03 Dekabr 2025 08:55
499
İQTİSADİYYAT
A- A+
Başa çatan təqvim ilidir

Başa çatan təqvim ilidir


Təsərrüfat işləri isə davam edir


İlin 11 ayı arxada qalmışdır. Bu müddət ərzində qazanılan uğurlar onu deməyə əsas verir ki, ağstafalılar cari ili də uğurla yekunlaşdırmağı bacaracaqlar. 9 ayda rayon üzrə ümumi məhsul buraxılışının dəyəri 191,7 milyon, o cümlədən kənd təsərrüfatı məhsullarının dəyəri 106,7 milyon, sənaye məhsullarının dəyəri 16,5 milyon, pərakəndə əmtəə dövriyyəsinin dəyəri 182,3 milyon manat olmuşdur. Rayon üzrə orta aylıq nominal əməkhaqqı 8,2 faiz artaraq 631,3 manata çatmışdır. 

1297 nəfər işaxtaran kimi Qazax-Tovuz Regional Məşğulluq Filialının Ağstafa rayonu üzrə Xidmət Şöbəsində qeydiyyata alınmış və həyata keçirilmiş tədbirlər nəticəsində onlardan 546 nəfər işlə təmin olunmuşdur. Hazırda Ağstafa rayonu üzrə 152 vakant iş yerləri mövcuddur.

Məlum olduğu kimi, rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Hesabat dövründə rayon üzrə istehsal olunan kənd təsərrüfatı məhsullarının dəyəri, qeyd etdiyimiz kimi, 106,7 milyon manat olmuşdur. İstehsalın artmasının əsas səbəbi  dövlət tərəfindən fermerlərə verilən dəstəkdir. Hazırda rayonda 2026-cı ilin məhsulu üçün müxtəlif növ kənd təsərrüfatı bitkilərinin əkini aparılır. Artıq 6917,5 hektarda şum qaldırılmış və taxıl səpilmişdir.

Söz yox ki, əldə olunmuş uğurlarda suvarmanın düzgün təşkilinin payı az deyil. Ağstafaçay dəryaçasında hazırda 49,3 milyon kubmetr suvarma suyu mövcuddur. Ağstafaçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən ötən dövr ərzində 19 hidrotexniki qurğu, 13 hidropost və 13 kilometr beton kanallar cari təmir edilmiş, eləcə də kanallar lildən və kol-kosdan təmizlənmişdir. Bundan başqa, Ağstafa Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən 106 subartezian quyusunda, 29 hidrotexniki qurğuda, 5 hidrometrik postda və 6,2 kilometr beton kanalda cari təmir işləri görülmüşdür.

Qazanılan iqtisadi uğurlar rayonda aparılan abadlıq-quruculuq işlərinə də müsbət təsir göstərmişdir. Ağstafa şəhərinin abadlaşdırılması, o sıradan küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmir olunması rayon mərkəzinin simasını xeyli dəyişmişdir. Binaların həyətində uşaqların əyləncələri və istirahətləri üçün abad məhəllələrin yaradılması isə nümunəvi ənənə halını almışdır. 

Əhalinin məmnunluğunu təmin edən həm də mavi yanacaqla təchizatda problemlərin aradan qaldırılmasıdır. Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Xidmət Sahəsi abonetlərin qaz təchizatının yaxşılaşdırılması üçün daxili imkanlar hesabına rayon mərkəzinin bir sıra küçələrində və bəzi kəndlərdə köhnə boruları dəyişmiş, şəhərdə aparılan abadlıq işləri ilə əlaqədar 7400 poqonometr müxtəlif diametrli qaz xətlərini boyamışdır. 

Yeri gəlmişkən, qeyd edək ki, Ağstafada bütün məsələlər, o cümlədən təbii qaz təchizatı ilə bağlı Qarabağ müharibəsi qazi və veteranlarının müraciətləri heç zaman cavabsız qalmır. Təkcə ilin əvvəlindən belə müraciətlər əsasında bir çox ünvanda müxtəlif diametrli 72 poqonnometr qaz xəttinin yeri dəyişdirilmiş, 2 şəhid ailəsinin fərdi yaşayış evi qazla təmin edilmişdir. Xətai kəndində 3, Yenigün kəndində 2 qaztənzimləyici qurğu, Dağ Kəsəmən kəndində 2 qaz kranı yenilənmiş, Poylu kəndində torpaqla təmasda olan qaz xətti dayaqlar üzərinə qaldırılmışdır. 

Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də yeniliklər olmuşdur. Məsələn, Heydər Əliyev Fondu tərəfindən Vurğun qəsəbəsində 420 və Zəlimxan kəndində 220 şagirdlik tam orta məktəblərin tikintisi başa çatmışdır. Köçvəlili kəndində isə 132 şagirdlik modul tipli ibtidai məktəb binası istifadəyə verilmişdir.

Səhiyyə sahəsinə gəldikdə, "Ağstafa Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxs hesabat dövrü ərzində 348 xəstəni dispanser qeydiyyatına götürmüşdür. Hazırda 5167 nəfər dispanser qeydiyyatında saxlanılır. Onlar  mütəmadi olaraq pulsuz dərmanlarla təmin edilirlər.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK

15:05
09 Oktyabr

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir  

14:40
09 Oktyabr

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

14:40
09 Oktyabr

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir  

14:39
09 Oktyabr

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər  

14:38
09 Oktyabr

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNƏCƏK

14:36
09 Oktyabr

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir  

14:35
09 Oktyabr

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub  

14:33
09 Oktyabr

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir  

14:32
09 Oktyabr

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar 

14:31
09 Oktyabr

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb  

14:29
09 Oktyabr

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər  

14:23
09 Oktyabr

Hava sabah axşamadək yağıntılı olacaq 

14:22
09 Oktyabr

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub  

14:01
09 Oktyabr

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

13:59
09 Oktyabr

Bakıda NATO-nun təlim kursu keçirilir

13:57
09 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB  

13:55
09 Oktyabr

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır  

13:44
09 Oktyabr

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib  

12:57
09 Oktyabr

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb  

12:53
09 Oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var  

12:52
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!