02 Aprel 2024 22:28
455
SİYASƏT
A- A+
Bakıda Yunanıstanın Milli Günü qeyd olunub

Bakıda Yunanıstanın Milli Günü qeyd olunub

 

Yunanıstanın Milli Günü münasibətilə aprelin 2-də Bakıda rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Yunanıstan səfiri Xristos Kapodistrias ölkələrimiz arasında dostluq münasibətlərini yüksək qiymətləndirib.

Yunanıstan və Azərbaycan arasında əlaqələrin müxtəlif sahələri əhatə etdiyini qeyd edən diplomat bildirib ki, yaxın həftələrdə Hökumətlərarası Birgə Komissiyanın növbəti iclası keçiriləcək.

“Əminik ki, bir neçə aydan sonra Azərbaycan həm təşkilati, həm də mahiyyət etibarilə COP29 sammitinə uğurla ev sahibliyi edəcək. Bizim enerji sektorunda əməkdaşlığımız artıq bir uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru xətti qitənin enerji təchizatında əhəmiyyətli problemlərlə üzləşdiyi bir dövrdə Azərbaycandan qazı Avropaya gətirən strateji infrastrukturdur. Artıq üç ildən çoxdur ki, Trans-Adriatik boru xətti təbii qazı Azərbaycandan Yunanıstana, Bolqarıstana və İtaliyaya, eləcə də qonşumuz Türkiyə vasitəsilə dayanıqlı və etibarlı şəkildə nəql edir", - deyə səfir vurğulayıb.

Onun sözlərinə görə, əməliyyatlar başlayandan bəri Trans-Adriatik boru xətti vasitəsilə Yunanıstan, Bolqarıstan və İtaliyaya 33,5 milyard kubmetrdən çox qaz nəql edib.

Diplomat əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr dərinləşməkdə davam edəcək.

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkələrimiz arasında faydalı əməkdaşlıq, siyasi dialoqun mövcud olduğunu deyib. Diqqətə çatdırıb ki, iki ölkənin xarici işlər nazirləri mütəmadi görüşür, siyasi məsləhətləşmələr aparırlar.

Müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin aparıldığını qeyd edən diplomat bildirib ki, bunlardan ən əsası, təbii ki, neft, qaz layihələridir. Vurğulayıb ki, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələri yüksək səviyyədədir.

"Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Bu il Hökumətlərarası Birgə Komissiyanın iclası keçiriləcək. İnanırıq ki, əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcək", - deyə nazir müavini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

FHN Ucardakı zəncirvari ağır yol qəzası ilə bağlı məlumat yayıb YENİLƏNİB

11:23
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"

09:10
16 Fevral

Gəncədə Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

09:05
16 Fevral

Şəhid məzarları ziyarət edilib  

09:00
16 Fevral

Rəsmi İrəvanın "sülh" oyunları

08:55
16 Fevral

Bir qərinənin faciəsi

08:50
16 Fevral

Sovet hakimiyyətinin unutdura bilmədiyi Əli bəy Hüseynzadə

08:45
16 Fevral

Milli ruhlu rəssamın yaradıcılıq yolu

08:40
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!