21 Fevral 2024 22:23
267
İDMAN
A- A+

Banza: Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik


Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik. “Report”un məlumatına görə, bunu Portuqaliyanın “Braqa” klubunun futbolçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında deyib.
27 yaşlı hücumçu ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib: “İlk oyunda məğlub olmuşduq. Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik. Mümkünsüz heç nə yoxdur. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir məhsuldar ötürmə verəcək".
O, rəhbərliyin komandadan qələbə tələb etməsinə münasibət bildirib: "Bunu oyunçulara psixoloji təzyiq hesab edə bilərsiniz. Amma biz buna motivasiya kimi baxırıq".
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video