15 Oktyabr 2026 15:23
159
CƏMİYYƏT
A- A+
Biləsuvarda vacib müşavirə keçirilib  

Biləsuvarda vacib müşavirə keçirilib  


Gənclər Evində keçirilən müşavirədə rayon rəhbərliyi hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, qazilər, təhsil sektorunun və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə məruzə ilə çıxış edən RİH-in başçısı Faiq Qürbətov bildirib ki, dövlət başçısının proqram xarakterli çıxışı ölkənin gələcək inkişafı və milli təhlükəsizliyi üçün əsas hədəfləri müəyyənləşdirir: “Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik xətti və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün güclü hərbi potensialı və 90 milyard dollarlıq valyuta ehtiyatları ilə dünyada sabitlik məkanı kimi tanınır”.

Rayon rəhbəri diqqətə çatdırıb ki, ölkədə aparılan məqsədyönlü iqtisadi siyasətin davamı olaraq Biləsuvarda da investisiya mühiti fəallaşıb və mühüm layihələr reallaşdırılır. Onun sözlərinə görə, 2020-ci ildən 2026-cı ilin 9 ayınadək rayon iqtisadiyyatına 667,7 milyon manat investisiya yatırılıb ki, bunun da 182,7 milyon manatı dövlət, 485 milyon manatı özəl sektorun payına düşür: “Növbəti 2027-ci il üçün rayonda ilkin olaraq 119 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılsa da, bu həcmin daha da artırılması əsas hədəflərdən biridir. Hazırda 1454 hektar ərazidə ölkənin ən böyük Biləsuvar Günəş Elektrik Stansiyasının tikintisi sürətlə davam edir. Ümumi gücü 445 MVt olacaq stansiya tam işə düşdükdən sonra 179 mindən çox evi təmiz enerji ilə təmin edəcək. Bu nəhəng layihənin inşaat prosesinə 1000 nəfərə yaxın yerli sakin cəlb edilib”. 

Məruzəçi onu da nəzərə çatdırıb ki, kənd təsərrüfatının müasirləşdirilməsi və pivot suvarma sistemlərinin qurulması məqsədi ilə son illər aqrar sektora 49,6 milyon manat irihəcmli investisiya yönəldilib, 2027-ci ildə isə bu sahəyə əlavə 46 milyon manat vəsaitin qoyulması nəzərdə tutulub: “Bundan əlavə, rayonda elektrik, qaz, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və yaşayış məntəqələrinin abadlaşdırılması ilə yanaşı, təhsil sahəsində də mühüm addımlar atılıb. Görülən işlərin davamı olaraq Biləsuvar şəhər məktəb-liseyi üçün 624, Bəydili kənd orta məktəbi üçün 1400, Nəsimi kənd orta məktəbi üçün 624 yerlik yeni binalar və Amankənddə 56 şagirdlik müasir modul tipli məktəb binası inşa edilərək istifadəyə verilib”.

Məruzədə ideoloji təhlükəsizlik məsələlərinə xüsusi yer ayıran RİH başçısı vurğulayıb ki, milli təhlükəsizliyin təmin edilməsində ideoloji mühitin yad təsirlərdən qorunması fiziki təhlükəsizlik qədər mühümdür: “Xarici mərkəzlərin sosial media vasitəsi ilə gəncləri və uşaqları hədəf alan ziyanlı dini-ideoloji təxribatlarına və xurafata qarşı qətiyyətli mübarizə aparılmalı, azyaşlıların dünyəvi təhsil hüququ ilə sağlam dünyagörüşü mütləq qorunmalıdır”. Bu istiqamətdə təhsil işçilərinə tövsiyələr verən Faiq Qürbətov məktəblərdə nizam-intizamın gücləndirilməsinin, şagirdlərin dərslərə qanunvericiliklə müəyyən olunmuş vahid və nümunəvi geyim formasında gəlmələrinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb. O, müəllimləri kənar təsirlərə qarşı daim ayıq-sayıq olmağa, valideynlərlə maarifləndirmə işlərini və məktəb-ailə əməkdaşlığını ən yüksək səviyyəyə çatdırmağa çağırıb.

Məruzəçi çıxışının sonunda formal tədbirlərdən uzaq durmağa, birbaşa insan amilinə və vətəndaşların real qayğılarına yönəlməyin vacibliyini qeyd edib, hər bir qurum rəhbərini öz sahəsində daha məsuliyyətli çalışmağa dəbət edib. Sonda o, dövlət başçısının «öz taleyimiz öz əlimizdədir» fikrini xatırladaraq güclü dövlətçilik dayaqlarını qorumağın hər birimizin vəzifəsi olduğunu bildirib.

Müşavirədə Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun anası, Oqtay Babayev adına Aşağı Cürəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Nəsibə Mahmudova, rayon Ağsaqqallar Şurasının sədr müavini Zakir Şahbazov, Biləsuvar rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev, Vətən müharibəsi iştirakçısı, həkim-nevroloq Əli Kişiyev, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov, Biləsuvar şəhər bələdiyyəsinin sədri İlqar Abasov, DSMF-nin 2 saylı Şirvan-Salyan Regional filialı rayon şöbəsinin müdiri Fərasim Əliyev çıxış edərək Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında qeyd olunan məsələlərin aktuallığını vurğulayaraq ölkə başçısının müəyyənləşdirdiyi strateji hədəflərin uğurla reallaşdırılması üçün hər bir qurumun üzərinə böyük məsuliyyət düşdüyünü bildiriblər. Çıxış edənlər xüsusilə gənclərin yad ideoloji təsirlərdən qorunması, onların milli-mənəvi dəyərlər, dövlətçilik prinsipləri və vətənpərvərlik ruhunda tərbiyə olunmaları, həmçinin gənc nəslin ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında daha aktiv rol oynamasının vacibliyini qeyd ediblər. 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Bəyannaməsi qəbul edilib

16:19
15 Oktyabr

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib  

16:19
15 Oktyabr

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür  

16:18
15 Oktyabr

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb  

16:18
15 Oktyabr

Ağdamda 12 milyon manatlıq un istehsalı layihəsinə start verilir  

16:17
15 Oktyabr

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

16:12
15 Oktyabr

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

16:10
15 Oktyabr

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik  

16:09
15 Oktyabr

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib  

16:07
15 Oktyabr

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik  

16:05
15 Oktyabr

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

16:02
15 Oktyabr

Sabit temperatur yuxu rejiminə necə təsir edir?

15:59
15 Oktyabr

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər  

15:48
15 Oktyabr

 Enerji körpüsü Bakından Kolomboya  

15:46
15 Oktyabr

Azərbaycan–Kamboca münasibətləri: diplomatik dialoqdan praktiki əməkdaşlığa doğru

15:39
15 Oktyabr

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

15:33
15 Oktyabr

Qubada II Kitab sərgisi keçirilib  

15:27
15 Oktyabr

Naftalanda dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı müzakirə olunub   

15:25
15 Oktyabr

Biləsuvarda vacib müşavirə keçirilib  

15:23
15 Oktyabr

Belarus nümayəndə heyəti Gəncə Avtomobil zavodunda olub  

15:21
15 Oktyabr

Kənd Təsərrüfatı Nazirliyi “Rebuild Garabagh” sərgisində geniş stendlə təmsil olunur

15:15
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!