09 İyun 2026 09:13
5821
DÜNYA
A- A+
Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar


Amerikalı biotexnoloqlar insanın canlı qaraciyər hüceyrələrinin qocalma prosesini geri çevirməyə nail olduqlarını bildiriblər. Söhbət siçan və ya sintetik hüceyrələrdən deyil, məhz insan hüceyrələrindən gedir. Bu nəticədən sonra şirkət 435 milyon dollar investisiya cəlb edib və klinik sınaqlara hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “NewLimit” startapının hazırladığı texnologiya epigenetik yenidən proqramlaşdırma metoduna əsaslanır. Orqanizmdəki bütün hüceyrələr eyni gen dəstinə malik olsa da, onların fəaliyyəti fərqlidir. Məsələn, dəri hüceyrələri bir funksiyanı yerinə yetirir, beyin neyronları isə tamamilə başqa vəzifələr daşıyır. Bu prosesi epigenetika tənzimləyir. DNT üzərində yerləşən xüsusi kimyəvi nişanlar sistemi həmin anda hansı genlərin fəaliyyət göstərməli olduğunu müəyyənləşdirir, lakin genetik kodun özünü dəyişmir.

Yaş artdıqca bu sistemdə pozuntular yaranır, markerlər qarışır və genlər düzgün işləməməyə başlayır. Nəticədə hüceyrələr bərpa olunmaq qabiliyyətini tədricən itirir və zəifləyir. Orqanların qocalmasının əsas səbəblərindən biri də budur.

Alimlərin ideyası bu mexanizmi yenidən gənc dövrə xas vəziyyətə qaytarmaqdan ibarət olub. Əvvəllər buna bənzər nəticələr əsasən gəmiricilər üzərində əldə edilirdi. “NewLimit” mütəxəssisləri isə bunu insanın yaşlı qaraciyər hüceyrələrində təkrarlamağa nail olublar. Prosedurdan sonra hüceyrələr əsas funksiyalarını tam bərpa edib, yenidən yağları səmərəli şəkildə parçalamağa və toksinləri zərərsizləşdirməyə başlayıblar.

Ən uyğun həll yolunu tapmaq üçün tədqiqatçılar genetik analizi, maşın öyrənməsi texnologiyalarını və müxtəlif variantların genişmiqyaslı sınaqlarını bir araya gətiriblər. Nəticədə genlərin fəaliyyətini idarə edən xüsusi zülallar – transkripsiya faktorlarının üç kombinasiyası müəyyən edilib. Məhz bu kombinasiyalar yaşlı qaraciyər hüceyrələrini gənc hüceyrələrə xas vəziyyətə qaytarır.

Bu zülalların orqanizmə mRNT terapiyası vasitəsilə çatdırılması planlaşdırıllır. Bu texnologiya hüceyrələrə lazım olan zülalların hazırlanması üçün müvəqqəti “təlimat” ötürür. mRNT molekulları lipid nanohissəciklər adlanan kiçik yağ qabarcıqlarına yerləşdirilir. Koronavirusa qarşı bəzi tanınmış vaksinlərin hazırlanmasında da eyni texnoloji platformadan istifadə olunub.

Şirkətin əldə etdiyi laborator nəticələr hələlik hər hansı nüfuzlu elmi jurnalda dərc edilməyib. Startap məlumatları yalnız rəsmi bloqunda və korporativ press-relizində açıqlayıb. Böyük həcmli investisiyaların cəlb edilməsi məqsədilə bu üsuldan tez-tez istifadə olunur. Elmi ictimaiyyət həmin nəticələri hələ müstəqil şəkildə təsdiqləməyib. Metodun canlı insan orqanizmində nə dərəcədə effektiv olduğunu yalnız gələcək klinik sınaqlar göstərəcək.

Sınaqlar uğurla başa çatarsa, layihə müəllifləri metodun tətbiq dairəsini genişləndirməyi planlaşdırırlar. Testlərin ilk mərhələsi qaraciyər steatozunun müalicəsinə, ikinci mərhələsi isə alkoqolun yaratdığı zədələrin aradan qaldırılmasına həsr olunacaq. Gələcəkdə şirkət eyni yanaşmanı qan damarlarının və immun sisteminin hüceyrələrinin cavanlaşdırılması üçün də tətbiq etməyi nəzərdə tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

15:01
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

14:28
07 Noyabr

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 152-ci kitabı çapdan çıxıb

14:24
07 Noyabr

Sabaha olan hava proqnozu açıqlanıb

14:01
07 Noyabr

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

13:47
07 Noyabr

Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır

13:37
07 Noyabr

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

13:15
07 Noyabr

Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

13:02
07 Noyabr

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

12:47
07 Noyabr

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

12:33
07 Noyabr

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

11:58
07 Noyabr

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Pekində 7-ci Dünya Media Sammiti keçirilir

11:37
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!