30 Sentyabr 2026 09:40
463
SİYASƏT
A- A+
Bakıda qurulan yeni tərəfdaşlıqlar

Bakıda qurulan yeni tərəfdaşlıqlar


Bu, 2-ci Beynəlxalq İnvestisiya Forumunda real layihələrdə əksini tapdı


Dünya iqtisadiyyatında yeni reallıqların formalaşdığı bir vaxtda investisiya üçün etimad, sabitlik və bağlantı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır. Sentyabrın 25-26-da Bakının iqtisadi gündəliyi də məhz bu üç anlayış ətrafında qurulmuşdu.

Azərbaycanın evsahibliyi etdiyi 2-ci Beynəlxalq İnvestisiya Forumu dünyanın müxtəlif ölkələrindən investorları, maliyyə institutlarını və biznes dairələrini bir araya gətirdi. Forumda yalnız mövcud imkanlar deyil, həm də dəyişən qlobal iqtisadi mühitdə yeni investisiya istiqamətləri, regional əməkdaşlıq və Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən iqtisadi bağlantılardakı rolu müzakirə olundu. Beləliklə, iki gün ərzində Bakıda səslənən fikirlər və imzalanan sənədlər Azərbaycanın investisiya gündəliyinin yeni mərhələsinə dair mühüm mesajlar verdi.

Qlobal iqtisadi münasibətlərin yeni reallıqlarla üz-üzə qaldığı, təchizat zəncirlərinin yenidən formalaşdığı bir vaxtda investisiya üçün etimad və sabitlik xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumun iştirakçılarına müraciətində bu məqama diqqət çəkərək qeyd edib: "Belə bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqlar investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb edir". Məhz bu, Bakıda keçirilən forumun əsas müzakirə xəttini müəyyənləşdirib. Aparılan müzakirələr göstərdi ki, bugünkü investisiya gündəliyi yalnız kapital qoyuluşlarının həcmi ilə məhdudlaşmır. Söhbət, eyni zamanda yeni iqtisadi bağlantıların qurulmasından, regional dəyər zəncirlərinin formalaşdırılmasından, enerji və nəqliyyat layihələrinin genişləndirilməsindən, rəqəmsal texnologiyaların tətbiqindən və "yaşıl keçid"in maliyyələşdirilməsindən gedir.

Forumun ilk günündə bu istiqamətlərin hər biri üzrə ayrıca müzakirələr aparıldı. Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu, Orta dəhlizin inkişafı, ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı və yeni bağlantı imkanları, regional enerji əlaqələri, "yaşıl enerji", süni intellekt, rəqəmsal transformasiya, kapital bazarları və beynəlxalq maliyyə əməkdaşlığı əsas mövzular sırasında yer alıb. Kənd təsərrüfatı, əczaçılıq, su ehtiyatlarının idarə olunması, maliyyə sektoru və investisiyaların təşviqi isə gündəliyin digər mühüm istiqamətlərini formalaşdırıb.

Bütün bu istiqamətlərin kəsişdiyi əsas məqam isə iqtisadiyyatın yeni inkişaf mənbələri hesabına daha da şaxələndirilməsidir. Forumda səslənən fikirlər və təqdim olunan təşəbbüslər göstərdi ki, diqqət təkcə maliyyə resurslarının cəlbinə deyil, həm də texnologiya, innovasiya və yeni tərəfdaşlıqlar hesabına əlavə dəyərin artırılmasına yönəlib. Bu yanaşma Azərbaycanın regional iqtisadi əlaqələrdə rolunu daha da genişləndirən yeni əməkdaşlıq imkanları yaradır.

Forumun investisiya gündəliyinin genişliyi konkret razılaşmalarda da öz əksini tapdı. İki gün ərzində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və investisiya sənədlərinin imzalanması müzakirələrin real layihələrlə tamamlandığını göstərdi. Tədbir çərçivəsində ümumilikdə 23 sənəd imzalanıb. Bu sənədlərin əhatə etdiyi investisiya layihələrinin ümumi dəyəri 10,8 milyard dollar təşkil edir. Rəqəmin miqyası ilə yanaşı, diqqətçəkən məqam investisiya portfelinin şaxələnməsidir. 

Beləliklə, Bakıda iki gün davam edən müzakirələr yalnız investisiya imkanlarının təqdimatı ilə yekunlaşmadı. Forumun nəticələri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə beynəlxalq kapitalın və yeni texnologiyaların cəlb olunması, xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin reallaşdırılması baxımından konkret göstəricilərlə ifadə olundu.

Bu baxımdan enerji sektoru forumun investisiya gündəliyində xüsusi yer tutdu. Azərbaycanda günəş və külək enerjisi layihələri üzrə əməkdaşlığa dair sənədin imzalanması ölkənin bərpaolunan enerji potensialının beynəlxalq investorlar üçün yaratdığı imkanları bir daha gündəmə gətirdi. Regional enerji bağlantıları və "yaşıl keçid"lə bağlı panel müzakirələrində isə bərpaolunan enerjiyə investisiyaların artırılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın regional enerji bağlantılarındakı rolu diqqət mərkəzində saxlanıldı.

 Əczaçılıq sahəsində də konkret əməkdaşlıq istiqaməti formalaşdı. Slovakiyanın "Saneca Pharmaceuticals" şirkəti ilə Azərbaycanda əczaçılıq məhsullarının istehsalına dair Anlaşma Memorandumunun imzalanması bu sektorun da yeni investisiya imkanları sırasında yer aldığını göstərdi. Bununla yanaşı, su sayğaclarının istehsalı imkanlarının araşdırılması üzrə SOCAR, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və BƏƏ-nin "Esyasoft Technologies" şirkəti arasında üçtərəfli anlaşma imzalandı.

Beləliklə, forum çərçivəsində ortaya çıxan layihələr Azərbaycanın investisiya gündəliyinin yalnız enerji və ənənəvi sənaye ilə məhdudlaşmadığını göstərdi. "Yaşıl enerji", yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, aqrar istehsal, əczaçılıq və su təsərrüfatı kimi sahələrin eyni investisiya platformasında bir araya gəlməsi iqtisadiyyatın yeni inkişaf istiqamətlərinin daha geniş çərçivədə formalaşdığını nümayiş etdirdi.

Forumun investisiya gündəliyində əsas xətlərdən biri də kapitalın yalnız maliyyə resursu kimi deyil, yeni texnologiya, innovasiya və təcrübə gətirən tərəfdaşlıq vasitəsi kimi qiymətləndirilməsi idi. Prezident İlham Əliyev forum iştirakçılarına müraciətində bu yanaşmanı belə ifadə edib: "İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır. Biz texnologiyanı, təcrübəni, innovasiyanı və yeni bazarlara çıxışı yüksək qiymətləndirir, investorlar üçün dayanıqlı dəyər yaradan, eyni zamanda Azərbaycan iqtisadiyyatının modernləşməsini və rəqabətqabiliyyətliliyini gücləndirən tərəfdaşlıqlara üstünlük veririk".

Qeyd edək ki, bunlar forumda müzakirə olunan layihələrin istiqamətlərində də öz əksini tapdı. Enerjidən rəqəmsal texnologiyalara, sənayedən kənd təsərrüfatına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq imkanlarının gündəmə gətirilməsi investisiya siyasətinin daha geniş iqtisadi hədəflərlə əlaqələndirildiyini göstərdi.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub  

00:46
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib  

19:31
30 Oktyabr

Bir diş insan şəxsiyyətini müəyyən edə bilər  

18:51
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB  

18:23
30 Oktyabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə olunacaq?  

18:22
30 Oktyabr

Dəri problemlərinin gözlənilməz səbəbi 

17:57
30 Oktyabr

Avropa Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

17:45
30 Oktyabr

Diş əti sağlamlığını qoruyan məhsulların adları açıqlanıb

17:31
30 Oktyabr

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!