26 Iyul 2024 15:27
109
DÜNYA
A- A+

Beyin implantının yeni imkanları

2019-cu ilin iyulunda amerikalı milyarder İlon Maskın sahibi olduğu “Neuralink” şirkəti iki illik ərzində hazırlanmış “N1” beyin çipini təqdim etmişdi. 2024-cü ilin yanvarında beyin implantının sınaqdan keçirildiyi ilk şəxs avtomobil qəzası nəticəsində iflic qalan 29 yaşlı Nolan Arbo oldu.

Mart ayında N.Arbo düşüncələrindən istifadə edərək şahmat oynadığını nümayiş etdirdi. O, əvvəlcə implantın effektivliyinin azaldığını müşahidə etsə də, sonradan tənzimləmə nəticəsində davamlı artım olduğunu qeyd etdi. May ayında şirkət pasiyentin beynindən siqnalları ötürən mikrotellərin bir hissəsinin çıxarıldığını, lakin qalan elektrodların təxminən 15 faizinin işlək olduğunu bildirdi.

N.Arbo hazırda az sayda elektrodla belə çox iş görə bildiyini söyləyib və növbəti pasiyentlərin daha çox elektrodu aktivləşdirə biləcəyinə ümid etdiyini əlavə edib. N.Arbo çipləndikdən sonra nəinki kompüter idarə edə, həm də video oyunları oynaya bilir. Şirkətin məlumatına görə, gələcəkdə mühəndislər elektrodları elə yerləşdirəcəklər ki, beyinlə çip arasında gərginlik olmasın.

“Neuralink” tədqiqatçılar beyin implantları olan insanlara "Apple" smartfon və planşetlərini idarə etməyə imkan verəcək proqram üzərində işləyirlər. Hazırda texnologiya kompüterdə sınaqdan keçirilir, burada beyin siqnallarını oxuyan proqram ekranda kursoru idarə edir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video