03 Iyul 2024 03:17
45
MSK
A- A+

Bəzi seçki dairələri üzrə seçki məntəqələri ilə bağlı tədbirlərə dair Azərbaycan Respublikası  Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 16/58


Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 iyun tarixli 176 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilmişdir. 
Dairə seçki komissiyaları tərəfindən səsvermənin keçirilməsi və səslərin hesablanması məqsədi ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) müddəalarında əks olunan tələblər ödənilməklə, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla qanunamüvafiq tədbirlər görülür.
Bununla əlaqədar, 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 11 saylı Binəqədi-Qaradağ, 22 saylı Nəsimi-Yasamal, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai-Suraxanı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 86 saylı Ağcabədi, 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 103 saylı Şəmkir kənd, 113 saylı Qax-Şəki, 117 saylı Oğuz-Qəbələ-Şəki, 120 saylı Cəbrayıl-Qubadlı, 123 saylı Kəlbəcər və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairələri dairə seçki komissiyalarına yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək seçki məntəqələri ilə bağlı müvafiq tədbirlərin görülməsi həvalə edilməlidir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:
1. 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur-Kəngərli, 11 saylı Binəqədi-Qaradağ, 22 saylı Nəsimi-Yasamal, 30 saylı Suraxanı birinci, 31 saylı Suraxanı ikinci, 32 saylı Suraxanı üçüncü, 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 35 saylı Xətai üçüncü, 36 saylı Xətai-Suraxanı, 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 70 saylı Neftçala, 71 saylı Cəlilabad şəhər, 86 saylı Ağcabədi, 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 103 saylı Şəmkir kənd, 113 saylı Qax-Şəki, 117 saylı Oğuz-Qəbələ-Şəki, 120 saylı Cəbrayıl-Qubadlı, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairələri dairə seçki komissiyalarına yerli və digər şərait nəzərə alınmaqla seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi əsas götürülərək seçki məntəqələri ilə bağlı müvafiq tədbirlərin görülməsi həvalə edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr    Məzahir Pənahov
Katib    Arifə Muxtarova
Katib    Mikayıl Rəhimov

02.07.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video