fatimə Əsgərova finala vəsiqə qazanmışlar. 2022-2023-cü tədris ilində 9-cu siniflər arasında ümumi orta təhsil üzrə Fəridə Cəfərova və Fidan Abbasova fərqlənmə attestatına layiq görülmüşlər. 
Məktəbin 27 şagirdi bu il ali təhsil müəssisələrinə sənəd vermiş, onlardan 21 nəfəri qəbul olunmuşdur.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində məktəbin ibtidai sinif müəllimləri Nəzakət Qasımova 54,  Elnarə Abbasova 53, Azərbaycan dili və ədəbiyyat müəllimi  Esmira Əsgərova 55 bal toplayaraq uğurlu nəticə göstərmişlər. Prezidentin müvafiq sərəncamı ilə məktəbin ibtidai sinif müəllimi Nəzakət Qasımova Azərbaycan təhsilinin inkişafında xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Bundan başqa, "Xəmsə möcüzəsi" beynəlxalq onlayn incəsənət müsabiqə-festivalının respublika mərhələsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Roza Rəhimovanın təşkilatçılığı ilə məktəbin 7-ci sinif şagirdləri Kazım Kazımov, Murad Dilənov, Dərya Hüseynova dram nominasiyası üzrə III yerə layiq görülmüşlər.
Məktəbin idman sahəsində də uğurları var. Şagirdlər müxtəlif səviyyəli idman yarışlarında göstərdikləri nəticələrlə fərqlənirlər. 

S.ƏLİYEV,
Göygöl şəhəri 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!