Basketbol millimiz Avropa Kubokunda mübarizəyə başlayır
Bu gün Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət millisi Avstriyanın paytaxtı Vyanada start götürən Avropa Kubokunda mübarizəyə başlayır.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv C qrupunda ilk olaraq İspaniya ilə üz-üzə gələcək.
Komanda ikinci matçında meydan sahiblərini sınağa çəkəcək.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 15:40 və 19:15-də start götürəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, avqustun 23-də Azərbaycanın kişilərdən ibarət yığması Avstriya və Niderland ilə qarşılaşacaq.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib
22 Avqust
Niderland Boneyra adası ilə bağlı müstəmləkə siyasətindən əl çəkməlidir - BƏYANAT
22 Avqust
Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracından gəlirini 9 % artırıb
22 Avqust
Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının birgə taktiki-xüsusi təliminə start verilib...
22 Avqust
Qəzzada atəşkəslə bağlı danışıqlar gələn həftə keçiriləcək
22 Avqust
Paris-2024: Açılış mərasimindən narazı qalan tamaşaçı bilet pulunun geri qaytarılmasını tələb edib...
22 Avqust
Pakistanda məktəb avtobusunda uşaqlar həlak olub
22 Avqust
Komitə sədri G20 Dinlərarası Forumu çərçivəsində bir sıra görüşlər keçirib
22 Avqust
Türkiyədən olan şəhid övladları: Azərbaycanlı qardaş-bacılarımızla bir arada olmaqdan çox məmnunuq...
22 Avqust
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqilli...
22 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan naminə missiya22 Avqust 2024
Xalqa xidmət, dövlətə sədaqət missiyası21 Avqust 2024
Prezident İlham Əliyev və Prezident Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2...19 Avqust 2024
Azərbaycan-Rusiya: çoxəsrlik tarixə malik iqtisadi əlaqələrin yeni istiqamətləri18 Avqust 2024
Azad Xocalıda zəfər seçkisi17 Avqust 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!