04 Dekabr 2024 14:32
96
CƏMİYYƏT
A- A+
Beynəlxalq Ombudsmanlar Sammitində Ermənistanın torpaqlarımızda törətdiyi cinayətlərdən və mina terrorundan danışılıb  

Beynəlxalq Ombudsmanlar Sammitində Ermənistanın torpaqlarımızda törətdiyi cinayətlərdən və mina terrorundan danışılıb  

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsi olan Honq Konqda Ombudsman İnstitutunun yaradılmasının 35 illik yubileyi münasibətilə təşkil olunmuş Beynəlxalq Ombudsmanlar Sammitində iştirak edib.

Ombdusman Aparatından AZƏRTAC-a bildirilib ki, Aydın Səfixanlı çıxışı zamanı ombudsmanın insan hüquq və azadlıqlarının təmini və müdafiəsi, milli preventiv mexanizm fəaliyyəti, uşaq hüquqlarının və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, eyni zamanda, tətbiq etdiyi müsbət təcrübələr haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

A.Səfixanlı ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə və onun nəticələri barədə məsələlərə toxunaraq, müvafiq sahədə Ombudsmanın gördüyü işləri qeyd edib. O, habelə ölkəmizə qarşı keçirilmiş qarayaxma və “qara piar” kampaniyalarına baxmayaraq, cari ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP 29) yüksək səviyyədə təşkil edildiyini və uğurla həyata keçirildiyini söyləyib. Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə olaraq insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun daha yaxşı təmini məqsədilə iştirakçı ölkələr üçün yeni hədəflərin müəyyən edilməsi, inkişaf etmiş ölkələrin hər il iqlim dəyişikliyinə hazırlaşmaq və qarşısını almaq məqsədilə inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər ildə 300 milyard dollar maliyyə yardımı ayırması və Paris Sazişinin 6-cı maddəsinin razılaşdırılması kimi bir sıra uğurlara imza atdığını da vurğulayıb.

Eyni zamanda, bütün bu tədbirlərin insanların sağlam ətraf mühitdə yaşamaq hüququ baxımından da əhəmiyyətli olduğu vurğulanıb. Həmçinin Ombudsman təsisatının da milli insan hüquqları təsisatı olaraq, COP29 prosesi çərçivəsində yaxından iştirak etdiyini, müvəkkilin COP29 Təşkilat Komitəsinin üzvü olduğunu, bu çərçivədə yan-tədbir keçirdiyini, ekoloji problemlərlə əlaqədar araşdırmalar apardığı barədə iştirakçılar məlumatlandırılıb.

Dünyanın müxtəlif bölgələrində baş verən silahlı münaqişələrin insan hüquq və azadlıqlarının kütləvi pozulmasına səbəb olduğunu deyən Aparat rəhbəri Azərbaycanın da, həmçinin uzun illər münaqişədən əziyyət çəkdiyini, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızda ətraf mühitə ziyan vurduğunu, su resurslarını kimyəvi tullantılarla çirkləndirdiyini, ekosid, urbisid cinayətləri, mina terroru törətdiyini diqqətə çatdırıb. Bildirib ki, bu kimi faktların dünya ictimaiyyətinə çatdırılması məqsədilə müvəkkilin həm öz təşəbbüsü ilə, həm də beynəlxalq təşkilatlarla birgə işğaldan azad edilmiş torpaqlarda fakt-araşdırıcı missiyalar həyata keçirilib, həmin araşdırmaların nəticələrinə əsaslanaraq hazırlanan hesabatlar və bəyanatlar beynəlxalq təşkilatlara göndərilib.

Eyni zamanda, müvəkkilin həmin bəyanat və hesabatlarda aidiyyəti qurumları, xarici ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarını insanlığa təhdid yaradan bu kimi hallara qarşı birgə fəaliyyət göstərməyə çağırış etdiyi də bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Britaniya rəsmisi: Xəzər regionu yaşıl enerji ixracında böyük potensiala malikdir  

23:55
04 Dekabr

Cahit Bağçı: Beynəlxalq Demokratlar Birliyi Azərbaycanın beynəlxalq platformada qarşılaşdığı vəziyyətlərə qarşı da bir platforma olacaq  

23:48
04 Dekabr

Aİ-nin ali nümayəndəsi Azərbaycan-Ermənistan normallaşma gündəliyi barədə məlumatlandırılıb  

23:45
04 Dekabr

Mövlud Çavuşoğlu: Ermənistanın Azərbaycanın səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik 

23:42
04 Dekabr

Britaniya rəsmisi: COP-da razılaşmanın əldə olunmasından çox məmnunuq

23:41
04 Dekabr

Papa Fransisk Viktor Orbanla görüşüb

23:32
04 Dekabr

Gürcüstanın müxalifət liderləri Baş nazir ilə teledebatdan yayınıblar  

23:31
04 Dekabr

Qubada vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

23:30
04 Dekabr

Milli Məclis sədrinin müavini TBMM-in nümayəndə heyətinin rəhbəri ilə görüşüb  

22:29
04 Dekabr

Metronun “20 Yanvar” stansiyasından Sumqayıta yeni marşrut xətti istifadəyə verilir  

22:28
04 Dekabr

Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib  

22:27
04 Dekabr

Malta 2024-cü ildə Avropanın iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr siyahısına liderlik edir  

22:05
04 Dekabr

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib 

19:56
04 Dekabr

Fərid Qayıbov: 2024-cü il Şuşa şəhəri üçün yaddaqalan oldu  

19:54
04 Dekabr

Paşinyan AİB sammitinin Ermənistanda keçirilməsini istəmir

19:34
04 Dekabr

Azərbaycan Kuboku, 1/8 final: "Kəpəz" -"İmişli"- 1:0

19:33
04 Dekabr

İmaməddin Xəlilov dünyanın ən yaxşı parataekvondoçusu seçilib

19:31
04 Dekabr

"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında

19:30
04 Dekabr

Özbəkistan Prezidenti MAQATE ilə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib

19:29
04 Dekabr

Bayden köçkün afrikalılar üçün 1 milyard dollar yardım elan etdi

18:40
04 Dekabr

Şahruddin Məhəmmədəliyev qayıdır

18:39
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!