19 İyun 2025 14:10
454
CƏMİYYƏT
A- A+
Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası keçirilib

İyunun 19-da Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları sədrlərinin 3-cü iclası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ iştirak ediblər.

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov iclasda çıxış edib. O, iclas çərçivəsində imzalanması nəzərdə tutulan TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi barədə məlumat verib: "Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq".

İnam Kərimov vurğulayıb ki, bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq: "Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək. Eyni zamanda, tədbir çərçivəsində nəzərdə tutulan mədəni proqramlar da hüquqi dialoqun mədəni zəmin üzərində qurulması baxımından əlamətdar olacaq. Qonaqlarımız Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlıq imkanına malik olacaqlar. Bu səfərlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquqi-mədəni irs bu gün də əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir. Ümidvaram ki, Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək", - deyə İnam Kərimov vurğulayıb.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, hazırda təşkilatla müşahidəçi dövlətlər arasında 35-dən çox sahə üzrə səmərəli əməkdaşlıq var: "Bu sahələrdən biri hüquq-mühafizə və məhkəmə sistemidir. Qeyd edim ki, ötən ay təşkilatımızın Budapeştdə keçirilən qeyri-rəsmi görüşü zamanı dövlətlərimizin başçıları üzv ölkələri regionda və onların hüdudlarından kənarda sülh və təhlükəsizliyə qarşı çağırışlarla mübarizədə birgə səyləri davam etməyə çağırdılar. Bu məsələlər hüquqi əməkdaşlıq gündəmində əsas yer tutur. Təşkilatımız yaranandan indiyədək məhkəmə hakimiyyəti ilə bağlı davamlı uğurlar əldə olunub. Qeyd edim ki, TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclasının bu il Azərbaycanda təşkil olunması planlaşdırılır. Hakimlər Şurasının üzvlərindən ibarət alt İşçi Qrupu tərəfindən nizamnamənin hazırlanmasına dair qərar verilib. İşçi Qrupu nizamnamə üzərində işləyəndən sonra dünən bütün tərəflər nizamnaməyə razılığını ifadə edib. Bu gün xüsusi bir mərhələdir, çünki biz bu Əsasnaməni imzalayacağıq və əminəm ki, bu sənəd TDT Məhkəmə Şuraları arasında səmərəli əməkdaşlıq üçün lazımi çərçivə yaradacaq", - deyə o qeyd edib.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova bildirib ki, birgə tarix və dil xalqlarımızı birləşdirir: "Düşünürəm ki, hüquqi bazaya da nail olmaq lazımdır. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi əməkdaşlıq üçün yeni üfüqlər açır, hüquqi təcrübələrin mübadiləsi üçün imkanlar yaradır. Bizim ənənələrimiz oxşardır. Bunların hamısı insan hüquqlarının qorunmasına yönəlməlidir. Biz hüquqi etibarın vahid məkanını formalaşdırırıq. Ölkələr arasında qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməlidir. Bugünkü addım, fəaliyyət ölkələrimizin suverenliyinin və müstəqilliyinin qorunmasına töhfə verəcək. Bu gün tarixi hadisənin şahidiyik və qeyd edilən sənəd çox dərin köklərə malik olacaq. Bu, hüququn tətbiqi, hüquq sisteminin inkişafı baxımından çox mühüm sənəddir".

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu bildirib ki, 2023-cü ilin noyabr ayında Azərbaycan və Özbəkistana edilən səfərlər məhkəmə sahəsində əməkdaşlıq prosesini yenidən canlandırmaq baxımından əhəmiyyətli mərhələ olub:"Ardınca 2024-cü ilin mayında İstanbulda ikinci böyük toplantımızı keçirdik. Bu toplantıda Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması ilə bağlı razılıq əldə edildi və həmin il dekabr ayında texniki komanda tərəfindən layihə hazırlanmağa başlandı.

Bu gün artıq həmin səylərin bəhrəsini almaq üçün buradayıq. TDT-nin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması yalnız bir sənədin imzalanması deyil, həm də ortaq hüquqi baxışın, qardaşlıq üzərində qurulmuş əməkdaşlığın və uzunmüddətli ədalət anlayışının təsdiqidir. Bu şəbəkə sadəcə koordinasiya strukturu deyil, həm də məhkəmə etikası, xüsusi araşdırmaların paylaşılması və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əməkdaşlığımızı gücləndirəcək. TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi institutlarımız arasında kommunikasiya və müzakirə platforması olacaq, ortaq problemlərə birgə həll yolları tapmaq üçün faydalı bir mexanizm rolunu oynayacaq. Eyni zamanda, məhkəmə sisteminin şəffaflığı və müstəqilliyi kimi beynəlxalq prinsiplərin gücləndirilməsi, Türk dünyasında ədalət platformalarının qlobal səviyyədə tanınmasına xidmət edəcək", - deyə Aydoğdu vurğulayıb.

Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov çıxışında qeyd edib ki, TDT çərçivəsində dialoq və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addımlar atılıb: "Qırğızıstan və Qazaxıstanın məhkəmə sistemlərinin nümayəndələri Türkiyədə səfərdə olub və orada məhkəmə sistemləri ilə bağlı bilik və təcrübə mübadiləsi aparıblar. Qeyd etmək istərdim ki, Özbəkistanın ali məhkəmə orqanları da qardaş ölkələrlə hüquq sahəsində qarşılıqlı bilik mübadiləsində iştirak ediblər. Eyni zamanda, bu çərçivədə uğurlu nəticələr əldə olunub. Mütəxəssislərdən ibarət qrupumuz Türkiyəyə səfər edib, onların məhkəmə sistemi ilə yaxından tanış olub. Təşkilat çərçivəsində hakimlərimiz də Türkiyədə olaraq, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məhkəmə təcrübəsini öyrəniblər. Bu kimi proqramlar qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə şərait yaradır və gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Bugünkü toplantı çərçivəsində imzalanacaq Əsasnamə də məhz bu əməkdaşlığın genişlənməsinə imkan yaradacaq, daha effektiv işlərin görülməsi üçün əsas təmin edəcək. Aydındır ki, sabitlik və ədalət prinsipləri cəmiyyətdə peşəkarlığın, dünya görüşünün, bilik və təcrübə paylaşımının artmasına xidmət edəcək. Eyni zamanda, peşəkar kadrların hazırlanması, onların karyera inkişafı və TDT-nin hüquq sahəsində əsas vəzifələrindən biri olan hüquqi yardımın təşkili məqsədilə hüquqi biliklərin paylaşılması önəmli yer tutur".

Onun sözlərinə görə, rəqəmsallaşma dövründə TDT çərçivəsində əməkdaşlıq hüquq və ədliyyə sahəsində yeni mərhələyə qədəm qoyur: "Bu çərçivədə “Türk Rəqəmsal Təşəbbüsü” adı altında bu il Türkiyədə ilk dövlətlərarası konqres keçiriləcək. Bu təşəbbüs elektron hüquq sahəsində bilik mübadiləsini artıracaq, iştirakçı ölkələrin təcrübələrinin onlayn formada paylaşılmasına imkan yaradacaq. Bu isə şübhəsiz ki, çox mühüm addımdır".

Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev iclasda çıxış edərək bildirib ki, ölkəsində məhkəmə sahəsinə xüsusi diqqət yönəldilib. O qeyd edib ki, TDT arasında effektiv əməkdaşlığın mövcud olması çox yaxşı haldır: "Bu gün imzalanacaq Əsasnamə üzv dövlətlər arasında yeni əməkdaşlığın yaranmasına, eyni zamanda, məhkəmə sisteminin təşəkkül tapmasına təkan verəcək".

Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ çıxış edərək qeyd edib ki, TDT-nin son illər ərzində keçirilən iclasları ortaq keçmişə sahib olan dövlətlərin bir-birini daha yaxşı tanıması və əməkdaşlıqlara töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edir: "Həyata keçirilən fəaliyyətlər və bu gün imzalanan Əsasnamə əməkdaşlığımıza böyük töhfə verəcək. Şimali Kipr Türk Respublikası belə tədbirlərə böyük əhəmiyyət verməkdədir. Gələcəkdə bu əməkdaşlıqların davam edəcəyinə inanıram. Məhkəmələrin rəqəmsallaşdırılması üçün bir çox ölkə ötən gün baş tutan iclasda öz təşəbbüslərini açıq şəkildə ifadə etdi. Dünənki iclasda hüququn aliliyinin nə qədər əhəmiyyətli olduğunun şahidi olduq. Ədalət dövlətin təməlidir. Ədalət, eyni zamanda, ortaq gələcəyimizin təmin olunması və daha güclü əməkdaşlıqlar üçün vacibdir. Bu iclaslar hüquq sahəsində bir-birimizi tanıya bilməklə yanaşı, dostluqlarımızın təkmilləşməsinə də töhfə verir".

İclasda çıxışlardan sonra TDT-yə üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb. Sənədi Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının sədri vəzifəsini icra edən Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəmə Şurasının və Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!