01 Dekabr 2023 13:33
319
DÜNYA
A- A+

Bayden seçkilərdə iştirak etməsə, demokratlar çıxılmaz vəziyyətə düşəcək

 

ABŞ Prezidenti Cozef Bayden hər hansı səbəbdən 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakdan imtina etsə, Demokratlar Partiyasının ehtiyat planı yoxdur.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, seçkidə Cozef Baydenin namizədliyinin dəyişdirilməsi zərurəti demokratlar arasında partiyadaxili xaotik mübarizəyə səbəb olacaq.

“Demokrat Partiyasının “B” planı yoxdur. Əgər Cozef Bayden seçkilərdə iştirakdan imtina etsə, tanıdığınız hər kəs namizədliyini irəli sürəcək”, - deyə adının açıqlanmasını istəməyən yüksəkvəzifəli diplomat bildirib.

Cozef Bayden zəif reytinqinə və yaşı ilə bağlı narahatlıqlara baxmayaraq, prezident seçkilərində iştirak etmək planından geri çəkilmir. Hətta o, seçki kampaniyasından imtina etsə belə, demokratlar 2024-cü ilin avqustunda keçiriləcək qurultayda və ya daha sonra başqa namizəd seçə biləcəklər.

Qeyd edək ki, respublikaçılar Cozef Baydenin impiçmenti çərçivəsində aparılan təhqiqat məsələsini Konqresin Nümayəndələr Palatasında səsverməyə çıxarmağı planlaşdırırlar. Səsvermənin yaxın həftələrdə keçiriləcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video