15 Mart 2023 23:08
508
İQTİSADİYYAT
A- A+
Bakıda tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş olub

Bakıda tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş olub

 

Martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə rəqəmsal həllər əsasında tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanaraq reallaşdırılması məqsədilə keçirilən görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Orta Dəhlizin cəlbediciliyinin artırılmasının əhəmiyyətindən danışaraq tranzit gömrük prosedurunun sadələşdirilməsi istiqamətində region ölkələrinin səylərini yüksək qiymətləndirib və yaxın dövr ərzində tranzit əməliyyatlarının daha da sadələşdirilməsi və rəqəmsal əsaslarda həyata keçirilməsi üçün mühüm imkanlar yaranacağını vurğulayıb.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya layihənin regional inkişafın və rifahın yüksəldilməsi, əməkdaşlığın gücləndirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Orta Dəhliz ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət başçıları tərəfindən yaradılmış çoxtərəfli platformalar çərçivəsində görülən tədbirlərin artıq bəhrəsini verməyə başladığını söyləyib. Region ölkələrinin gömrük xidmətləri tərəfindən tranzit prosedurunun sadələşdirilməsi istiqamətində atılan addımların da ümumi işə töhfə verəcəyini diqqətə çatdırıb.

“TRACECA” Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Asset Assavbayev, iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov tranzit gömrük prosedurlarının asanlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin beynəlxalq ticarətin sürətləndirilməsi, sərhədkeçmə proseslərinin asanlaşdırılması ilə yanaşı sərmayələrin cəlb olunması, region ölkələrinin iqtisadi imkanlarının genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıblar.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının Avropa üçün İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerovanın videomüraciəti də iştirakçıların diqqətinə çatdırılıb.

Sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “Beynəlxalq ticarətdə gömrük tranzitinin rolu”, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvoxid Azimov isə “Orta Dəhlizin inkişafı: Türk Dövlətləri Təşkilatının baxışı” mövzularında çıxış ediblər.

Görüşdə Azərbaycan gömrük xidmətinin mütəxəssisləri tərəfindən hazırlanan Transxəzər Tranzit Portalının təqdimatı keçirilib və bildirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin bir bəyannamə əsasında dəhliz boyu hərəkətinə, məlumatların elektron qaydada mübadiləsinə, əvvəlcədən təqdim edilmiş gömrük tranzit bəyannaməsinin tranzit sənədi kimi istifadəsinə imkan yaradacaq. Həmçinin portal gömrük xidmətlərinin asanlaşdırılması və səmərəliliyinin artırılması, risklərin təhlili əsasında gömrük nəzarəti formalarının tətbiqi barədə qərar qəbul edilməsi, gömrük nəzarəti nəticələrinin mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Bundan başqa tranzit prosedurunun sadələşdirilməsi üçün tətbiq edilən beynəlxalq mexanizmlər barədə təqdimatlar da nümayiş etdirilib.

Sonda iştirakçı ölkələrin gömrük xidmətlərinin rəhbərləri tərəfindən “Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə sadələşdirilmiş tranzit qaydasının işlənib hazırlanması və tətbiqi üzrə Fəaliyyət Planı” qəbul edilib və iclasın yekun Protokolu imzalanıb.

Qeyd edək ki, tərəflər müzakirə olunan məsələlərin qısa vaxt ərzində reallaşdırılmasını hədəf kimi müəyyən edib ki, bu da orta dəhlizin cəlbediciliyinin artırılmasına, Şərq-Qərb marşrutu üzrə yüklərin daha qısa vaxt və vəsait hesabına daşınmasına, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsinə mühüm imkanlar yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!